Məhkəmə qərarları › İş №2(055)-1224/2024

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-1224/2024

30.10.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-1224/2024 30.10.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi X4, iddiaçının nümayəndəsi Saatlı Vəkil Bürosunun vəkili, Nümayəndə iştirakı ilə İddiaçı mirasın qəbulu üçün müddətin uzadılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Saatlı rayon Notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək oğlu X6 miras qalımış, ünvan 1 ünvanında yerləşən əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə alınması üçün mirasın qəbul edilməsi müddətinin uzadılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı iddiaçının nümayənsədi Nümayəndə iddia ərizəsini müdafiə edərək izahatında göstərdi ki, İddiaçı mərhum oğlu X8 19 oktyabr 1985-ci il tarixdə Saatlı şəhərində doğulmuş, 01 iyun 2019-cu ildə vəfat edtmişdir. İddiaçı mərhum oğlu X6 miras qalmış ünvan 1 ünvanına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Saatlı rayon notariat ofisinə ərizə ilə müraciət etdikdə ona vərəsəlik hüququ haqqında şəhadətnamə alınması üçün müəyyən olunmuş müddətin buraxılması göstərilərək Saatlı rayon notariat ofisinin 10 sentyabr 2024-cü il tarixli 305 saylı qərarı ilə notariat hərəkətinin aparılmasından imtina edilmişdir. İddiaçı mərhum X2 üzrə vərəsəsidir. İddiaçının hüquqi savadı olmadığı üçün oğlunun ölümü ilə əlaqədar mirasın qəbul edilməsi üçün müəyyən olunmuş müddətdə notariat ofisinə müraciət etməmişdir. Hal-hazırda isə iddiaçının oğlundan qalan mirasa qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaqdan ötrü mirasın qəbul edilməsi üçün müəyyən olunmuş müddətin üzadılması zəruridir. Ona görə də iddia ərzəsində göstərilənləri nəzərə alaraq X6 miras qalmış ünvan 1 ünvanında yerləşən əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün mirasın qəbul edilməsi müddətinin uzadılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı tərəf Saatlı rayon Notariat ofisinin xüsusi notariusu məhkəmədə iştirak etməsə də məhkəməyə ünvanladığı 17 oktyabr 2024-cü il tarixli, 351 saylı məktubda mülki işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə maraqlı tərəf Saatlı rayon Notariat ofisinin nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş AZE ******** seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1964-cü ildə Yevlax rayonunun 1-ci Salamabad kəndində doğulmuş, Saatlı şəhəri H.Əliyev pr, ev 41-də qeydiyyatdadır. İşdə olan və məhkəmə iclasında elan edilmiş Saatlı rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, X8 19 oktyabr 1985-ci ildə Saatlı rayonunda anadan olmuşdur. X11 Nikolayeviç, anası X3r. İşdə olan və məhkəmə iclasında elan edilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən edilmiş xx.xx.2017-ci il tarixli, Seriya RX ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1, ümumi sahəsi 36,6 kv.m olan əmlak X7 xeyrinə hüquqi yüklü edilməklə qeydiyyata alınmışdır. İşdə olan və məhkəmə iclasında elan edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 01 iyun 2019-cu il tarixdə ölmüşdür. İşdə olan və məhkəmə iclasında elan edilmiş Saatlı rayon Notariat ofisinin 10 sentyabr 2024-cü il tarixli 305 saylı qərarından görünür ki, İddiaçı Saatlı rayon notariat ofisinə ərizə ilə müraciət edərək oğlu X7 vəfatından sonra oğlundan miras qalmış ünvan 1 ünvanına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmiş və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə alınması üçün müəyyən olunmuş müddət buraxıldığı üçün notariat hərəkətlərinin aparılmasından imtina olunmuşdur. Məhkəmə iddiaçınin nümayəndəsinin izahatını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 oktyabr 2022-ci il tarixli qərarına görə Mülki Məcəllənin 1248.1-ci maddəsinə müvafiq olaraq, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş altı aylıq müddətin uzadılması tələbi ilə bağlı işlərə baxarkən məhkəmələr tərəfindən həmin maddədə nəzərdə tutulmuş “üzrlü səbəb” anlayışı yalnız şəxsin iradəsindən asılı olmayaraq vərəsəlik hüququnun realizəsi üçün müraciət edə bilmədiyi hallarla məhdudlaşdırılmamalı, işin bütün halları, belə müraciətin qanunvericiliklə müəyyən edilmiş müddət ərzində edilməməsinin səbəbləri ətraflı araşdırılmaqla məsələyə hüquqi qiymət verilməlidir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsi, 29-cu maddəsinin İ və Vİİ hissələri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1194-cü maddələrinin həmin Məcəllənin 372, 373, 1166, 1202.2 və 1255-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 21 iyun 2024-cü il tarixli qərarının 4-cü bəndinə görə mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilməlidir. İş materialları ilə müəyyən edilmişdir ki, İddiaçı oğlu X8 01 iyun 2019-cu il tarixdə vəfat etmişdir. İddiaçı mərhum oğlu X1 (ünvan 1) mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti qanunu bilməməsi səbəbindən ötürdüyündən miras qalmış əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Saatlı Rayon Notariat ofisinə ərizə ilə müraciət etdikdə ona vərəsəlik hüququ haqqında şəhadətnamə alınması üçün müəyyən olunmuş müddətin buraxılması göstərilərək Saatlı Rayon Notariat ofisinin müvafiq qərarı ilə notariat hərəkətinin aparılmasından imtina edilmişdir. Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin ötürülməsi üzülü hesab edilərək uzadılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə işə əlavə edilmiş sənədləri yuxarıda göstərilən qaydada tədqiq edərək belə nəticəyə gəlir ki, iddia təmin edilməklə İddiaçı 01 iyun 2019-cu il tarixdə vəfat etmiş oğlu X6 miras qalmış ünvan 1 ünvanında yerləşən əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə alınması üçün qanunla müəyyənləşdirilmiş müddətin buraxılma səbəbi üzürlü sayılaraq uzadılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia təmin edilsin. İddiaçı 01 iyun 2019-cu il tarixdə vəfat etmiş oğlu X6 miras qalmış ünvan 1 ünvanında yerləşən əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə alınması üçün qanunla müəyyənləşdirilmiş müddətin buraxılma səbəbi üzürlü sayılaraq uzadılsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar