Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-77/2023 10.02.2023 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin Zeynalova Səadət Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Oğuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 (ərizəçilər) maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə (maraqlı şəxs) qarşı hüquqi əhəmiyyətli sənəd faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 67 saylı qərarı ilə verilmiş torpağa mülkiyyət hüququna dair JN 526 (kod ********) saylı Dövlət aktının onlara məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, maraqlı şəxs nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bunun səbəbini bildirməmişdir.Məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında ərizəçilərin nümayəndəsi və vəkili Nümayəndə ərizəni müdafiə edərək bildirdi ki, ərizəçilər məlum hadisələrlə bağlı Özbəkistan Respublikasının Səmərqənd vilayətindən Azərbaycan Respublikasına köçmüş, Oğuz rayon Xaçmaz kəndində məskunlaşmışlar. Azərbaycan Respublikasının vətəndaşlarıdırlar. Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 67 saylı qərarı ilə Oğuz rayonunda ərizəçi Mardana, onun arvadı Qulanaza, oğlu Maxsuda və Zeynəliyə, qızı Pərişana 2,58 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmiş, bununla bağlı torpağa mülkiyyət hüququna dair JN 526 (kod ********) saylı Dövlət aktı Mardana təqdim edilmişdir. Bu yaxınlarda ərizəçilər torpağın dövlət reyestrində qeydiyyatdan keçirilməsi üçün maraqlı şəxsə müraciət edərkən məlum olmuşdur ki, dövlət aktında Mardan barədə məlumatlar texniki səhv olaraq X12, Qulanaz barədə məlumatlar X15, Maxsud barədə məlumatlar X1 yazılmışdır. Maraqlı şəxsin Ərizəçi1 ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********60 saylı məktubu ilə sənədin şəxsə məxsus olması barədə ərizə ilə məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Qeyd olunanları nəzərə alaraq ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə ərizəçilərin nümayəndəsi və vəkilini dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, ərizə aşağıdakılara əsasən qanuni və əsaslı olmaqla təmin edilməlidir. Azərbaycan Respublikası vətəndaşının işə əlavə edilmiş AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 xx.xx.1964-cü il tarixdə Özbəkistan Respublikası Səmərqənd vilayətində anadan olmuş, yaşayış yeri Oğuz rayon Xaçmaz kəndidir. Azərbaycan Respublikası vətəndaşının işə əlavə edilmiş AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 xx.xx.1964-cü il tarixdə Özbəkistan Respublikası Səmərqənd vilayətində anadan olmuş, yaşayış yeri Oğuz rayon Xaçmaz kəndidir. Azərbaycan Respublikası vətəndaşının işə əlavə edilmiş AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi3 xx.xx.1989-cu il tarixdə Özbəkistan Respublikası Səmərqənd vilayətində anadan olmuş, yaşayış yeri Oğuz rayon Xaçmaz kəndidir. İşə əlavə edilmiş doğum haqqında İİİ-ÇJ 488544 saylı şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.1964-cü ildə Özbəkistan SSR Səmərqənd vilayəti, Bulunqur rayonu Krasnoqvardeysk kəndində anadan olmuş, bu barədə Səmərqənd vilayəti Bulunqur rayonu VVAQ şöbəsində doğum haqqında akt qeydləri kitabında xx.xx.1964-cü ildə 87 nömrə ilə qeyd edilmiş, atası Amdiyev Amirxon, anası Qalima Amdi qızıdır. İşə əlavə edilmiş doğum haqqında İV-TYU 677238 saylı şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.1964-cü ildə Özbəkistan SSR Səmərqənd vilayəti, Bulunqur rayonu Krasnoqvardeysk kəndində anadan olmuş, bu barədə Səmərqənd vilayəti Bulunqur rayonu Krasnoqvardeysk qəsəbə şurasında doğum haqqında akt qeydləri kitabında xx.xx.1964-cü ildə 111 nömrə ilə qeyd edilmiş, atası Alixan Usman, anası Rizmanova Perişandır. İşə əlavə edilmiş nikah haqqında İİ-ÇJ 316839 saylı şəhadətnamənin surətindən görünür ki, X13 və X14 xx.xx.1986-cı il tarixdə nikah bağlamış, bu barədə Özbəkistan SSR Səmərqənd vilayəti Bulunqur rayonunda nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 33 nömrə ilə qeyd edilmiş, nikah bağlandıqdan sonra ər-arvada Amdiyev soyadı verilmişdir. İşə əlavə edilmiş doğum haqqında Vİİ-ÇJ 325509 saylı şəhadətnamənin surətindən görünür ki, Ərizəçi3 xx.xx.1989-cu ildə Özbəkistan SSR Səmərqənd vilayəti, Bulunqur rayonu Krasnoqvardeysk kəndində anadan olmuş, bu barədə Səmərqənd vilayəti Bulunqur rayonu VVAQ şöbəsində doğum haqqında akt qeydləri kitabında xx.xx.1989-cu ildə 1945 nömrə ilə qeyd edilmiş, atası Ərizəçi1 Amirxonoviç, anası X4. İşə əlavə edilmiş doğum haqqında XVİİ-JQ 324364 saylı şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.1993-cü il tarixdə Oğuz rayon Xaçmaz kəndində anadan olmuş, bu barədə Oğuz rayon Xaçmaz kənd icra nümayəndəliyində doğum haqqında akt qeydləri kitabında xx.xx.1993-cü il tarixdə 18 nömrə ilə qeyd edilmiş, atası X12, anası X8r. İşə əlavə edilmiş nikah haqqında AZ-İ 817398 saylı şəhadətnamənin surətindən görünür ki, X2 və X7 xx.xx.2013-cü il tarixdə nikah bağlamış, bu barədə Oğuz rayon Calut kənd icra nümayəndəliyində nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 08 nömrə ilə qeyd edilmiş, nikah bağlanandan sonra ər-arvada Muzaffarov soyadı verilmişdir. İşə əlavə edilmiş JN 526 (kod ********) saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktının surətindən görünür ki, Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 67 saylı qərarı ilə X5, X9, X6, X10 və X3 2,58 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. Oğuz rayon İHB Xaçmaz kənd İƏD üzrə nümayəndəliyinin işə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, 609 saylı arayışından görünür ki, JN 526 (kod ********) saylı dövlət aktında texniki səhv olaraq X12, X15, X1 yazılmış şəxslər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3dir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 307-ci maddəsinin 1-ci bəndinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Bu Məcəllənin 307.2.5-ci maddəsində göstərilmişdir ki, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Azərbaycan Respublikasının MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə icraatı zamanı aparılmış araşdırmalara və toplanmış sənədlərə qiymət verərək məhkəmə hesab edir ki, Oğuz rayon Aqrar İslahat Komissiyasının (AİK) xx.xx.1998-ci il tarixli, 67 saylı qərarına əsasən 2,58 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi JN 526 (kod ********) saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktı ilə həqiqətən ərizəçilərə və onların ailə üzvlərinə verildiyindən, hazırda AİK ləğv edildiyindən və həmin sənədlərdə olan texniki səhvin başqa orqan tərəfindən düzəldilməsi mümkün olmadığından torpağa mülkiyyət hüququna dair JN 526 (kod ********) saylı dövlət aktının ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. Oğuz rayon Aqrar İslahat Komissiyasının 24 iyun 1998-ci il tarixli, 67 saylı qərarı ilə verilmiş 2,58 ha torpağa mülkiyyət hüququna dair JN 526 (kod ********) saylı dövlət aktının ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən bir ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Səadət Zeynalova
Məhkəmə qərarları › İş №2(054)-77/2023
Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-77/2023
10.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver