Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-1768/2025 23.12.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı akt əsasında hesablanmış borcun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən tərtib edilmiş 05 avqust 2025-ci il tarixli, ******* saylı akt əsasında hesablanmış 1198,56 manat cərimə borcunun silinməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İmişli şəhəri, H.Əliyev prospekti ev 236 fərdi ev ona məxsusdur, lakin o, həmin fərdi evdə yaşamır və hazırdada yaşayış yoxdur. Cavabdeh Salyan X5 İdarəsinin əməkdaşları 18 aprel 2025-ci il tarixdə onun iştirakı olmadan onun adına olan qaz sayğaclarının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli akta əsasən sayğacı çıxarmışlar. 05 avqust 2025-ci il tarixdə “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında ******* nömrəli akt tərtib edərək 1198,56 manat məbləğində cərimə etmişlər ona görə ki, sayğaca baxış keçirilən zaman müəyyən olunub ki, guya sayğacın plastmas qapağın alt hissəsində fiziki təsir nəticəsində əzik-cızıq izləri aşkar olunub sayğacın hesablama mexanizimi keçən qazın həcmini qeyd etmir. Sayğac həyətin çöl hissəsində yerləşir həmişə qutu içərsində olub kimisənin müdaxilə etməsi mümkünsüzdür. O, həmin fərdi evi yeni almış və sayğacın sənədləşməsi onun adınadırş. O, fərdi ev alınandan sonra həmin evdə yaşayış olmamışdır. O və ailə üzvləri tərəfindən sayağaca heç kim müdaxilə etməmişdir. Abonentin saldosu cədvəlindən görünür ki, hər ay heç bir narahatçılıq olmadan istifadə olunmuşdur. Cavabdeh Salyan X5 İdarəsinin nümayəndələri tərəfindən sayğaca baxış keçirilən zaman nöqsan aşkar edib akt tərtib etdiklərini bildirirlər. Həmin aktla razı deyildir. Belə ki, o, sayğaca heç bir müdaxilə etməmiş, heç bir qanun pozuntusuna yol verməmişdir. Onun barəsində qanunsuz akt tərtib olunmaqla cərimə olunmuşdur. Bu da onun istehlakçı hüquqlarını pozur. İddiaçı məhkəməyə ərizə göndərərək, məhkəmə baxışının onun iştirakı olmadan keçirilib, iddiasının təmin olunmasını xahiş etdi. Məhkəmə İddiaçı iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 izahat verərək göstərdi ki, iddianı qəbul etmirlər. Belə ki, iddiaçının qaz sayğaçı yeni ilə əvəz edilmiş və köhnə sayğac laboratoriya göndərilmişdir və sayğaca müdaxilə olunması barədə rəyi verilmişdir. Ona görədə iddiaçı 1198,56 manat cərimə edilmişdir. Ona görə iddianın rədd olunmasını xahiş edir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyərək, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Məhkəmə hesab edir ki, mübahisənin düzgün həll edilməsi üçün sayğacın işlək vəziyyətdə saxlanılmasına və sayğacın üzərində olan plombların qorunmasına görə istehlakçının, yaxud qazpaylayıcının cavabdehlik daşımasının müəyyən edilməsinin iş üçün əhəmiyyəti vardır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyin və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Qeyd edilən Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Göstərilən Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçının yaşadığı ünvana quraşdırılan qaz sayğacı evdən kənarda yerləşir. “Qazdan istifadə Qaydaları”na əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir (Qaydaların 1.3-cü bəndi). “Qazdan istifadə Qaydaları”nın yuxarıda qeyd edilən normalarından da göründüyü kimi, iddiaçının yaşadığı ünvana quraşdırılan qaz sayğacının işlək vəziyyətdə saxlanılması üçün cavabdehlik qaz paylayıcının, yəni Cavabdeh İB-nin üzərinə düşür. Eyni zamanda, fiziki şəxs olan istehlakçıların sayğaclarının kənar müdaxilələrdən qorunmaq üçün Cavabdeh İB tərəfindən müvafiq örtüklə örtülməlidir. Bundan başqa, təbii qazdan istifadə qaydalarının pozulması barədə aktda qeyd edilən pozuntunun iddiaçının təqsirindən baş verməsini təsdiq edən sübutları cavabdeh məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, aktda qeyd edilən pozuntunun törədilməsində iddiaçının təqsiri sübut olunmadığından, fiziki şəxs olan istehlakçıların sayğaclara kənar müdaxilələrdən qorunmaq üçün qaz paylayıcısı tərəfindən müvafiq örtüklə örtülməli olduğundan və fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı özü daşığından cavabdehin hesabladığı borc məbləğini iddiaçıdan tələb etməsi əsassızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməklə Cavabdeh 05 avqust 2025-ci il tarixli, ******* saylı aktına əsasən İddiaçı abonent hesabına əlavə edilmiş 1198,56 manat borc silinməlidir. Məhkəmə, həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, həmçinin iddianın qiyməti 1.000 manatdan 10.000 manatadək olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 31,98 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 05 avqust 2025-ci il tarixli, ******* saylı aktına əsasən İmişli şəhəri, H.Əliyev prospekti, ev 236 ünvanda yerləşən fərdi yaşayış evi üzrə (abonent kodu **********02940) təbii qazın itkisinə görə İddiaçı hesablanmış 1198,56 (bir min qoxsan səkkiz manat əlli altı qəpik) manat məbləğində borc silinsin. 31,98 (otuz bir manat doxsan səkkiz qəpik) manat məbləğində dövlət rüsumu Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(055)-1768/2025
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-1768/2025
23.12.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver