Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-1007/2024 11.09.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X10, İddiaçı nümayəndəsi-vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı nikahın pozulması və uşaqların yaşayış yerinin müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı ümayəndəsi-vəkili Nümayəndə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı ilə Cavabdeh ilə aralarında olan Saatlı rayon Orta Muğan kənd icra mümayəndəliyində bağlanmış 02 avqust 2003-cü il tarixli 05 saylı nikah qeydinin pozulması və iddiaçı ilə cavabdehin birgə nikahlarından doğulmuş 10 oktyabr 2010-cu il təvəllüdlü X1 anası İddiaçı yanında qalması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi-vəkili Nümayəndə iddianı müdafiə edərək izahatında göstərdi ki, nümayəndəsi olduğu X7 Cavabdeh ilə evlənərək nikahlarını 02 avqust 2003-cü ildə rəsmiləşdirmişlər. Tərəflərin birgə nikah dövründə 09 oktyabr 1999-cu ildə Seyidməleykə, 01 avqust 2001-ci ildə Mirismayıl, 05 sentyabr 2002-ci ildə Mircavad və 10 oktyabr 2010-cu ildə Seyidəsnad adlı uşağları doğulmuşdur. Tərəflərin evliliklərinin ilk illərində münasibətləri yaxşı olsa da sonradan münasibətləri pozulmuşdur. Hazırda iddiaçı cavabdehdən ayrılaraq uşaqları ilə birlikdə Bakı şəhərində yaşayır. Tərəflərin arasında olan ər-arvadlıq münasibəti tamamilə pozulmuşdur. İddiaçının dediyinə görə cavabdehlə barışaraq bir yerdə yaşaması mümkün deyildir. Bu səbəbdən də cavabdehdən boşanma qərarına gəlmişdir. İddianın təmin olunmasını xahiş edir. Ananın yanında qalan uşaq üçün aliment tələb etmirlər. Məhkəmə iclasında Cavabdeh izahatında göstərdi ki, iddianı qəbul edir, iddianın təmin olunmasına etirazı yoxdur. İşdə olan nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə Cavabdeh arasında 02 avqust 2003-cü il tarixdə Saatlı rayon Orta Muğan kənd icra mümayəndəliyində bağlanmış 05 saylı nikah qeydi vardır. İşdə olan şəxsiyyət vəsiqələrinin və doğum haqqında şəhadətnamənin surətlərindən görünür ki, X2 09 oktyabr 1999-cu ildə, X3 01 avqust 2001-ci ildə, X5 05 sentyabr 2002-ci ildə və X4 10 oktyabr 2010-cu ildə anadan olmuşlar. Həmin uşaqların atası Cavabdeh, anası İddiaçıdır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 20.1-ci maddəsinin tələbinə görə ər-arvadın birgə yaşamasının və ailənin saxlanılmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 21.1-ci maddəsinin tələbinə görə yetkinlik yaşına çatmayan ümumi uşağı olan ər-arvadın nikahın pozulmasına qarşılıqlı razılığı olduqda, eləcə də bu Məcəllənin 19.2-ci maddəsində göstərilən hallarda nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur. Məhkəmə tədqiqatı zamanı da təsdiq olundu ki, tərəflər arasında olan nikah formal xarakter daşımaqla ailələri faktiki olaraq dağılmış, bundan sonra onların barışıb ailəni bərpa etmələri mümkün deyildir. Odur ki, nikah qeydi pozulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.1-ci maddəsinin tələbinə görə nikah pozulduqdan sonra məhkəmə yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qaldığını müəyyən edir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflərin birgə nikahlarından doğulmuş 09 oktyabr 1999-cu il təvəllüdlü X2, 01 avqust 2001-ci il təvəllüdlü X3, 05 sentyabr 2002-ci il təvəllüdlü X5 və 10 oktyabr 2010-cu il təvəllüdlü X4 iddiaçının yanında yaşayırlar. Qeyd edilən uşaqlardan 09 oktyabr 1999-cu il təvəllüdlü X2, 01 avqust 2001-ci il təvəllüdlü X3, 05 sentyabr 2002-ci il təvəllüdlü X5 artıq yetkinlik yaşlarına çatmışlar. Yetkinlik yaşına çatmayan 10 oktyabr 2010-cu il təvəllüdlü X4 iddiaçının yanında qalmasına cavabdeh razıdır. Ona görə də, məhkəmə hesab edir ki, tərəflərin birgə nikahlarından doğulmuş 10 oktyabr 2010-cu il təvəllüdlü X1 iddiaçının yanında qalması müəyyən edilməlidir. İş materialları ilə müəyyən edilir ki, iddiaçı cavabdehdən onun yanında qalan uşaq üçün aliment tələb etmir. Ona görə də, məhkəmə aliment təyin edilməsi məsələsini müzakirə etməyi zəruri hesab etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin olunaraq İddiaçı ilə Cavabdeh arasında 02 avqust 2003-cü il tarixdə Saatlı rayon Orta Muğan kənd icra mümayəndəliyində bağlanmış 05 saylı nikah qeydi pozulmalı, tərəflərin birgə nikahından anadan olmuş 10 oktyabr 2010-cu il təvəllüdlü X1 anası İddiaçı yanında qalması müəyyən edilməlidir. İşdə olan ödəniş qəbzlərindən görünür ki, İddiaçı 50 manat dövlət rüsumu və 50 manat mediasiya xərci ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 50 manat dövlət rüsumu və 50 manat mediasiya xərci cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 29 iyul 2019-cu il tarixli Qərarına əsasən tərəflərə onların nikah dövründə əldə etdikləri ümumi əmlakları varsa, həmin əmlaklara dair payların bölünməsi məsələsinin Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 36.9-cu maddəsində göstərilən müddət (3 il) çərçivəsində həll edilməsinin məqsədəmüvafiqliyi izah edilməlidir. Qeyd olunan qanunun tələbləri tərəfə izah edildi. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında 02 avqust 2003-cü il tarixdə Saatlı rayon Orta Muğan kənd icra mümayəndəliyində bağlanmış 05 saylı nikah qeydi pozulsun. Tərəflərin birgə nikahından anadan olmuş 10 oktyabr 2010-cu il təvəllüdlü X1 anası İddiaçı yanında qalması müəyyən edilsin. İddia qaldırılarkən ödənilmiş 50 manat dövlət rüsumu və 50 manat mediasiya xərci, cəmi 100 (bir yüz) manat Cavabdeh alınaraq İddiaçı ödənilsin. Tərəflərə onların nikah dövründə əldə etdikləri ümumi əmlakları varsa, həmin əmlaklara dair payların bölünməsi məsələsinin Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 36.9-cu maddəsində göstərilən müddət (3 il) çərçivəsində həll edilməsinin məqsədəmüvafiqliyi izah edilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(055)-1007/2024
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-1007/2024
11.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın pozulması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver