Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-8/2024 31.07.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ X57 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Cavabdeh, onun nümayəndəsi və vəkili Nümayəndə2, müstəqil tələb irəli sürməyən 3-cü şəxslər X6, X4 və X22 iştirakı ilə, İddiaçı Cavabdeh, müstəqil tələb irəli sürməyən 3-cü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı Oğuz rayonu Sincan kəndində yerləşən fərdi yaşayış evinə mülkiyyət sənədlərinin verilməsinə yaradılan maneələrin aradan qaldırılması tələbinə dair mülki işə 31 iyul 2024-cü il tarixdə Oğuz şəhərində Oğuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı (iddiaçı) Cavabdeh (cavabdeh), müstəqil tələb irəli sürməyən 3-cü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı vəsiyyətnamə əsasında mirasın faktiki qəbul olunmasının və miras əmlaka vərəsəlik hüququnun müəyyən olunması, Oğuz rayonu Sincan kəndində yerləşən fərdi yaşayış evinə mülkiyyət sənədlərinin verilməsinə yaradılan maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə Oğuz Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirmişdir ki, Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 66 saylı qərarına əsasən iddiaçının babası X23 Oğuz rayon Sincan kəndində 0,21 ha həyətyanı torpaq sahəsi verilmişdir. xx.xx.1990-cı ildə Oğuz rayon Notariat kontorunda təsdiq edilmiş vəsiyyətnamə ilə Soltan Babayev həmin torpaq sahəsində yerləşən özünə məxsus fərdi yaşayış evini nəvəsi olan iddiaçıya vəsiyyət etmişdir. Torpağın şəhadətnaməsi olsa da, evin ancaq texniki pasportu mövcuddur. İddiaçı evə babasının adına mülkiyyət sənədi almaq üçün 3-cü şəxsə müraciət etsə də, cavabdeh etiraz etdiyindən İdarə tərəfindən ölçmə işlərinin aparılması mümkün olmamış, bununla bağlı rəsmi qaydada etiraz verilmişdir. Miras qoyan X36 xx.xx.2000-ci ildə vəfat etmişdir. Cavabdeh iddiaçının əmisi arvadıdır. O gəlin gələndən 0,21 ha torpaq sahəsində yerləşən digər evdə yaşayır. İddiaçının onu yaşadığı evdən çıxarmaq, yaxud evə qarşı heç bir iddiası yoxdur. sadəcə mülkiyyət sənədi almaq üçün ölçmə işləri aparılmalıdır. Südabə isə buna mane olur. İddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, Cavad qaynının oğludur. Bir həyətdə yaşayırlar, belə ki, həmin həyətə 1979-cu ildə gəlin gəlib, 44 ilə yaxındır ki, qaynatasının adına olan torpaq sahəsində yerləşən ayrıca evdə yaşayır. 2015-ci ildə qaynı Osmana evləri sənədləşdirməyi təklif edərkən o bildirmişdir ki, evləri atası nəvəsi Cavada, yəni onun oğluna vəsiyyət edib. Bundan əlavə qaynatasından qalan ayrıca fındıq sahəsi də mövcud olsa da, iddiaçının atası ona pay vermir və ora keçməyə qoymur. İddiaçının atası texniki pasportda olan evi söküb, texnuki pasportda göstərilən ev köhnə evdir. İddiaçı deyir ki, hər yer onun adına sənədləşsin, sonra evi guya ona bağışlayacaq. Buna razı olmaq fikri yoxdur, yəni özünün uzun illər yaşadığı evin Soltan Babayevin adına sənədləşməsinə etiraz edir. Həmin ev ərinin adına qeydə alınmalıdır. İddianın rədd edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 məhkəmə iclasında bildirmişdir ki, iddia düzgün verilməyib. İş materiallarından görünür ki, Cavadın babasının adına bir ev var, lakin icra nümayəndəliyinin arayışından məlum olur ki, həyətdə iki ev var. 2000-ci ildə vəfat etmiş Soltan Babayevin evi 1948-ci ildə inşa olunub. Cavabdehin yaşadğı ev isə 1978-ci ildə tikilib. Sənədi yoxdur. Vəsiyyətnamə şübhəlidir, belə ki, vəsiyyət edilən ev ancaq Soltanın özünə məxsus evdir. Cavad ancaq özünə vəsiyyət edilən evi sənədləşdirə bilər. Buna etiraz edilmir. Əslində evlərin həqiqətən Soltanın mülkiyyətində olan torpaq sahəsində yerləşməsi, nə vaxt inşa edilməsi ilə bağlı ekspertiza keçirilməsinə ehtiyac vardır. Qeyd edilənlərin məhkəmə tərəfindən nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib sənədləri araşdıraraq işin hallarını nəzərə almaqla və mübahisəli məsələnin həlli baxımından yaranmış sualların ekspert tərəfindən cavablandırılmasının baxılan iş üçün əhəmiyyət kəsb etdiyini nəzərə alaraq, xx.xx.2023-cü il tarixli qərardadla məhkəmə-tikinti-texniki ekspertizası təyin etmiş, iş üzrə icraat dayandırılmışdır. Sözügedən qərardadın icrasının təmin edilərək mütəxəssisin və ekspertin rəy verə bilməsi üçün 2(054)-476/2023 saylı mülki iş üzrə mübahisəli torpaq sahəsi və həmin torpaq sahəsinə dair mülkiyyət və hüquqverici sənədlərin surəti Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə təqdim edilmiş, mülki iş isə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir. İş üzrə mütəxəssis rəyi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş, mütəxəssis rəyi ekspert vəsatətinə əsasən həmin tarixli məktubla Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir. Mülki iş (yeni nömrə 2(054)-08/2024) xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/150 saylı ekspert rəyi əlavə edilməklə xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olduğundan iş üzrə icraat təzələnmişdir. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 ekspert rəyinə etiraz etməmiş, yalnız sənədləşmənin aparılması üçün maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını istədiklərini bildirmiş, əlavə olaraq qeyd etmişdir ki, əslində iş üzrə heç bir mübahisə yoxdur, çünki iddiaçı ilə cavabdehin öz aralarında razılaşması mümkündür. Heç kim cavabdehi evindən çıxartmır. İddiaçı Südabənin evini istəmir.Cavad torpağın çox hissəsini ona verəcək. Evlər inşa olunanda Soltan sağ olub. Torpaq Soltanın adınadırsa, onun üzərində olan bütün tikililər Soltanın adına qeyd ediləndən sonra cavabdehin ərinin payı həm torpaqda, həm də evdə tanınacaq. Buna görə də əvvəlcə ölçü işləri aparılmalıdır. İddiaya dəqiqləşmə verilməsi üçün məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Cavabdeh həmin məhkəmə iclasında ekspert rəyini qəbul etmiş, iddiaçı tərəfə etiraz edərək bildirmişdir ki, 30 sot fındıq bağı kənardadır. Bağdan da pay, yəni 37 topa fındıq istəyir. Cavadın istədiyi isə fındıq bağıdır. Hazırda yaşadığı, mərhum əri Ramizin tikdiyi və ailəsi ilə birgə indiyədək yaşadığı evin birbaşa onun adına rəsmiləşdirilməsini tələb edir. Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 həmin məhkəmə iclasında ekspert rəyinə etiraz etməmiş, bildirmişdir ki, vəsiyyətnamə 1-ci ev barədədir. Həmin ev isə 1948-ci ildə inşa edilib. 1978-ci ildə tikilən evə dair sənəd təqdim edilməyib. Torpaq sahəsi barədə vəsiyyətnamə yoxdur və ola da bilməzdi, çünki 1990-cı ildə hələ torpaq islahatı keçirilməmişdi. Südabənin yaşadığı evə isə vərəsəlik açıla bilməz, çünki sənədi yoxdur. İddiaçının isə həmin evə heç bir hüququ yoxdur, çünki o Soltanın nəvəsidir. Vəsiyyətnamədə göstərilən köhnə evlə bağlı maneə yoxdur. Südabənin əri 2018-ci ildə ölüb. Buna görə də 1978-ci ildə tikilən ev Soltanın adına rəsmiləşdirilə bilməz. İddiaçı və cavabdehin hərəsinin istifadəsində 10 sot torpaq sahəsi var. Qalan 65 sot torpaq sahəsi Cavadın istifadəsindədir. Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 vəsatətinə uyğun olaraq X30, X31, mərhum X9 vərəsələri-X32, X24, X41, X10, X18, X33, X11 və X25 müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində məhkəmə icraatına cəlb edilmişlər. 10 iyul 2024-cü il tarixli məhkəmə iclasında 3-cü şəxs X30 izahat verərək bildirmişdir ki, iddiaçı qardaşı oğludur. Özü 1965-ci ildə Ağdaşa köçüb. Atası ssuda götürüb 1 otaqlı ev tikərək Südabəni gəlin gətirib. Sonra Südabə işləyərək evdə tikinti işi aparıb, evi genişləndirib. Cavadgilin də ayrıca evi var. Həyətlər də ayrıdır.Əvvəllər mehriban olublar. O mütəmadi olaraq evə qonaq kimi gəlib-gedib. Ata evində heç bir yaxşılaşdırma işləri aparmayıb. Ev və həyət kim harda yaşayırsa, ona, yəni Cavad və Südabəyə məxsusdur. Həmin məhkəmə iclasında 3-cü şəxslər X31 və X1 Səlimovanın izahatını təsdiq etmişlər. Həmin məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 bildirmişdir ki, evlə bağlı heç bir maneə yoxdur. Cavabdeh vəsiyyətnamədə göstərilən evin ölçü işlərinin aparılmasına etiraz etmir. Soltanın adına olan 21 sot torpaq sahəsi tərəflərin hərəsinə 10,5 sot olmaqla verilə bilər. Cavad Reyestr Xidmətinə yenidən müraciət etməlidir. İddiaçının nümayəndəsi və vəkli Nümayəndə1 xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş ərizəsi ilə maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 31 iyul 2024-cü il tarixli məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmiş, iddiaçının vəkili Nümayəndə1 ərizə ilə müraciət edərək məhkəmə iclasının iştirakı olmadan keçirilməklə maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmiş, cavabdeh tərəf və 3-cü şəxslər X24, X18 və X41 istisna olmaqla işdə iştirak edən digər şəxslər məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi barədə məlumat verməmişlər. Məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 əvvəlki məhkəmə iclaslarında verdiyi izahatları təsdiq etdi, əlavə olaraq qeyd etdi ki, mütəxəssis rəyindən göründüyü kimi ölçü işləri aparılıb, artıq maneələr aradan qaldırıldığından iddianın təmin edilməsinə ehtiyac yoxdur. Cavabdeh yaşadığı evi özü sənədləşdirəcək, ev sənədləşəndən sonra isə özünə məxsus torpaq payını götürəcək. Südabənin evinin Soltanın adına sənədləşdirilməsinə zərurət yoxdur. İddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh əvvəlki məhkəmə iclaslarında verdiyi izahatı təsdiq etdi, əlavə olaraq bildirdi ki, əvvəllər qaynı, yəni iddiaçı Cavadın atası Osman Mikayılov hər şeyi oğlunun adına sənədləşdirəcəyini söylədiyindən DƏDKR PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsinin əraziyə baxış keçirilməsi və ölçü işləri aparmasına mane olmuşdur. Verilmiş mütəxəssis rəyindən sonra bu məsələ öz həllini tapmışdır. İddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən 3-cü şəxslər digər 3-cü şəxslərin izahatını təsdiq etmişlər. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək bilavasitə məhkəmə iclasında tədqiq edilən sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası vətəndaşının iş materiallarına əlavə olunmuş AZE 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx xxxxxx 1959-cu ildə Azərbaycan Respublikası Vartaşen rayonu Sincan kəndində anadan olmuş, yaşayış yeri Oğuz rayon Sincan kəndidir. İş materiallarına əlavə olunmuş doğum haqqında İE 762953 saylı şəhadətnamənin surətindən görünür ki, X37 28 noyabr 1952-ci ildə Azərbaycan Respublikası Vartaşen rayonu Sincan kəndində anadan olmuş, bu barədə Sincan kənd sovetində vətəndaşlıq vəziyyəti aktlarının doğum kitabında 02 dekabr 1952-ci il tarixdə 61 nömrə ilə qeyd edilmiş, atası X36, anası X42r. İş materiallarına əlavə olunmuş doğum haqqında X-JQ 433565 saylı şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx xxxxxx 1985-ci ildə Azərbaycan Respublikası Vartaşen rayonu Sincan kəndində anadan olmuş, bu barədə Sincan kənd sovetində doğum haqqında akt qeydləri kitabında 07 mart 1985ci il tarixdə 16 nömrə ilə qeyd edilmiş, atası X37, anası X12r. İş materiallarına əlavə olunmuş 24 dekabr 1990-cı il tarixli vəsiyyətnamənin və Dövlət Notariat Arxivinin xx.xx.2023-cü il tarixli, 3-16-5/6-13M-22-6/23 saylı məktubun surətindən görünür ki, Vartaşen rayonu Sincan kəndində yaşayan X36 vəfat edəcəyi günə ona məxsus olan, Vartaşen rayonu Sincan kəndində yerləşən yaşayış evini nəvəsi İddiaçı vəsiyyət etmiş, vəsiyyətnamənin dəyişdirilməsi və ya ləğv edilməsi barədə məlumat daxil olmamışdır. İş materiallarına əlavə olunmuş aprel 1988-ci il tarixli, 227 inventar nömrəli fərdi yaşayış evinin texniki pasportunun surətindən görünür ki, həmin texniki pasport Vartaşen rayonu Sincan kəndində 20 sot torpaq sahəsində yerləşən fərdi yaşayış evi X19 adına tərtib edilmişdir. İş materiallarına əlavə olunmuş torpağın mülkiyyətə verilməsinə dair JN 128A kod 40507018 saylı şəhadətnamənin surətindən görünür ki, Oğuz rayon Aqrar İslahat Komissiyasının 10 iyun 1998-ci il tarixli 66 saylı qərarı ilə X23 0,21 ha həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə olunmuş ölüm haqqında AZ 016954 saylı şəhadətnamənin surətindən görünür ki, X36 09 dekabr 2000-ci il tarixdə Oğuz rayonu Sincan kəndində ölmüş, bu barədə Oğuz rayon VVAQ şöbəsində ölüm haqqında akt qeydləri kitabında 11 dekabr 2000-ci il tarixdə nömrə ilə qeyd edilmişdir. Oğuz rayon Qeydiyyat şöbəsinin işə əlavə olunmuş xx.xx.2023-cü il tarixli, 204 saylı məktubundan görünür ki, Cavabdeh barədə Azərbaycan Respublkası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat-informasiya sistemində aparılmış yoxlama vaxtı aşağıdakı məlumatlar aşkar edilmişdir: X28 xx.xx.2018-ci ildə vəfat edib. X13 xx.xx.1980 X14xx.xx.1983 X20 xx.xx.1985 X15 xx.xx.1995 Oğuz rayon Qeydiyyat şöbəsinin işə əlavə olunmuş xx.xx.2023-cü il tarixli, 249 saylı məktubundan görünür ki, X44 barədə Azərbaycan Respublkası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat-informasiya sistemində aparılmış yoxlama vaxtı aşağıdakı məlumatlar aşkar edilmişdir: X7 xx.xx.2000-ci idə vəfat edib. X2 xx.xx.1987-ci ildə vəfat edib. X5 xx.xx.2009-cu ildə vəfat edib. X29 xx.xx.2018-ci ildə vəfat edib X3 xx.xx.1949 X16 xx.xx.1952 X8 xx.xx.1958 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin iş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli, 3-21-3-42/2-3387/2024 saylı məktubundan görünür ki, X23 məxsus fərdi yaşayış evinə qeydiyyat vəsiqəsi tərtib edilməmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin iş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli, 3-21-3-42/2-7958/2023 saylı bildirişindən görünür ki, Oğuz rayonu, Sincan kəndində yerləşən fərdi yaşayış evinin üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə ərizəyə baxılmış, araşdırma zamanı fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində mübahisə səbəbindən torpaq sahəsi üzərində çöl-ölçmə işlərinin aparılmasının mümkün olmadığı ərizəçiyə bildirilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin iş materiallarına əlavə edilmiş xx.xx.2024-cü iltarixli, 3-21-3-42/2-1494/2024 saylı məktubu ilə məhkəməyə təqdim edilmiş mütəxəssis rəyindən və Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixdə mülki işlə birgə məhkəməyə daxil olmuş xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/150 saylı ekspert rəyindən görünür ki, Oğuz rayon Sincan kəndində yerləşən, torpağın mülkiyyətə verilməsinə dair JN 128A kod 40507018 saylı şəhadətnaməyə əsasən mərhum X19 mülkiyyətində olan 0,21 ha torpaq sahəsinin sənəd üzrə və naturada hüdudları müəyyən edilmişdir. Qeyd edilən torpaq sahəsinin İddiaçı tərəfindən istifadə olunan hissəsində fərdi yaşayış evi, tövlə və talvar mövcuddur. Cavabdeh qeyd edilən sənəd üzrə torpaq sahəsinin istifadə olunan hissəsində fərdi yaşayış evi və talvar mövcuddur. Qeyd edilən torpaq sahəsinin İddiaçı tərəfindən istifadə olunan hissəsindəki fərdi yaşayış evi 1948-ci ildə inşa edilmişdir. Cavabdeh qeyd edilən sənəd üzrə torpaq sahəsinin istifadəsində olan hissəsindəki fərdi yaşayış evi isə 1979-cu ildə inşa edilmişdir. İddiaçı faktiki naturada ölçülmüş, istifadəsində olan 0,85 ha torpaq sahəsinin 0,1015 ha hissəsi torpağın mülkiyyətə verilməsinə dair 128A kod 40507018 saylı şəhadətnaməyə əsasən mərhum X19 mülkiyyətində olan 0,21 ha həyətyanı torpaq sahəsi ilə üst-üstə düşür. Cavabdeh faktiki naturada ölçülmüş, istifadəsində olan 0,85 ha torpaq sahəsinin 0,1037 ha hissəsi torpağın mülkiyyətə verilməsinə dair 128A kod 40507018 saylı şəhadətnaməyə əsasən mərhum X19 mülkiyyətində olan 0,21 ha həyətyanı torpaq sahəsi ilə üst-üstə düşür.Torpaq sahəsinin koordinatları və yerləşmə vəziyyətini əks etdirən sxem mütəxəssis rəyinə əlavə edilmişdir. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiya hər kəsin mülkiyyət hüququnu, mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarını nəzərdə tutur, habelə mülkiyyətin, o cümlədən xüsusi mülkiyyətin qanunla müdafiəsinə təminat verir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. (Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu maddələri) Bu hüququn təminatlarından biri kimi Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1158.2-ci maddəsinə əsasən əgər ölənin əmlakında başqa şəxsin əmlakı gizli şəkildə mövcuddursa, əmlakın bu hissəsi aşkar edilməli və müvafiq şəxsə verilməlidir. Mülkiyyət hüququ hamılıqla tanınan əsas hüquqdur və ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab olunur. Ümumbəşəri dəyər kimi mülkiyyət hüququ barədə müddəalar “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 17-ci maddəsində, habelə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində öz əksini tapmışdır. “İnsan Hüquqlarının və X21 Haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə iclasında müəyyən edildi ki, mərhum X36 xx.xx.1990-cı il tarixli vəsiyyətnamə ilə vəfat edəcəyi günə ona məxsus olan və Vartaşen (Oğuz) rayonu Sincan kəndində yerləşən yaşayış evini nəvəsi İddiaçı vəsiyyət etmişdir. 1988-ci ildə həmin evə dair texniki pasport tərtib edilsə də, qeydiyyat vəsiqəsi verilməmişdir. Torpaq islahatı keçirilərkən Soltan Babayevə 0,21 ha həyətyanı torpaq sahəsi verilmişdir. Soltan Babayev xx.xx.2000-ci ildə vəfat etmişdir. İddiaçı vəsiyyət edilmiş fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün 2023-cü ildə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə rəsmi müraciət etmiş, İdarənin mütəxəssisləri həyətyanı torpaq sahəsi və fərdi yaşayış evində ilkin texniki inventarlaşma çöl ölçmə işləri aparmaq üçün ərazidə olsalar da mübahisə səbəbindən qeyd edilən ölçmə işlərinin aparılması mümkün olmamışdır. Məhkəmə tərəfindən təyin edilmiş ekspertiza qərardadına əsasən əldə edilmiş mütəxəssis və ekspert rəyi ilə müəyyən edilmişdir ki, Oğuz rayon Sincan kəndində yerləşən, torpağın mülkiyyətə verilməsinə dair JN 128A kod 40507018 saylı şəhadətnaməyə əsasən mərhum X19 mülkiyyətində olan 0,21 ha torpaq sahəsinin sənəd üzrə və naturada hüdudları müəyyən edilmişdir. Qeyd edilən torpaq sahəsinin İddiaçı tərəfindən istifadə olunan hissəsində fərdi yaşayış evi, tövlə və talvar mövcuddur. Cavabdeh qeyd edilən sənəd üzrə torpaq sahəsinin istifadə olunan hissəsində fərdi yaşayış evi və talvar mövcuddur. Qeyd edilən torpaq sahəsinin İddiaçı tərəfindən istifadə olunan hissəsindəki fərdi yaşayış evi 1948-ci ildə inşa edilmişdir. Cavabdeh qeyd edilən sənəd üzrə torpaq sahəsinin istifadəsində olan hissəsindəki fərdi yaşayış evi isə 1979-cu ildə inşa edilmişdir. İddiaçı faktiki naturada ölçülmüş, istifadəsində olan 0,85 ha torpaq sahəsinin 0,1015 ha hissəsi torpağın mülkiyyətə verilməsinə dair 128A kod 40507018 saylı şəhadətnaməyə əsasən mərhum X19 mülkiyyətində olan 0,21 ha həyətyanı torpaq sahəsi ilə üst-üstə düşür. Cavabdeh faktiki naturada ölçülmüş, istifadəsində olan 0,85 ha torpaq sahəsinin 0,1037 ha hissəsi torpağın mülkiyyətə verilməsinə dair 128A kod 40507018 saylı şəhadətnaməyə əsasən mərhum X19 mülkiyyətində olan 0,21 ha həyətyanı torpaq sahəsi ilə üst-üstə düşür.Torpaq sahəsinin koordinatları və yerləşmə vəziyyətini əks etdirən sxem mütəxəssis rəyinə əlavə edilmişdir. Məhkəmə iclasında cavabdeh tərəf keçirilmiş ekspertiza nəticələrinə əsasən artıq iddiaçı tərəfindən təmin edilməsi xahiş edilən ölçmə işlərinin aparılmasına maneələrin aradan qalxdığını, iddiaçının vəsiyyətnamə ilə ona verilmiş fərdi yaşayış evinə dair özünə aid sənədin alınması üçün aidiyyəti orqana müraciət etməli olduğunu bildirmiş və iddianın rədd edilməsini xahiş etmişdir. İş materialları ilə müəyyən edildiyi kimi iddiaçı 1948-ci ildə tikilmiş, babası Soltan Babayevin sahibliyində olmuş və 1990-cı ildə babası tərəfindən ona vəsiyyət edilmiş fərdi yaşayış evinə vəsiyyətnamə üzrə vərəsədir. Vəsiyyətnamə verən 2000-ci ildə vəfat etmiş, vəsiyyət edilən əmlak isə həmin vaxtdan iddiaçının sahibliyindədir. Hazırda qüvvədə olan sənədlərlə iddiaçının qeyd edilən ev üzərində üstün hüquqlarının olduğu müəyyən edilir. Evin mülki qanunvericiliklə müəyyən edilən qaydada qeydiyyata alınması üçün isə aidiyyəti mütəxəssislər tərəfindən texniki inventarlaşma və çöl ölçmə işlərinin aparılması tələb olunur. Bu məsələ təyin edilmiş ekspertiza nəticələri ilə öz həllini tapmadığından məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. (§93) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İstinad olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsində isə deyilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmətikinti-texniki ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/150 saylı ekspert rəyi məhkəməyə daxil olmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat olmuşdur. Məhkəmə hesab edir ki, işin yuxarıda qeyd olunmuş hallarına uyğun olaraq 50 manat ekspertiza xərci cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edilsə də iddiaçı dövlət rüsumunu tələb etmədiyindən 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia tələbi təmin edilsin. xx.xx.1990-cı il tarixli vəsiyyətnaməyə əsasən Oğuz (Vartaşen) rayonu Sincan kəndində yaşayan X19 vəfat edəcəyi günə ona məxsus olan, Oğuz (Vartaşen) rayonu Sincan kəndində yerləşən, nəvəsi İddiaçı vəsiyyət etdiyi fərdi yaşayış evində texniki inventarlaşma və çöl ölçmə işlərinin aparılmasına Cavabdeh tərəfindən edilən maneə hərəkətləri qadağan edilsin, qeyd edilən fərdi yaşayış evi üzərində mütəxəssislər tərəfindən müayinə və ölçmə işlərinin keçirilməsi təmin edilsin. İş üzrə aparılmış tədqiqatın dəyəri olan 50 manat ekspertiza xərci Cavabdeh tutulub dövlət büdcəsinə (SAP (XİİS) hesabı X17, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SFİFT BİK CTREAZ 22 Məhkəmə Ekspertizası Mərkəzi: VÖEN **********, AZ34CTRE******************** ödənilsin. Dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Səadət Zeynalova
Məhkəmə qərarları › İş №2(054)-8/2024
Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-8/2024
31.07.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver