Məhkəmə qərarları › İş №2(055)-1476/2024

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-1476/2024

28.11.2024 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-1476/2024 28.11.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2 iştirakı ilə, Ərizəçi Camşüd qızının maraqlı tərəf Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Ərizəçi Camşüd qızı ərizə ilə məhkəməyə müraciət edərək, 09 avqust 2024-cü il tarixdə mediatorun iştirakı ilə maraqlı tərəf Maraqlı şəxs ilə aralarında Maraqlı şəxs Sabirabad Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(056)-07/2013-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş 70 manat aliment məbləğini artıraraq hər ay 200 manat sabit pul məbləğində alimet və qalıq aliment borcundan 100 manat pul alınaraq 2024-cü ilin sentyabr ayından başlayaraq hər ayın 1-dən 30-dək olan müddətdə Ərizəçi Camşüd qızına verilməsi barədə bağlanmış barışıq sazişinin təsdiq edilməsi və sazişin məcburi icrasının həyata keçirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, maraqlı tərəf Maraqlı şəxs ilə birgə nikahlarından 21 aprel 2012-ci ildə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün, Sabirabad rayon məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(056)-07/2013 saylı qətnaməsi ilə, Maraqlı şəxs təyin edilmiş 70 (yetmiş) manat alimentin miqdarı artırılaraq, hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin Maraqlı şəxs alınıb, ona verilməsini tələbi ilə əlaqədar, 1 saylı X1 müraciət etmişdir. Ərizəsi mediator M.A.Babayev tərəfindən icraata götürülmüşdür. Maraqlı tərəf Maraqlı şəxs ilə aralarında 09 avqust 2024-cü il tarixdə, MŞS/MT 023/2024-01487 saylı “Barışıq Sazişi” bağlamışlar. Sözügedən “Barışıq Sazişi”-ə əsasən, maraqlı tərəf Maraqlı şəxs, tələbini qismən qəbul edərək, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş 70 manat alimentin məbləğini artıraraq hər ay 200 (iki yüz) manat sabit pul məbləğində alimenti və əlavə 09 avqust 2024-cü ilə qədər olan olan aliment borcundan, sözügedən borc yekunlaşana qədər hər ay 100 (bir yüz) manat verəcəyini təklif etmişdir. Nəticədə onun təklifini tam qəbul edərək, aralarında qarşılıqlı razılaşma əldə etmişlər. Marağlı tərəf Maraqlı şəxs, 2024-cü ilin sentyabr ayından başlayaraq, hər ayın 1dən-30-na qədər olan müddətdə alimentin, ona verilməsini üzərinə öhdəlik olaraq götürmüşdür. Aralarında bağlanmış “Barışıq sazişi”, mediator M.A.Babayev tərəfindən təsdiq edilmişdir. Maraqlı tərəf Maraqlı şəxs, aralarında bağlanmış 09 avqust 2024-cü il tarixli, MSS/MT 023/2024-01487 saylı “Barışıq Sazişi”-ni icra etmir. Marağlı tərəf Maraqlı şəxs, birgə nikahlarından 21 aprel 2012-ci ildə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün, öhdəsinə götürdüyü hər ay 200 (iki yüz) manat sabit pul məbləğində alimenti və əlavə olaraq ona olan aliment borcundan, hər ay 100 (bir yüz) manat pulu ona verməkdən imtina edir. Odur ki, Mediasiya Təşkilatında maraqlı tərəf Maraqlı şəxs ilə aralarında bağlanmış və mediator M.A.Babayev tərəfindən təsdiq edilmiş 09 avqust 2024-cü il tarixli, MSS/MT 023/2024- 01487 saylı “Barışıq sazişi”-nin məcburi icrası üçün, təsdiq edilməsi barədə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq tərəflər heç bir üzürlü səbəb göstərmədən məhkəmənin iclasında iştirak etmirlər və məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-25.2-ci maddəsinə əsaslanaraq tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan Ərizəçi Camşüd qızı ilə Maraqlı şəxs arasında mediasiya mərhələsində mediatorun iştirakı ilə bağlanan 09 avqust 2024-cü il tarixli barışıq sazişindən görünür ki, saziş imzalandıqdan sonra Maraqlı şəxs oğlundan Sabirabad Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(056)-07/2013-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş 70 manat aliment məbləğini artıraraq hər ay 200 manat sabit pul məbləğində alimet və qalıq aliment borcundan 100 manat pul alınaraq 2024-cü ilin sentyabr ayından başlayaraq hər ayın 1dən 30-dək olan müddətdə Ərizəçi Camşüd qızına verilməsi barədə Ərizəçi Camşüd qızı ilə Maraqlı şəxs razılaşmışlar. Qeyd edilən barışıq sazişinin 6-cı bəndində göstərilir ki, sazişdə tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə tam imzalandığı gündən 10 təqvim günü müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin sazişin 8-ci bəndində göstərilir ki, sazişin könüllü icrasından imtina olunsa, tərəf sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək, onlara məcmu halda hüquqi qiymət verib, belə qənaətə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməldir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-26-cı maddəsində qeyd edilmişdir ki, Məhkəmə barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda, barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. “Mediasiya haqqında” Qanunun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin qanunun 34.2-ci maddəsinə əsasən barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Həmin qanunun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin qanunun 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). İşin hallarından göründüyü kimi barışıq sazişinin təsdiq edildiyi vaxtdan keçən müddət ərzində barışıq sazişi icra edilməmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər mediasiya prosesində barışıq əldə etmişdir, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasında 09 avqust 2024-cü il tarixdə bağlanmış barışıq sazişi təsdiq olunmalıdır. Odur ki, ərizəçi maraqlı şəxs cəlb edilməklə “barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi əsaslı hesab edilməklə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in, 217-ci, 355-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: Ərizə təmin edilsin. 09 avqust 2024-cü il tarixdə mediatorun iştirakı ilə Ərizəçi Camşüd qızı ilə Maraqlı şəxs arasında bağlanmış “Maraqlı şəxs Sabirabad Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(056)-07/2013-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş 70 manat aliment məbləğini artıraraq hər ay 200 manat sabit pul məbləğində alimet və qalıq aliment borcundan 100 manat pul alınaraq 2024-cü ilin sentyabr ayından başlayaraq hər ayın 1dən 30-dək olan müddətdə Ərizəçi Camşüd qızına verilməsi barədə” barışıq sazişi təsdiq edilsin. Barışıq sazişinin məcburi icrası həyata keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar