Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-1705/2025 16.12.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, İddiaçı, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı akta əsasən hesablanmış ziyanın silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 19 sentyabr 2018-ci il tarixli ******* saylı aktın, 30 noyabr 2022-ci il tarixli ******* saylı aktın, 18 oktyabr 2023-cü il tarixli ******* saylı aktın ləğv edilməsi və həmin aktlara əsasən abonent hesabına (**********04760) yazılmış ziyanın silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddiasını müdafiə edərək izahatında göstərdi ki, hazırda ünvan 1 ünvanında ailəsi ilə birlikdə yaşayır. Qaz sayğacı onun mərhum ərinin adına olmuş, əri öldükdən sonra onun adına keçmişdir. O, vaxtı-vaxtında ödənişlərini etsə də, bir müddət əvvəl Asan Xidmətdə olan zaman, ona bildirmişlər ki, onun adına qaz sayğacında 660 manat borc var. O, xeyli müddətdir qazdan istifadə edir, amma bu cərimə aktları barədə məlumatı olmamışdır. Cavabdeh nümayəndələri ona bildirmişlər ki, həyətində 2 təndir var, çörək bişirib satmaqla məşğul olduğu üçün o, qeyri-əhali sektoruna aiddir, onun qaz sayğacı fərqli olmalıdır. Belə ki, Cavabdeh əməkdaşları “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 19 sentyabr 2018-ci il tarixli ******* saylı akt tərtib etmişlər. Həmin aktda aşkar edilmiş nöqsanlar barədə “Abonentin qaz cihazları ona məxsus qaz sayğacının sərfiyyatına uyğun deyil. Cihazların saatlıq qaz sərfiyyatı sayğacın saatlıq qaz sərfiyyatını keçir. Abonent qaz xəttinə təndirdə istifadə etmək üçün sovurucu nasosdan istifadə etmişdir” sözləri qeyd edilmişdir. Həmin akta əsasən də 1440 metr kub ziyana görə 288 manat pul hesablanmışdır. Bundan sonra Cavabdeh əməkdaşları “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 30 noyabr 2022-ci il tarixli ******* saylı akt tərtib etmişlər. Həmin aktda aşkar edilmiş nöqsanlar barədə “Sayğacın LCD ekranı zədəlidir, informasiya oxunmur, klapan açıqdır” sözləri qeyd edilmişdir. Həmin akta əsasən də 480 metr kub ziyana görə 95.20 manat pul hesablanmışdır. Bundan başqa, Cavabdeh əməkdaşları “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 18 oktyabr 2023-cü il tarixli ******* saylı akt tərtib etmişlər. Həmin aktda aşkar edilmiş nöqsanlar barədə “Abonent əhali tarifli qaz sayğacından həyətində quraşdırılmış 2 ədəd təndirdən qeyri-əhali kimi istifadə edir. Həm də mənzilində istifadə olunur.” sözləri qeyd edilmişdir. Həmin akta əsasən də 1842 metr kub ziyana görə 279.48 manat pul hesablanmışdır. Ona görə də, göstərdiklərinin nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə baxışı zamanı Cavabdeh nümayəndəsi X6 iddianı qəbul etməyərək izahatında göstərdi ki, iddiaçı həyətində olan təndirlər üçün qazdan istifadə edən zaman fərdi yaşayış evi üçün nəzərdə tutulan sayğacdan istifadə edir. Bu barədə dəfələrlə ona xəbərdarlıq olunub, amma iddiaçı heç bir tədbir görməyib. İddiaçı evdə sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Həyətdə 2 təndir var, çörək bişirib satmaqla məşğuldurlar. İddiaçının fərdi yaşayış evinə quraşdırılmış sayğac həmin lahiyə üçün nəzərdə tutulmayıb. Onlar akt tərtib edərkən ona izah etmişlər ki, iddiaçı fərdi bizneslə məşğul olduğu üçün başqa lahiyədən istifadə etməlidirlər. Qazdan istifadə haqqında qanunda da izah edilir ki, qeyri əhali sektoru üçün qazdan istifadə qaydaları fərqlidir. Abonent saldosunda sayğacın sərfiyyatı fərdi yaşayış evlərinin sərfiyyatından əhəmiyyətli dərəcədə artıqdır. Qazdan istifadə normadan dəfələrlə artıq olduğu üçün həmin sayğac düzgün işləmir, yəni sayğacın gücü həmin qazı ötürməyə çatmır, ona görə də, iddiaçı əlavə nasoslar qoşur ki, qazı sovurub gətirsin, bu isə akt tərtib edilməsi üçün əsasdır. Belə ki, İddiaçı Cavabdeh İB-nə qarşı xx.xx.2018-ci il tarixli, ******* saylı “təbii qazdan istifadə qaydalarının pozulması haqqında”akta əsasən 288 manat, xx.xx.2022-ci il tarixli, ******* saylı “təbii qazdan istifadə qaydalarının pozulması haqqında”akta əsasən 95.20 manat və xx.xx.2023-ci il tarixli, ******* saylı “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akta əsasən 279.48 manat olmaqla, ümumilikdə 662.04 manat borcun ləğv edilməsi tələbi əsassızdır. Belə ki, xx.xx.2018-ci il tarixində abonentin mənzilinin qaz təsərrüfatına baxış keçirilən zaman mənzildə istismarda olan “Elster” tipli G-4 markalı qaz sayğacının sərfiyyatının uyğun olmadığı, cihazların qaz sərfiyyatı sayğacın sərfiyyatını keçdiyi və iddiaçı fərdi evinin həyatyanı sahəsində sahibkarlıq məqsədi üçün inşa etdiyi təndirlərdə nasos vasitəsi ilə istifadə etdiyi müəyyən olunmuşdur. Bu səbəbdən xx.xx.2018-ci il tarixli ******* saylı “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilmiş və itirilmiş qazın bərpası məqsədi ilə hesabat aparılmışdır. İtirilmiş qazın hesabatı qaz işlədicilərindən təndir maksimal qaz sərfi 2 m3/saat, günlük iş rejimi - 8 saat, hesabat müddəti 90 gün qəbul edilməklə aparılmış və dəymiş ziyan 2 m3/saat x 8 saat (gündəlik iş rejimi) x 90 gün (hesabat günləri) = 1440 m3, cəmi –1440 m3 x 0,20 manat = 288 manat hesablanmışdır. Salyan RQİİ-nin Saatlı Xidmət Sahəsinin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə iddiaçınin fərdi evinə quraşdırılmış “İtron” smart tipli G-4 markalı **********785 nömrəli qaz sayğacına baxış keçirilərkən sayğacın mənfiyə işlədiyi müəyyən olunmuş, “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu” haqqında akt tərtib edilmiş, iddiaçı həmin aktı imza etmiş və istismardan çıxarılan qaz sayğacı isə labaratoriya müayinəsindən keçirilməsi üçün Cavabdeh İB-nin Metrologiya Departamentinin sayğacların müayinəsi labaratoriyasına göndərilmişdir. Cavabdeh İB-nin Metrologiya Departamentinin sayğacların müayinəsi labaratoriyasının MSK 29/1710-04102-1 saylı rəyinə əsasən sayğaca ümumi baxış keçirilmiş, sayğacın LSD ekranının zədəli olduğu, informasiyanın oxuna bilinmədiyi, klapanın açıq olduğu, sayğacın istismara yararsız olduğu müəyyən edilmiş və “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 30 noyabr 2022-ci il tarixli, ******* saylı akt tərtib edilmiş və itirilmiş qazın bərpası məqsədi ilə hesabat aparılmışdır. İtirilmiş qazın hesabatı qaz sayğacının nominal qaz sərfi 4 m3, orta gülük iş rejimi 24 saat və hesabat müddəti 5 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün dəymiş ziyan (4 x 24 x 5=480) cəmi - 480 m3 x 0,12 manat=57.60 manat hesablanmışdır. Salyan RQİİ-nin Saatlı Xidmət Sahəsinin əməkdaşları tərəfindən iddiaçınin fərdi evinə quraşdırılmış G-4 markalı 10339756 nömrəli məişət qaz sayğacı dövlət yoxlamasından keçirərkən təbii qazın uçotunun pozulması haqqında 53-03688 saylı AKT UP tərtib edilmiş və uçotu pozulmuş qaz sərfi 487 m3 x 0,12 manat=58.44 manat müəyyən edilmişdir. Salyan RQİİ-nin Saatlı Xidmət Sahəsinin əməkdaşları tərəfindən təkrarən xx.xx.2023-cü il tarixdə iddiaçınin fərdi evinə baxış keçirilərkən əhali tarifi ilə fərdi yaşayış evi kimi qeydiyyatda olan abonent qeyri-yaşayış sahəsində təndirdə təbii qazdan istifadə etdiyi aşkar edilmişdir. Fərdi ev kimi qeydiyyata alınmış **********04760 saylı abonent kodu üzrə quraşdırılmış qaz sayğacından sahibkarlıq fəaliyyəti məqsədi ilə fərdi həyatyanı sahəsində inşa etdirdiyi təndirdə istifadə etdiyi üçün “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-ci il tarixli ******* saylı akt tərtib edilmiş və itirilmiş qazın bərpası məqsədi ilə hesabat aparılmışdır. İtirilmiş qazın hesabatı qeyri-əhali sahəsində 2500m3=625 azn (1m3=0.25 azn) olduğu üçün istehlakçı 2023-cü il ərzində 9883 m3 həcimində təbii qaz istehlak etdiyini nəzərə alaraq itirilmiş qazın bərpası üçün cəmi - 1842 m3 x 0,12 manat = 221.04 manat müəyyən edilmişdir. Bundan başqa, iddiaçının abonent saldosuna 2022-ci ilin aprel ayında “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilərək 37.60 manat, 2023-cü ilin aprel ayında “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilərək 58.44 manat borc əlavə edilmiş və həmin aktlar iddiaçı tərəfindən mübahisələndirilməmişdir.”Azəriqaz” İB-nin Salyan RQİİ-nin abonent bazasında qeydiyyata alınmış X8 vəfat etdiyi üçün həyat yoldaşı İddiaçı Salyan RQİİ-nin Saatlı rayon üzrə rəis müavininə 11 iyun 2024-cü il tarixində ərizə ilə müraciət edərək mərhum həyat yoldaşının adına olan **********04760 saylı abonent kodunun onun adına keçirilməsini xahiş etmişdir. Həmçinin **********04760 kodla 2018-ci ildə yaranmış 2642.20 manat borc məbləği üzrə 2636 manat ödənilmiş, 2019-cu ildə yaranmış 817.50 manat borc məbləği üzrə 1509.70 manat ödənilmiş, 2021-ci ildə yaranmış 2354 manat borc məbləği üzrə 2001.60 manat ödənilmiş, 2022-ci ildə yaranmış 2926.26 manat borc məbləği üzrə 2658 azn ödənilmiş, 2023-cü ildə yaranmış 3222.95 manat borc məbləği üzrə 3171 manat ödənilmiş, 2024-cü ildə yaranmış 2741.90 azn borc məbləği üzrə 2350.49 manat ödənilmiş, 2025-ci il 30 sentyabr tarixində yaranmış 2699.47 manat borc məbləği üzrə 2176.16 manat ödənilmişdir. **********04760 kod üzrə 2025-ci ilin 30 sentyabr tarixinə olan sayğac göstəricisinə əsasən 1852.94 azn debitor borc vardır. İddiaçının son bir neçə il ərzində etdiyi ödənişlərindən başa düşmək olur ki, iddiaçı mübahisələndirdiyi aktları artıq ödəmiş, sayğacı öz adına keçirən zaman 599 manat borcu qalmış və həmin tarixdən sonra etdiyi ödənişlərdə cərimələri də ödəmişdir. Ona görə də, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İşdə olan və məhkəmə iclasında elan edilmiş «Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında» 10 mart 2021-ci il tarixli, ******* saylı aktdan görünür ki, istehlakçı X3 Saatlı şəhəri, H.Əliyev prospektində yerləşən fərdi yaşayış evində quraşdırılan köhnə qaz sayğacının çıxarılma səbəbi sayğacın mənfiyə işləməsi, yeni sayğacın quraşdırılma səbəbi əvəzetmə qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş «Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında» 15 mart 2021-ci il tarixli, ******* saylı aktdan görünür ki, istehlakçı X3 Saatlı şəhəri, H.Əliyev prospektində yerləşən fərdi yaşayış evində quraşdırılan qaz sayğacının çıxarılma səbəbi sayğacın LCD ekranının zədələnməsi, yeni sayğacın quraşdırılma səbəbi əvəzetmə qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş «təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 19 sentyabr 2018-ci il tarixli ******* saylı aktdan görünür ki, aparılmış yoxlama nəticəsində istehlakçı X3 qaz cihazları ona məxsus qaz sayğacının sərfiyyatına uyğun olmamadığı, cihazların saatlıq qaz sərfiyyatı sayğacın saatlıq qaz sərfiyyatını keçdiyi, abonentin qaz xəttinə təndirə qoşulmuş sovurucu nasosdan istifadə etdiyi aşkar olunmuşdur. İşdə olan və məhkəmə iclasında elan edilmiş «təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 30 noyabr 2022-ci il tarixli ******* saylı aktdan görünür ki, aparılmış yoxlama nəticəsində istehlakçı X4 məxsus qaz sayğacının LCD ekranının zədəli olması, informasiyanın oxunmaması və klapanın açıq olması aşkar olunmuşdur. İşdə olan və məhkəmə iclasında elan edilmiş «təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 18 oktyabr 2023-cü il tarixli ******* saylı aktdan görünür ki, aparılmış yoxlama nəticəsində istehlakçı X8 özünə məxsus əhali tarifli qaz sayğacından həm həyətində quraşdırılmış 2 ədəd təndirdən qeyri-əhali kimi istifadə etməsi, həm də mənzildə istifadə etməsi aşkar olunmuşdur. İşdə olan və məhkəmə iclasında elan edilmiş abonentin saldosundan görünür ki, **********04760 kodlu abonentə 2018-ci ilin may ayında tərtib edilmiş akta əsasən 288 manat, 2022-ci ilin aprel ayında tərtib edilmiş akta əsasən 37.60 manat, 2022-ci ilin noyabr ayında tərtib edilmiş akta əsasən 57.50 manat, 2023-cü ilin aprel ayında tərtib edilmiş akta əsasən 58.44 manat və 2023-cü ilin oktyabr ayında tərtib edilmiş akta əsasən 221.04 manat borc hesablanmışdır. İşdə olan və məhkəmə iclasında elan edilmiş 21 sentyabr 2018-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, abonent X3 fərdi yaşayış evində işlətdiyi (abonent kodu: **********04760) mövcud qaz işlədicilərinə görə 19 sentyabr 2018-ci il tarixli, ******* saylı akta əsasən itirilmiş qazın bərpası üzrə mövcud qaz işlədicilərinə görə ümumilikdə 1440m3 qaz sərfiyyatı hesablanmışdır. İşdə olan və məhkəmə iclasında elan edilmiş 01 dekabr 2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, abonent X3 fərdi yaşayış evində işlətdiyi (abonent kodu: **********04760) mövcud qaz işlədicilərinə görə 30 noyabr 2022-ci il tarixli, ******* saylı akta əsasən itirilmiş qazın bərpası üzrə mövcud qaz işlədicilərinə görə ümumilikdə 480m3 qaz sərfiyyatı hesablanmışdır. İşdə olan və məhkəmə iclasında elan edilmiş 30 oktyabr 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, abonent X3 fərdi yaşayış evində işlətdiyi (abonent kodu: **********04760) mövcud qaz işlədicilərinə görə 30 noyabr 2022-ci il tarixli, ******* saylı akta əsasən itirilmiş qazın bərpası üzrə mövcud qaz işlədicilərinə görə ümumilikdə 1842m3 qaz sərfiyyatı hesablanmışdır. İşdə olan və məhkəmə iclasında elan edilmiş Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh Qaz sayğacının yoxlanılması barədə MSK-29/1710-04102-1 saylı aktından görünür ki, İddiaçı yaşadığı Saatlı şəhəri, H.Əliyev prospektində yerləşən fərdi yaşayış evinə quraşdırılmış “Zenner-Smart” tipli, “G4” markalı, **********785 nömrəli sayığacın LCD ekranın zədəli olması, informasiyanın oxunmaması, klapanın açıq olması və sayğacın istismara yararsız olması qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X8 10 dekabr 2023-cü ildə ölmüşdür. İşdə olan və məhkəmə iclasında elan edilmiş İddiaçı Azəriqaz İB-nin Salyan RQİİnə ünvanlanmış ərizəsindən görünür ki, X3 ölməsi səbəbindən qaz sayğacının onun adına keçirilməsi ilə əlaqədar Azəriqaz İB-nin Salyan RQİİ-nə müraciət etmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib, aşağıda qeyd olunan qanunvericilik normalarına əsasən belə hesab edir ki, iddia qismən təmin edilməlidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6-cı bəndinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyətləri (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin qanunun 13-cü maddəsinin 8-1 hissəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, Xidmət tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 5.4-cü bəndinə əsasən qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Həmin Qaydaların 5.5-ci bəndinə əsasən, qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Həmin Qaydaların 6.7-ci maddəsinə əsasən, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Məhkəmədə işin faktiki halları və tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, mərhum X3 və sonradan iddiaçının abonent saldosuna Cavabdeh işçiləri tərəfindən təbii qazdan istifadə qaydalarının pozulduğu üçün 2018-ci ilin sentyabr ayında tərtib edilmiş akt əsasında 288 manat, 2022-ci ilin aprel ayında tərtib edilmiş akt əsasında 37.60 manat, 2022-ci ilin noyabr ayında tərtib edilmiş akt əsasında 57.60 manat, 2023-cü ilin aprel ayında tərtib edilmiş akt əsasında 58.44 manat və 2023-cü ilin oktyabr ayında tərtib edilmiş akt əsasında 221.01 manat olmaqla, ümumilikdə 662.68 manat borc əlavə edilmişdir. Abonent saldosu üzrə ümumilikdə 5 akt əsasında yaranmış borclar üzrə iddiaçı tərəfindən iddia ərizəsində 3 akt yəni, 19 sentyabr 2018-ci il tarixli ******* saylı akt, 30 noyabr 2022-ci il tarixli ******* saylı akt və 18 oktyabr 2023-cü il tarixli ******* saylı akt mübahisələndirilmişdir. İddiaçının mübahisələndirdiyi 19 sentyabr 2018-ci il tarixli, ******* saylı akt əsasında abonent saldosuna 288 manat borc əlavə edilmiş, həmin aktın tərtib edildiyi ildə abonent tərəfindən **********04760 saylı abonent kodu üzrə 2018-ci ildə yaranmış, akta əsasən hesablanmış borc da daxil olmaqla 2642.20 manat borc məbləğinin qarşılığında 2636 manat ödənilmişdir. Bundan başqa, iddiaçı mübahisələndirdiyi 30 noyabr 2022-ci il tarixli, ******* saylı akt üzrə yaranmış borcu iddia ərizəsində 95.20 manat olaraq göstərmişdir. Halbuki, qeyd edilən borc 2022-ci il üzrə 2 akt əsasında yaranmış borcun cəmi olmuş və iddiaçının mübahisələndirdiyi 30 noyabr 2022-ci il tarixli, ******* saylı akt üzrə abonent saldosuna 57.60 manat borc əlavə edilmişdir. Həmin ilin aprel ayında isə abonent saldosuna akt əsasında 37.60 manat borc əlavə edilmiş və həmin ayda tərtib edilmiş akt iddiaçı tərəfindən iddia ərizəsində mübahisələndirilməmişdir. Bundan başqa, iddiaçı mübahisələndirdiyi 18 oktyabr 2023-cü il tarixli, ******* saylı akt üzrə yaranmış borcu iddia ərizəsində 279.48 manat olaraq göstərmişdir. Halbuki, qeyd edilən borc 2023cü il üzrə 2 akt əsasında yaranmış borcun cəmi olmuş və iddiaçının mübahisələndirdiyi 18 oktyabr 2023-cü il tarixli, ******* saylı akt üzrə abonent saldosuna 221.04 manat borc əlavə edilmişdir. Həmin ilin aprel ayında isə abonent saldosuna akt əsasında 58.44 manat borc əlavə edilmiş və həmin ayda tərtib edilmiş akt iddiaçı tərəfindən iddia ərizəsində mübahisələndirilməmişdir. Məhkəmə tərəflər arasındakı hazırkı münasibətlər üzrə sübutları qiymətləndirən zamanı əsaslı şübhələr yaratmayan sübut standartını qəbul edərək hesab edir ki, sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gəlməlidir. Belə ki, hər bir tərəf məhkəmədə öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli və məhkəmə də yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə yalnız əsaslı şübhə yaratmayan sübutları qəbul edir ki, onun əsaslılığı hər hansı bir hal ilə təkzib edilməsin. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi etirazının əsası kimi istinad etdiyi halları (qaz sayğacının LCD ekranın zədəli olmasında iddiaçının təqsirli olmasını və əhali tarifli qaz sayğacından həyətində quraşdırılmış 2 ədəd təndir üçün qeyri-əhali kimi istifadə etməsini) təsdiq edən mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, 30 noyabr 2022-ci il tarixli ******* saylı akta əsasən itirilmiş qazın bərpası üzrə vurulmuş ziyanın yəni, 57.60 manat borcun və 18 oktyabr 2023-cü il tarixli ******* saylı akta əsasən itirilmiş qazın bərpası üzrə vurulmuş ziyanın yəni, 221.04 manat borcun əsaslı olmasını məhkəmədə sübut edə bilməmişdir. Həmçinin cavabdehin nümayəndəsinin etiraz ərizəsində abonent tərəfindən 2018-ci ildə yaranmış 2642.20 manat borc məbləği üzrə 2636 manat ödənilməsini göstərməsi və bunun abonent saldosu ilə təsdiq edilməsi 19 sentyabr 2018-ci il tarixli ******* saylı akt üzrə yaranmış borcun da ödənildiyini sübut edir. Həmin akta əsasən əvvəlki abonent X3 adına yazılmış borc vaxtında mərhum tərəfindən mübahisələndirilmədiyindən və ödənildiyindən İddiaçı həmin borcun silinməsini tələb etməsi əsassızdır. İddiaçı isə «təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 30 noyabr 2022-ci il tarixli ******* saylı akt və 18 oktyabr 2023-cü il tarixli ******* saylı akt əsasında hesablanmış borcların əsassız olmasını məhkəmədə sübut edə bilmişdir. Belə ki, iddiaçı qaz sayğacı ilə təbii qazdan istifadə edərək sayğacın sərfiyyat göstəricisinə uyğun ödənişlər etmişdir. Buradan da görünür ki, itirilmiş qazın dəyəri kimi hesablanmış təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 30 noyabr 2022-ci il tarixli ******* saylı akt və 18 oktyabr 2023-cü il tarixli ******* saylı akt üzrə yaranmış borcların cəmi - 57.60+221.04=278.64 manat borc (ziyan) üzrə məsuliyyəti iddiaçının daşıması sübut olunmadığından, iddiaçıdan həmin ziyanın alınması üçün «təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 30 noyabr 2022-ci il tarixli ******* saylı akt və 18 oktyabr 2023-cü il tarixli ******* saylı akt və tələbnamələr əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Göründüyü kimi, məhkəmə müdafiəsindən istifadə etmək hüququnu həyata keçirən hər bir şəxs qanunla müəyyən edilmiş qaydadan istifadə etməlidir. Qanunla müəyyən edilmiş qayda isə mülki-prosessual qanunvericilikdə müəyyən edilib. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tədqiq olunmuş sübutlara və qeyd olunan hüquq normalarına əsaslanaraq belə nəticəyə gəlir ki, Cavabdeh «təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 30 noyabr 2022-ci il tarixli ******* saylı akt və 18 oktyabr 2023-cü il tarixli ******* saylı akta əsasən İddiaçı hesabına (abonent kodu: **********04760) əlavə edilmiş borc silinməli, iddia qalan hissədə təmin edilməməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rusumu ödənilir. Həmin qanunun 9.1 və 9.1.5-ci maddələrinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 119.2-ci maddəsinin tələbinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilən maddələrin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən iş üzrə iddianın qiymətinə uyğun 30 manat dövlət rüsumu Cavabdehndən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 30 noyabr 2022-ci il tarixli ******* saylı və 18 oktyabr 2023-cü il tarixli ******* saylı aktlarına əsasən İddiaçı hesabına (abonent kodu: **********04760) əlavə edilmiş 278 (iki yüz yetmiş səkkiz) manat 64 (altmış dörd) qəpik borc silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddiaçının ödəməkdən azad edildiyi 30 (otuz) manat dövlət rüsumu Cavabdehndən tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(055)-1705/2025
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-1705/2025
16.12.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver