Məhkəmə qərarları › İş №2(055)-1703/2025

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-1703/2025

08.12.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-1703/2025 08.12.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “X1 Qaydaları”nın pozulması haqqında 23 iyul 2024-cü il tarixli, 337828 saylı aktın ləğv edilməsi və onun abonent hesabına əlavə edilmiş 747,86 manat debitor borcun silinməsi tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Daha sonra, iddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə iddia ərizəsinə düzəliş barədə ərizə təqdim edərək, “X1 Qaydaları”nın pozulması haqqında 23 iyul 2024cü il tarixli, 337828 saylı aktın əsasında iddiaçının abonent hesabına əlavə edilmiş 747,86 manat debitor borcun silinməsi barədə qətnamə çıxarılımasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək izahatında göstərdi ki, iddiaçı onun həyat yoldaşıdır. "xxxx" ASC-nin işçiləri həyətlərinə gəlib, işıq sayğacına baxış keçirilmişlər və “X1 Qaydaları”-na riayət olunması barədə 23 iyul 2024-cü il tarixdə, 337828 saylı akt tərtib olunmuşdur. Aktda qeyd edilmişdir ki, abonentin mənzilinə quraşdırılmış PAUD tipli sayğaca baxış keçirən zaman məlum olmuşdur ki, abonent sayğacın alt qapağını və alt qapaq möhürünü açaraq sayğacın çıxış faza xətini sayğacın girişinə fazasına bərkidərək, elektirik enerjisindən sayğacdan kənar xəttdən istifadə edir. Onun və ailə üzvləri tərəfindən işıq sayğacına hər hansı bir müdaxilə edilməmişdir. Elektirik sayğacı yararsız vəziyyətə düşmüşdür. Elektirik xəttlərinin birləşməsi yaranmışdır. Kənar xəttin keçməsindən məlumatları yoxdur. Tərtib edilmiş aktda da, işıq sayğacına istehlakçı tərəfindən müdaxilə edilmə halı göstərilməmişdir. Həta yoldaşı X4 gedərək, işıq idarəsinin əməkdaşlarının qanunsuz hərəkətləri barəsində etirazını bildirmişdir. Göstərdiyi halların nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İddiaçının nümayəndəsi verilmiş suala cavab olaraq bildirmişdir ki, təxminən 3-4 ay sayğacdan kənar X1 etmişlər. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmənin iclasında iştirak etmir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsaslanaraq cavabdeh təşkilatın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş “X1 Qaydaları”nın pozulması haqqında 23 iyul 2024-cü il tarixli, 337828 saylı aktdan görünür ki, istehlakçılar tərəfindən X1 qaydalarına əməl olunmasına nəzarətin həyata keçirilməsi məqsədilə aparılmış yoxlama nəticəsində istehlakçı İddiaçı yaşadığı Saatlı rayonu Gomuşçu kəndində yerləşən fərdi yaşayış evinə gedən elektrik xəttindən sayğacdankənar qaydada qanunsuz istifadə etməsi qeyd edilmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. “X1 Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasi Nazirlər Kabinetinin Qərarının 9.1-ci maddəsinə əsasən istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin X2 Agentliyinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. Həmin Qərarın 9.12.5-ci maddəsinə əsasən elektrikqəbulediciləri sayğacdan kənar elektrik şəbəkəsinə qoşduqda və ya elektrik enerjisi uçotunun sxemini pozduqda X2 Agentliyi üç gün əvvəl rəsmi xəbərdar etməklə, aşağıdakı hallarda istehlakçıya elektrik enerjisi verilişinin tam, yaxud qismən dayandırılmasını enerjitəchizatı müəssisəsindən və (və ya) əsas istehlakçıdan tələb etmək hüququna malikdir. Belə ki, məhkəmədə işin araşdırılan halları və iddiaçının nümayəndəsinin izahatı ilə müəyyən edilir ki, iddiaçı yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsində elektrik enerjisindən sayğacdankənar qanunsuz elektrik xətti vasitəsi ilə istifadə etdiyi üçün X1 qaydalarının pozulmasında məsuliyyəti İddiaçı daşıyır. İddiaçının nümayəndəsi özü də sayğacdan kənar xətt vasitəsi ilə X1 etdiklərini qəbul edir, lakin həmin akta əsasən hesablanmış ziyanın məbləği ilə razılaşmır. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçının nümayəndəsinin izahatından başqa, iddia tələbinin əsasında duran aktın əsasında hesablanmış ziyanın ləğv edilməli olduğunu, iddiaçının sayğacdan kənar elektrik xəttindən istifadə etmədiyini təsdiq edə biləcək hər hansı bir sübut növü məhkəməyə təqdim edilməmişdir. İddiaçının nümayəndəsinin izahatı isə özü-özlüyündə sübut növü kimi qəbul edilə bilməz. Çünki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Hazırkı iş üzrə həmin izahatı təsdiq edə biləcək, izahatla yanaşı yoxlanılmalı və qiymətləndirilməli hər hansı sübut növü məhkəmədə təsdiqini tapmamışdır. Buradan da göründüyü kimi, iddiaçı tərəf öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “X1 Qaydaları”nın pozulması haqqında 23 iyul 2024-cü il tarixli, 337828 saylı aktın əsasında onun abonent hesabına əlavə edilmiş 747,86 manat debitor borcun silinməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q ə t e t d i: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “X1 Qaydaları”nın pozulması haqqında 23 iyul 2024-cü il tarixli, 337828 saylı aktın əsasında onun abonent hesabına əlavə edilmiş 747,86 manat debitor borcun silinməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar