Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-84/2023 09.03.2023 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Zeynalova Səadət Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Ərizəçi2 nümayəndəsi və Ərizəçi1 iştirakı ilə, Ərizəçi2 və Ərizəçi1 maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə 09 mart 2023-cü il tarixdə Oğuz şəhərində Oğuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 (ərizəçilər) maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinə (maraqlı şəxs) qarşı hüquqi əhəmiyyətli sənəd faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Oğuz rayon Aqrar İslahat Komissiyasının (AİK) xx.xx.1998-ci il tarixli, 65 saylı qərarı ilə verilmiş torpağa mülkiyyət hüququna dair JN 0040 (kod ********) saylı Dövlət aktının onlara məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, maraqlı şəxs nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bunun səbəbini bildirməmişdir.Məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında Ərizəçi2 nümayəndəsi və Ərizəçi1 ərizəni müdafiə edərək bildirdi ki, xx.xx.1986-cı ildə Oğuz rayon Bayan kəndində anadan olmuşdur. Nümayəndəsi olduğu digər ərizəçi anasıdır. Anası xx.xx.1966-cı ildə Oğuz rayon Bayan kəndində anadan olmuşdur.O, anasının X13 ilə nikahından doğulmuşdur.Valideynlərinin arasında olan nikah pozulduqdan anası Rusiya Federasiyasının Kostroma vilayətində yaşayan X25 ailə qurmuşdur. X33 XDS İK-nin xx.xx.1990-cı il tarixli, 205 saylı qərarı ilə onu övladlığa götürmüşdür.Bu zaman onun soyadı Ziyayev, ata adı Əmir olaraq qeyd edilmişdir. Bir müddət sonra Almaniyaya köçmüşlər, 1992-ci ildə deportasiya olunub Azərbaycana qayıtmışlar. Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 65 saylı qərarı ilə Oğuz rayonunda ona, digər ərizəçi olan anasına, uzaq qohumları, qonşuları və həmkəndliləri olan X14, onun əri X2, onların qızları Müşviqə, Samirə və Humaya 2,60 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmiş, bununla bağlı torpağa mülkiyyət hüququna dair JN 0040 (kod ********) saylı Dövlət aktı Lətifəyə təqdim edilmişdir. Dövlət aktında anasının ata adı Məmmədhənifə, onun soyadı Ziyayev, adı Ramil, ata adı Əmir yazılmışdır, çünki həmin vaxt hələ anası Əmir Ziyayevlə nikahda olmaqla Əmir Ziyayev onun atası (atalığı) hesab olunurdu. Adının Ramil yazılması texniki səhvdir.2014cü ildə Şəki İnzibati-İqtisadi Məhkəməsinə ərizə ilə müraciət edərək Oğuz rayon Qeydiyyat şöbəsinin arxivində olan doğum aktında soyadının Ziyayevdən Əhmədova, ata adının Əmirdən Hümmətə dəyişdirilməsi və s. tələblərlə bağlı qərar çıxarılmasını xahiş etmiş, məhkəmənin xx.xx.2014-cü il tarixli, 2-1(84)-547/2014 saylı qərarı ilə iddia tələbi qismən təmin edilmiş, doğum aktında soyadının Əhmədov, ata adının Hümmət, atası barədə məlumatların X3 yazılması öhdəliyi Oğuz rayon Qeydiyyat şöbəsinin üzərinə qoyulmuşdur. Bu yaxınlarda mülkiyyətlərində olan torpağın naturada və sənədlə ayrılması zərurəti ortaya çıxmış, maraqlı şəxsə müraciətinə əsasən ona ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********43 saylı məktubla dövlət aktında olan məlumatlarla bağlı sənədin şəxsə məxsus olması barədə ərizə ilə məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Qeyd olunanları nəzərə alaraq ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şahid X16 məhkəmə iclasında izahat verərək bildirdi ki, Ramin bacısı Lətafətin oğludur. Lətafət 1985-ci ildə Hümmətlə ailə qurub, həmin nikahdan Ramin doğulub. Bir qədər sonra onların nikahı pozulub. Lətafət özbək vətəndaş Əmir Ziyayevlə ailə qurub, Rusiya Federasiyasında yaşayıb, Ramin də həmin vaxt Əmir tərəfindən övladlığa götürülüb. Buna görə 1998-ci ildə torpaq payı verilərkən Dövlət aktında Raminin və Lətafətin soyadı Ziyayev yazılıb.Həmin səbəbdən Raminin ata adı da Əmir yazılıb, əslində onun atası X6r. Raminin adı texniki səhv olaraq Ramil yazılıb. 2014-cü ildə Ramin məhkəmə qaydasında atasının adını və soyadını geri qaytarıb. Bundan əlavə bacısı Lətafətin ata adı Dövlət aktında Məmmədhənifə yazılıb. Həmin ad torpaq payçılarından Əbülfətin atasının adıdır. Bacısının, eləcə də onun atası ləzgi Abdıyev Məmməd (Məhəmməd) Balas oğlu, anası latış X10b. Məhkəmə iclasında digər şahid X7 ərizəçi Lətafətin bacısı Ziyafətin oğlu, ərizəçi Raminin xalası oğlu, digər şahidin isə dayısı olduğunu bildirdi, dayısının izahatına uyğun izahat verərək mübahisəli Dövlət aktının həqiqətən ərizəçilərə məxsus olduğunu təsdiq etdi. Məhkəmə ərizəçi və digər ərizəçinin nümayəndəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, ərizə aşağıdakılara əsasən qanuni və əsaslı olmaqla təmin edilməlidir. Azərbaycan Respublikası vətəndaşının işə əlavə edilmiş AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 xx.xx.1966-cı il tarixdə Azərbaycan Respublikası Oğuz rayon Bayan kəndində anadan olmuş, yaşayış yeri Oğuz şəhəri, Yunusov küçəsi, ev 3, mənzil 6-dır. Azərbaycan Respublikası vətəndaşının işə əlavə edilmiş AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 xx.xx.1986-cı il tarixdə Azərbaycan Respublikasında anadan olmuşdur. Oğuz rayon Qeydiyyat şöbəsinin işə əlavə edilmiş doğum haqqında xx.xx.2022-ci il tarixli, 79/12 saylı arayışından görünür ki, X15 xx.xx.1966-cı ildə Oğuz rayon Bayan kəndində anadan olmuş, bu barədə Oğuz rayon Qeydiyyat şöbəsində doğum haqqında akt qeydləri kitabında xx.xx.1966-cı ildə 23 nömrə ilə qeyd edilmiş, atası X21, anası X12. İşə əlavə edilmiş doğum haqqında AZ-İİİ 410246 saylı şəhadətnamənin surətindən görünür ki, Ərizəçi1 xx.xx.1986-cı ildə Azərbaycan Respublikası Oğuz rayon Bayan kəndində anadan olmuş, bu barədə Oğuz rayon Qeydiyyat şöbəsində doğum haqqında akt qeydləri kitabında xx.xx.1986-cı ildə 21 nömrə ilə qeyd edilmiş, atası X13, anası Ərizəçi2dır. İşə əlavə edilmiş JN 0040 (kod ********) saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktının surətindən görünür ki, Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 65 saylı qərarı ilə X14, X2, X4, X5, X8, Ərizəçi2hənifə qızına və X22 2,60 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin işə əlavə edilmiş 2-1(84)-547/2014 saylı, xx.xx.2014-cü il tarixli qərarının surətindən görünür ki, iddiaçı X17 iddiası qismən təmin olunmuş, cavabdeh Oğuz rayon Qeydiyyat şöbəsinin üzərinə iddiaçının doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə soyadının Ziyayevdən Əhmədova, ata adının Əmirdən Hümmətə, atası qrafasında qeyd olunan Ziyayev Əmir X1 ilə dəyişdirilməsi və həmin dəyişikliklər əsasında iddiaçıya yeni doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyi qoyulmuş, iddia tələbi iddiaçının doğum haqqında akt qeydində və şəhadətnaməsində anası qrafasında Ziyayevanın Əhmədova ilə dəyişdirilməsi hissəsində təmin edilməmişdir. Oğuz rayon İHB Bayan kənd İƏD üzrə nümayəndəliyinin işə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, 10- 26/227 saylı arayışından görünür ki, JN 0040 (kod ********) saylı dövlət aktında texniki səhv olaraq Ərizəçi2hənifə qızı və X11 yazılmış şəxslər Ərizəçi2 və Ərizəçi1dur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 307-ci maddəsinin 1-ci bəndinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Bu Məcəllənin 307.2.5-ci maddəsində göstərilmişdir ki, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Azərbaycan Respublikasının MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə icraatı zamanı aparılmış araşdırmalara və toplanmış sənədlərə qiymət verərək məhkəmə hesab edir ki, Oğuz rayon Aqrar İslahat Komissiyasının (AİK) xx.xx.1998-ci il tarixli, 65 saylı qərarına əsasən 2,60 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi JN 0040 (kod ********) saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktı ilə həqiqətən ərizəçilərə və onların uzaq qohumlarına verildiyindən, hazırda AİK ləğv edildiyindən və həmin sənədlərdə olan texniki səhvin başqa orqan tərəfindən düzəldilməsi mümkün olmadığından torpağa mülkiyyət hüququna dair JN 0040 (kod ********) saylı dövlət aktının ərizəçilər Ərizəçi2 və Ərizəçi1 məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. Oğuz rayon Aqrar İslahat Komissiyasının 26 may 1998-ci il tarixli, 65 saylı qərarı ilə verilmiş 2,60 ha torpağa mülkiyyət hüququna dair JN 0040 (kod ********) saylı dövlət aktının ərizəçilər Ərizəçi2 və Ərizəçi1 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən bir ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Səadət Zeynalova
Məhkəmə qərarları › İş №2(054)-84/2023
Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-84/2023
09.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver