Məhkəmə qərarları › İş №2(054)-99/2025

Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-99/2025

17.03.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-99/2025 17.03.2025 OĞUZ RAYON MƏHKƏMƏSİ X10 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli sənəd faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə 17 mart 2025-ci il tarixdə Oğuz şəhərində Oğuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi (ərizəçi) maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli sənəd faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Oğuz şəhəri, X14 küçəsi, ev 1 ünvanında yerləşən, Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli qərarı ilə verilmiş 599,62 kv.m torpaq sahəsinə Azərbaycan Respublikasının ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Oğuz rayon şöbəsi tərəfindən tərtib edilmiş, 21 fevral 2012-ci il tarixdə 9563 nömrə ilə uçota alınmış A 389654 saylı torpaq sahəsinin planı və ölçüsü sənədinin mərhum əri X3 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, maraqlı şəxs nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bunun səbəbini bildirməmişdir.Məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə ərizəni müdafiə edərək bildirdi ki, ərizəçi xx.xx.1954-cü il tarixdə Qəbələ rayonu Nic kəndində anadan olmuşdur. xx.xx.1973-cü ildə Oğuz rayon sakini xx.xx.1939-cu il təvəllüdlü X1 rəsmi nikahla ailə qurmuş, Oğuz şəhərinə, X14 küçəsi ev 1 ünvanına köçmüş, hazırda həmin ünvanda qeydiyyatdadır. Evin nömrəsi indi 17-dir. X4 xx.xx.2008-ci ildə Rusiya Federasiyasında vəfat etmişdir. Oğuz şəhərində qeyd edilən ünvanda yerləşən fərdi yaşayış evi xx.xx.2008-ci ildə onun adına qeydə alınaraq MH seriyalı, ******* saylı çıxarış verilmişdir. Evin yerləşdiyi torpaq sahəsi isə ona Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 75 saylı qərarı ilə verilmişdir. 2012-ci ildə həmin torpaq sahəsinə A 389654 saylı plan və ölçü sənədi tərtib edilmişdir. Həmin sənəddə ərizəçinin ərinə aid məlumatlar X6 kimi yazılmışdır. Bu texniki səhv ev və torpaq sahəsinə dair vərəsəliklə bağlı sənədləri düzəltməkdə ona mane olur. Aidiyyəti üzrə maraqlı şəxsə müraciət edərkən ona fakt təsdiqi barədə ərizə ilə məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Qeyd edilənlərə əsasən ərizənin təmin edilməsi, Azərbaycan Respublikasının ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Oğuz rayon şöbəsi tərəfindən tərtib edilmiş, 9563 nömrə ilə uçota alınmış, 21 fevral 2012-ci il tarixli, A 389654 saylı torpaq sahəsinin planı və ölçüsü sənədinin ərizəçinin mərhum əri X3 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında izahat verən şahid X8 bildirdi ki, xx.xx.1955-ci ildə Oğuz rayonu Bayan kəndində anadan olub. Atası azərbaycanlı, anası udindir. Ərizəçi dayısı X2 arvadıdır. Dayısı "xxxx" ASC-də bağban işləyib. 2008-ci ildə mədə xəstəliyindən vəfat edib. Bir oğlu, bir qızı var, Rusiyada, Krasnodarda yaşayırlar. Dayısıgilin Oğuz şəhərində 7,2-7,5 sot həyətyanı torpağı və fərdi yaşayış evi vardı, amma bildiyinə görə kadastr sənədində dayısının adı səhv yazılıb. Azərbaycan Respublikasının ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Oğuz rayon şöbəsi tərəfindən tərtib edilmiş 21 fevral 2012-ci il tarixli, A 389654 saylı torpaq sahəsinin planı və ölçüsü sənədinin həqiqətən ərizəçinin mərhum əri X3 məxsus olduğunu təsdiq etdi. Məhkəmə iclasında şahid X9 xx.xx.1959-cu ildə Oğuz şəhərində doğulduğunu, Ərizəçi dayısı X2 arvadı olduğunu bildirdi və digər şahidin izahatına uyğun izahat verərək Azərbaycan Respublikasının ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Oğuz rayon şöbəsi tərəfindən tərtib edilmiş 21 fevral 2012-ci il tarixli, A 389654 saylı torpaq sahəsinin planı və ölçüsü sənədinin həqiqətən ərizəçinin mərhum ərinə məxsus olduğunu təsdiq etdi. Məhkəmə ərizəçinin nümayəndəsi və vəkilini dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, ərizə aşağıdakılara əsasən təmin edilməlidir. Azərbaycan Respublikası vətəndaşının işə əlavə edilmiş AZE 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1954-cü il tarixdə Qəbələ rayonu, Nic kəndində anadan olmuş, yaşayış yeri Oğuz şəhəri, Xətai küçəsi, ev 17-dir. Azərbaycan Respublikası vətəndaşının işə əlavə edilmiş AZE 01121434 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 xx.xx.1939-cu il tarixdə Vartaşen şəhərində anadan olmuş, yaşayış yeri Oğuz şəhəri, Xətai küçəsi, ev 17-dir. İşə əlavə edilmiş evlənmə haqqında AZ 228609 saylı şəhadətnamənin surətindən görünür ki, X4 və X7 xx.xx.1973-cü ildə evlənmiş, bu barədə Qutqaşen rayon Nic kənd sovetində vətəndaşlıq vəziyyəti aktları kitabında xx.xx.1973-cü il tarixdə 09 nömrə ilə qeyd edilmiş, evlənmə qeyd ediləndən sonra kişi və arvadın familiyası Toskoynov olmuşdur. İşə əlavə edilmiş ölüm haqqında İİİ-AQ 559958 saylı şəhadətnamənin surətindən görünür ki, Azərbaycan vətəndaşı X4 xx.xx.2008-ci il tarixdə vəfat etmiş, bu barədə Rusiya Federasiyası, Krasnodar ölkəsi, Lenin rayon VVAQ şöbəsində xx.xx.2008-ci il tarixdə 814 saylı akt tərtib edilmişdir. İşə əlavə edilmiş, Azərbaycan Respublikasının ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin torpaq sahəsinin A 389654 saylı, xx.xx.2012-ci il tarixli planı və ölçüsü sənədinin surətindən görünür ki, Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 75 saylı qərarı ilə X5 599,62 kv.m həyətyanı torpaq sahəsi verilmiş, sənəd X11 kitabında 9563 nömrə ilə uçota alınmışdır. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı ******* saylı, **********26-10301 reyestr nömrəli, ********* qeydiyyat nömrəli, xx.xx.2008-ci il tarixli çıxarışın və fərdi yaşayış evinin xx.xx.2008-ci il tarixli, 405-1/445 saylı inventar nömrəli texniki pasportunun surətindən görünür ki, Oğuz şəhəri, X14 küçəsi, ev 1 ünvanında, istifadədə olan 0,075 ha (faktiki 0,13447 ha) torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 45,5 kv.m yaşayış, 8,8 kv.m köməkçi sahədən ibarət 1 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X2 adına daşınmaz əmlakın dövlət reyestrində 2 nömrəli reyestr kitabının 43 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinin işə əlavə edilmiş xx.xx.2025-ci il tarixli, 3-21-3-42/2-671/2025 saylı məktubundan görünür ki, mərhum X2 adına tərtib edilmiş xx.xx.2008-ci il tarixli, MH seriyalı, ******* saylı, **********26-10301 reyestr nömrəli, ********* qeydiyyat nömrəli çıxarışda göstərilən fərdi yaşayış evi Azərbaycan Respublikasının ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Oğuz rayon şöbəsi tərəfindən tərtib edilmiş, X11 kitabında 9563 nömrə ilə uçota alınmış, 21 fevral 2012-ci il tarixli, A 389654 saylı torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən 0,059962 ha torpaq sahəsində yerləşir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 307-ci maddəsinin 1-ci bəndinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Bu Məcəllənin 307.2.5-ci maddəsində göstərilmişdir ki, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Azərbaycan Respublikasının MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə iclasında müəyyən edildi ki, Ərizəçi xx.xx.1954-cü il tarixdə Qəbələ rayonu Nic kəndində anadan olmuşdur. xx.xx.1973-cü ildə Oğuz rayon sakini xx.xx.1939cu il təvəllüdlü X1 rəsmi nikahla ailə qurmuş, Oğuz şəhərinə, X14 küçəsi ev 1 ünvanına köçmüş, hazırda həmin ünvanda qeydiyyatdadır. Evin nömrəsi indi 17-dir. X4 xx.xx.2008-ci ildə Rusiya Federasiyasında vəfat etmişdir. Oğuz şəhərində qeyd edilən ünvanda yerləşən fərdi yaşayış evi xx.xx.2008-ci ildə onun adına qeydə alınaraq MH seriyalı, ******* saylı çıxarış verilmişdir. Evin yerləşdiyi torpaq sahəsi isə ona Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 75 saylı qərarı ilə verilmişdir. 2012-ci ildə həmin torpaq sahəsinə A 389654 saylı plan və ölçü sənədi tərtib edilmişdir. Həmin sənəddə ərizəçinin ərinə aid məlumatlar X6 kimi yazılmışdır. Bu texniki səhv ev və torpaq sahəsinə dair vərəsəliklə bağlı sənədləri düzəltməkdə ona mane olur. Həm ərizəçinin təqdim etdiyi sənədlərlə, həm məhkəmənin sorğusuna cavab olaraq daxil olmuş məktubla, həm də şahidlərin izahatı ilə ərizəçinin ərinin adına qeydə alınmış fərdi yaşayış evinin mübahisəli torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən torpaq sahəsində yerləşdiyi, sənəddə ərizəçinin ərinin adının texniki səhv olaraq İvan, ata adının Setrakoviç yazıldığı müəyyən edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, DTXK ləğv edildiyindən və həmin orqanın tərtib etdiyi sənədlərdə olan texniki səhvin başqa orqan tərəfindən düzəldilməsi mümkün olmadığından ərizə təmin edilməli, Azərbaycan Respublikasının ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Oğuz rayon şöbəsi tərəfindən tərtib edilmiş, X11 kitabında 9563 nömrə ilə uçota alınmış, 21 fevral 2012-ci il tarixli, A 389654 saylı torpaq sahəsinin planı və ölçüsü sənədinin ərizəçinin mərhum əri X3 məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Oğuz şəhərində yerləşən 599,62 kv.m həyətyanı torpaq sahəsinə dair Azərbaycan Respublikasının ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Oğuz rayon şöbəsi tərəfindən tərtib edilmiş, X11 kitabında 9563 nömrə ilə uçota alınmış, 21 fevral 2012-ci il tarixli, A 389654 saylı torpaq sahəsinin planı və ölçüsü sənədinin Ərizəçi mərhum əri X3 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən bir ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə 2 saylı “Əlavə”yə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar