Azərbaycan Respublikası adından QƏRARDAD Saatlı rayonu İş № 2(055)-1592/2023 27.12.2023 SAATLI RAYON MƏHKƏMƏSİ (yolverilməzliyə görə ərizənin qəbul edilməsindən imtina edilməsi haqqında) Hakim Sadıqov Mirlətif Süleyman oğlu, Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, Müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək N saylı hərbi hissənin tərkibində N8 aprel N994-cü il tarixində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Ağdam rayonunun Təzəkənd kəndində gedən döyüşlərdə iştirak etməsinə dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddianın yolverilməzliyinə görə ərizənin qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.N-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” N2 aprel 20N9-cu il tarixli 03 saylı Qərarının N.3-cü bəndinə görə məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə ( mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-nin N53.2.N-ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-nin 26N.0.N-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Həmin Qərarın N4-cü bəndinə görə müvafiq qanunvericiliklə başqa qaydada müəyyən edilməsi nəzərdə tutulan hərbi xidmət keçmə, döyüş əməliyyatlarında iştirak etmə, döyüşlərdə yaralanma, müharibə iştirakçısı, müharibə veteranı kimi tanınma, əmək qabiliyyətinin itirilməsinin səbəb və dərəcəsi, əlilliyin baş verməsi anı və əlillik qrupları, xəstəyə qulluq etmə, yaşın müəyyən edilməsi, eləcə də, hər hansı təhsil müəssisəsini bitirmə kimi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Lakin qeyd edilməlidir ki, hərbi xidmət dövründə döyüşlərdə yaralanma, müalicədə olma və s. barədə hərbi hissələr, hərbi komissarlıqlar, hospitallar tərəfindən verilmiş arayışların, bildirişlərin və digər sənədlərin şəxsə məxsus olması faktı məhkəmələr tərəfindən xüsusi icraat qaydasında müəyyən oluna bilər. Ərizə və ona əlavə edilmiş sənədlərdən göründüyü kimi, Ərizəçi məhkəməyə müraciət edərək N saylı hərbi hissənin tərkibində N8 aprel N994-cü il tarixində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Ağdam rayonunun Təzəkənd kəndində gedən döyüşlərdə iştirak etməsinə dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsini xahiş edir. Halbuki Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd olunan qərarına əsasən döyüş əməliyyatlarında iştirak etmə kimi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin N53.2.N-ci maddəsinə görə ərizəyə ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin N53.2.N-ci maddəsinə əsasən yolverilməzliyə görə ərizənin qəbul edilməsindən imtina olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin N53.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. Həmin Məcəllənin N53.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Həmin Məcəllənin N53.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Ərizəçiyə izah olunur ki, əldə etmək istədiyi hüquqi nəticələrlə bağlı, yəni N8 aprel N994-cü il tarixində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Ağdam rayonunun Təzəkənd kəndində gedən döyüşlərdə iştirak etməsi faktının müəyyən edilməsi üçün müvafiq sənədlərlə hazırki vəziyyətdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət edə, həmin müraciət əsasında qəbul edilmiş qərar (verilmiş cavab) onu qane etmədiyi halda həmin orqanın hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və (və ya) aidiyyəti üzrə müvafiq inzibati məhkəməyə şikayət verə bilər. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin N53, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: N.Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizəsinin qəbul edilməsindən yolverilməzliyə görə imtina olunsun. 2.Ərizə və ərizəyə əlavə olunmuş sənədlər ərizəçiyə geri qaytarılsın. 3.Ərizəçiyə N8 aprel N994-cü il tarixində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Ağdam rayonunun Təzəkənd kəndində gedən döyüşlərdə iştirak etməsi faktının müəyyən edilməsi üçün müvafiq sənədlərlə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmək hüququ izah olunsun. 4.Ödənilmiş N00 (bir yüz) manat dövlət rüsumu dövlət büdcəsindən Ərizəçi qaytarılsın. 5.Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra N0 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Saatlı Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(055)-1592/2023
Saatlı Rayon Məhkəməsi Qərardad — İş №2(055)-1592/2023
27.12.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Döyüş əməliyyatlarında iştirak faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver