Məhkəmə qərarları › İş №2(055)-1192/2023

Saatlı Rayon Məhkəməsi Qərardad — İş №2(055)-1192/2023

28.11.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Saatlı rayonu İş № 2(055)-1192/2023 28.11.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman qızının sədrliyi, Məhkəmə iclasının katibi X2, İddiaçı, Cavabdeh Azərbaycan Dövlət X4 Cavabdeh ASC 4 saylı Regional Sukanal İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Dövlət X4 Cavabdeh ASC 4 saylı Regional Sukanal İdarəsinə qarşı aktın və onun nəticələrinin ləğv edilməsi tələbinə dair mülki işə Saatlı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxış iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Dövlət X4 Cavabdeh ASC 4 saylı Regional Sukanal İdarəsinə qarşı aktın və onun nəticələrinin ləğv edilməsi tələbinə dair məhkəmədə iddia qaldırmışdır. İddiaçı məhkəməyə ərizə təqdim edərək iddia ərizəsinin baxılmamış saxlanmasını məhkəmədən xahiş etdi. Cavabdeh Azərbaycan Dövlət X4 Cavabdeh ASC 4 saylı Regional Sukanal İdarəsinin nümayəndəsi X3 məhkəməyə ərizə təqdim edərək işə mahiyyəti üzrə baxılmasını tələb etmədi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinin tələbinə görə iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Məhkəmə iş materiallarını tədqiq edib belə hesab edir ki, İddiaçı iddia ərizəsi baxılmamış saxlanılması barədə məhkəməyə ərizə verdiyindən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 263, 264, 266-267-ci maddələrini rəhbər turaraq, məhkəmə Q ə r a r a a l d ı: İddiaçı cavabdeh Azərbaycan Dövlət X4 Cavabdeh ASC 4 saylı Regional Sukanal İdarəsinə qarşı aktın və onun nəticələrinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Saatlı Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar