Məhkəmə qərarları › İş №2(055)-249/2023

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-249/2023

29.03.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-249/2023 29.03.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, məhkəmə iclasının katibi X4, İddiaçı, cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktın və onun nəticələrinin ləğv edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 31 avqust 2020-ci il tarixli, ******* saylı və 30 iyul 2021ci il tarixli, ******* saylı aktın ləğv edilməsi və onun abonent hesabına əlavə edilmiş borcun silinməsi tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Məhkəmə baxışı iclasında İddiaçı iddiasını müdafiə edərək izahatında göstərdi ki, hal-hazırda ailəsi ilə birlikdə Saatlı rayonunun Mustafabəyli kəndində yaşayır. Cavabdeh “Azəriqaz” X3 X8 İdarəsinin Saatlı xidmət sahəsinin işçiləri 26 avqust 2019-cu ildə onun fərdi yaşayış evinə quraşdırılan qaz sayğacına baxış keçirmiş və «Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında» ******* saylı akt tərtib edərək qaz sayğacını yeni qaz sayğacı ilə əvəz etmişlər. Həmin aktda qaz sayğacının çıxarılma səbəbi növbəti dövlət yoxlaması qeyd edilmişdir. Bundan sonra cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulmasına görə 31 avqust 2020-ci il tarixli, ******* saylı akt tərtib edilmişdir. Həmin aktda sayğacın plastmas qapağının üst sağ hissəsinin sınması, üst hissəsinin alt paneldən aralı vəziyyətdə olması və hesablama mexanizminin iş prinsipinə müdaxilə etməyin mümkün olduğu göstərilmişdir.Bundan sonra 14 aprel 2019-cu il tarixdə “Azəriqaz” X3 X8 İdarəsinin Saatlı xidmət sahəsinin işçiləri onun fərdi yaşayış evinə quraşdırılan qaz sayğacına yenidən baxış keçirmiş və «Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında» ******* saylı akt tərtib edərək qaz sayğacını yeni qaz sayğacı ilə əvəz etmişlər. Həmin aktda qaz sayğacının çıxarılma səbəbi növbəti dövlət yoxlaması qeyd edilmişdir. Bundan sonra cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulmasına görə 30 iyul 2021-ci il tarixli, ******* saylı akt tərtib edilmişdir. Həmin aktda isə sayğacın mənfiyə işləməsi, sayğacın klapanının qırıldığı qeyd edilmişdir. O, həmin aktlarıvə aktlara əsasən hesablanmış borcu əsaslı hesab etmir. Belə ki, o, fərdi yaşayış evini təmin edən təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müdaxilə etməmiş, həmin sayğacın sərfiyyat göstəricisi əsasında ödəniş etmiş, “Azəriqaz” İstehsalat Birliyinin işçiləri tərəfindən ona heç bir xəbərdarlıq edilməmiş və cavabdeh “Azəriqaz” X3 X8 İdarəsinin Saatlı rayon xidmət sahəsinin nəzarətçisinə bu barədə məlumat vermiş, lakin bunun heç bir nəticəsi olmamışdır. Ona görə də göstərdiklərini nəzərə alaraq cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən tərtib edilmiş “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 31 avqust 2020-ci il tarixli, ******* saylı və 30 iyul 2021-ci il tarixli, ******* saylı aktların ləğv edilməsi və onun abonent hesabına əlavə edilmiş borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin etibarnamə üzrə nümayəndəsi X5 iddianı etiraf etməyərək izahatında göstərdi ki, Saatlı rayonunun Mustafabəyli kəndində yerləşən fərdi yaşayış evində İddiaçı və onun ailə üzvləri yaşayır. İddiaçı yaşadığı fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacı açılaraq Dövlət Neft Şirkətinin İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin Sənaye və Məişət qaz sayğaclarının yoxlanılması laboratoriyasına göndərilmiş, həmin laboratoriyanın rəylərinə əsasən sayğacın plastmas qapağının üst sağ hissəsinin sınması, üst hissəsinin alt paneldən aralı vəziyyətdə olması və hesablama mexanizminin iş prinsipinə müdaxilə etməyin mümkün olduğu, həmçinin sayğacın mənfiyə işləməsi, sayğacın klapanının qırıldığı müəyyən olunmuş, faktla bağlı “Azəriqaz” X3 RQİİ-nin Saatlı rayon XS-nin işçiləri tərəfindən “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 31 avqust 2020-ci il tarixli, ******* saylı və 30 iyul 2021-ci il tarixli, ******* saylı akt tərtib edilmiş və həmin aktlara əsasən iddiaçının fərdi yaşayış evində işlətdiyi qaz işlədicilərinə görə hər iki akt üzrə ümumilikdə 4320m3 qaz sərfiyyatı hesablanmışdır. Bundan sonra itirilmiş təbii qazın bərpası üzrə hesablanmış hər bir akt üzrə 2160m3, ümumilikdə 4320 m3 qaz sərfiyyatı 0,10 manata vurulmaqla İddiaçı Saatlı XS-nin abonent bazasındakı **********01270 nömrəli abonent koduna (abonent saldosuna) hər bir akt üzrə 216 manat, ümumilkdə hər iki akt üzrə 432 manat borc əlavə edilmiş və həmin borc “Azəriqaz” İstehsalat Birliyinə ödənilməlidir. Ona görə də göstərdiklərinin nəzərə alınaraq iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İşdə olan və məhkəmə iclasında elan edilmiş 26 avqust 2019-cu il tarixli ******* saylı «Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında» aktdan görünür ki, istehlakçı İddiaçı fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacı (abonent kodu: **********01270) yenisi ilə əvəz edilmiş, və həmin aktda qaz sayğacının dəyişdirilməsinin səbəbi növbəti dövlət yoxlaması qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş 14 aprel 2021-ci il tarixli ******* saylı «Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında» aktdan görünür ki, istehlakçı İddiaçı fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacı (abonent kodu: **********01270) yenisi ilə əvəz edilmiş, və həmin aktda qaz sayğacının dəyişdirilməsinin səbəbi növbəti dövlət yoxlaması qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 31 avqust 2020-ci il tarixli, ******* saylı və 30 iyul 2021-ci il tarixli, ******* saylı aktlardan görünür ki, istehlakçılar tərəfindən qazdan istifadə qaydalarına əməl olunmasına nəzarətin həyata keçirilməsi məqsədilə aparılmış yoxlama nəticəsində istehlakçı İddiaçı fərdi yaşayış evinə quraşdırılmış (abonent kodu: **********01270) sayğacın plastmas qapağının üst sağ hissəsinin sınması, üst hissəsinin alt paneldən aralı vəziyyətdə olması və hesablama mexanizminin iş prinsipinə müdaxilə etməyin mümkün olduğu, həmçinin sayğacın mənfiyə işləməsi, sayğacın klapanının qırılmasıaşkar edildiyindən dəymiş ziyanın hesablanıb ödənilməsi qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş «Azəriqaz» İB-nin Salyan Regional Qİİ tərəfindən verilən 31 avqust 2020-ci il tarixli və 30 iyul 2021-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamələrin surətindən görünür ki, İddiaçı (abonent kodu: **********01270) itirilmiş təbii qazın bərpası üzrə hər bir akt üzrə 2160m3, ümumilkdə hər iki akt üzrə 4320 m3 qaz sərfiyyatı hesablanmışdır. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»na dəyişiklik edilməsi barədə Nazirlər Kabinetinin 28 dekabr 2016-cı il tarixli 180 nömrəli qərarının 2.12-ci bəndində əsasən istehlakçılar qaz qurğularının “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»ın 4.9-cu bəndinə əsasən zədələnmiş qaz sayğacının (hesablaşma mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu blombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlamasından keçirilməsi,dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. Həmin Qaydaların 5.4-cü bəndinə əsasən qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda, qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Məhkəmədə tədqiq olunmuş sübutlara əsasən müəyyən olundu ki, İddiaçı yaşadığı Saatlı rayonunun Mustafabəyli kəndində yerləşən fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacı «Azəriqaz» İstesalat Birliyinin əməkdaşları tərəfindən yenisi ilə əvəz edilmiş, köhnə qaz sayğacı yoxlanılan zaman sayğacın plastmas qapağının üst sağ hissəsinin sınması, üst hissəsinin alt paneldən aralı vəziyyətdə olması və hesablama mexanizminin iş prinsipinə müdaxilə etməyin mümkün olduğu aşkar olunmuş, bundan sonra 14 aprel 2021-ci il tarixdə İddiaçı yaşadığı Saatlı rayonunun Mustafabəyli kəndində yerləşən fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacı «Azəriqaz» İstesalat Birliyinin əməkdaşları tərəfindən yenisi ilə əvəz edilmiş, köhnə qaz sayğacı yoxlanılan zaman həmçinin sayğacın mənfiyə işləməsi, sayğacın klapanının qırılmasımüəyyən edilmişdir. Aşkar edilmiş hər iki faktla bağlı “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 31 avqust 2020-ci il tarixli, ******* saylı və 30 iyul 2021-ci il tarixli, ******* saylı akt tərtib edilmiş, həmin aktlara əsasən itirilmiş qazın bərpası üzrə hər bir akt üzrə ayrı-ayrılıqda 2160m3, ümumilkdə hər iki akt üzrə 4320m3, təbii qaz sərfiyyatı hesablanmış və həmin itirilmiş təbii qaz sərfiyyatına görə cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən İddiaçı 432 manat borcun ödənilməsi tələb edilir. Ona görə də, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 31 avqust 2020-ci il tarixli, ******* saylı və 30 iyul 2021-ci il tarixli, ******* saylı aktların etibarsız hesab edilməsi və hesablanmış borcun silinməsi barədə məhkəmədə iddia qaldırmışdır. İddiaçı 31 avqust 2020-ci il tarixli, ******* saylı və 30 iyul 2021-ci il tarixli, ******* saylı aktı mübahisələndirərək həmin aktların əsaslı olmadığını tələb etsə də, o tələbinin əsası kimi istinad etdiyi halı məhkəmədə qismən sübut edə bilmişdir. Digər tərəfdən də, məhkəmə tərəflər arasındakı hazırkı münasibətlər üzrə sübutları qiymətləndirən zaman əsaslı şübhələr yaratmayan sübut standartını qəbul edərək hesab edir ki, sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gəlməlidir. Belə ki, hər bir tərəf məhkəmədə öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli və məhkəmə də yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə yalnız əsaslı şübhə yaratmayan sübutları qəbul edir ki, onun əsaslılığı hər hansı bir hal ilə təkzib edilməsin. O da nəzərə alınmalıdır ki, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Məhkəmə iclasında cavabdeh «Azəriqaz» İstesalat Birliyinin nümayəndəsi 31 avqust 2020-ci il tarixli, ******* saylı və 30 iyul 2021-ci il tarixli, ******* saylı aktın əsaslı olmasını sübut edə bilsə də, itirilmiş qazın bərpası üzrə hesablanmış təbii qaz sərfiyyatnın hər bir akt üzrə ayrı-ayrılıqda 2160m3, ümumilkdə hər iki akt üzrə cəmi 4320 m3, olmasını məhkəmədə qismən sübut edə bilmişdir, eyni zamanda həmin ziyanın əsaslı olması barədə cavabdeh təşkilatın nümayəndəsi tərəfindən təqdim olunan sübut məhkəmədə qismən öz təsdiqini tapmışdır. Belə ki, işdə olan abonentin saldosu ilə müəyyən edildi ki, abonent İddiaçı evində işlədilən qaz işlədicilərinə görə 31 avqust 2020-ci il tarixli akta əsasən 2160m3, 30 iyul 2021-ci il tarixli akt üzrə isə 2160m3, təbii qaz sərfiyyatının hər kub metri 0.10 manata vurulmaqla ümumilikdə hər iki akt üzrə cəmi 432 manat borc hesablanmışdır. Həmçinin də işin araşdırılan halları ilə müəyyən edildi ki, qaz sayğacı İddiaçı təqsiri üzündən zədələndiyi təqdirdə itirilmiş qazın bərpası üzrə hesablanmış qaz sərfiyyatının neçə gün müddətinə və ya itirilmiş qazın dəyərinin nə qədər pul məbləği ilə hesablanmasına dair hər hansı müqavilə tərəflər arasında bağlanmamışdır. Belə halda itirilmiş təbii qazın bərpası üzrə hesablanmış 2160m3 təbii qaz sərfiyyatının ən çoxu bir ay müddətində hesablanması, bundan sonra müəyyən edilmiş itirilmiş təbii qazın bərpası üzrə təbii qaz sərfiyyatının hər kub metrinin 0,10 manatdan hesablanması daha ağlabatandır. Belə ki, cavabdeh təşkilat sayğaca hər ay baxış keçirərək sərfiyyatı qeyd edib abonentə bildiriş verməlidir. Əgər sayğacda hər hansı qüsur aşkarlanarsa və ya sayğaca müdaxilə edilibsə növbəti ayda cavabdeh təşkilatın səlahiyyətli nümayəndəsi qaz sərfiyyatını çıxararkən sayğacda hər hansı qüsurun və ya sayğaca müdaxilənin olmasını aşkar etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir. Beləliklə, məhkəmə işin faktiki hallarını və bütün əsaslı mənafeləri nəzərə alaraq hesab edir ki, cavabdeh «Azəriqaz» İstehsalat Birliyinin 31 avqust 2020-ci il tarixli, ******* saylı və 30 iyul 2021-ci il tarixli, ******* saylı aktları əsasında İddiaçı evində işlədilən qaz işlədicisinə görə itirilmiş qazın bərpası üzrə hesablanmış bir akt üzrə 2160m3 təbii qaz sərfiyyatının üçdə bir hissəsi (2160m3:3=720m3), yəni bir ayı 0,10 manata vurulmaqla (bir akt üzrə 720m3x0,10manat=72 manat, ümumilikdə hər iki akt üzrə cəmi 144 manat) itirilmiş qazın dəyəri 216 manatdan 72 manatadək azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Göründüyü kimi, məhkəmə müdafiəsindən istifadə etmək hüququnu həyata keçirən hər bir şəxs qanunla müəyyən edilmiş qaydadan istifadə etməlidir. Qanunla müəyyən edilmiş qayda isə mülki-prosessual qanunvericilikdə müəyyən edilib. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.4-cü maddəsinə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 31 avqust 2020-ci il tarixli ******* saylı və 30 iyul 2021-ci il tarixli ******* saylıakt əsasında İddiaçı (abonent kodu: **********01270) yaşadığı Saatlı rayonunun Mustafabəyli kəndində yerləşən fərdi yaşayış evində işlətdiyi qaz işlədicilərinə görə itirilmiş təbii qazın bərpası üzrə hesablanmış təbii qaz sərfiyyatı hər bir akt üzrə 2160m3-dən 720m3-dək, itirilmiş təbii qazın dəyəri kimi hesablanmış 216 manat borc 72 manatadək (ümumilikdə hər iki akt üzrə cəmi 144 manatadək) azaldılmal, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh «Azəriqaz» İstehsalat Birliyinin “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 31 avqust 2020-ci il tarixli ******* saylı və 30 iyul 2021-ci il tarixli ******* saylıakt əsasında İddiaçı (abonent kodu: **********01270) yaşadığı Saatlı rayonunun Mustafabəyli kəndində yerləşən fərdi yaşayış evində işlətdiyi qaz işlədicilərinə görə itirilmiş təbii qazın bərpası üzrə hesablanmış təbii qaz sərfiyyatı hər bir akt üzrə 2160m3-dən 720m3-dək, itirilmiş təbii qazın dəyəri kimi hesablanmış 216 manat borc 72 manatadək (ümumilikdə hər iki akt üzrə cəmi 144 manatadək) azaldılsın. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Hakim: Mirlətif Sadıqov Əsli ilə düzdür Hakim: Mirlətif Sadıqov Əsli ilə düzdür dürakim: Mirlətif Sadıqov çıxarış İş № 2(055)-249/2023 AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏTNAMƏ SAATLİ RAYON MƏHKƏMƏSİ 29 mart 2023-cü il Saatlı şəhəri Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, İddiaçı, cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktın və onun nəticələrinin ləğv edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq.... Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh «Azəriqaz» İstehsalat Birliyinin “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 31 avqust 2020-ci il tarixli ******* saylı və 30 iyul 2021-ci il tarixli ******* saylıakt əsasında İddiaçı (abonent kodu: **********01270) yaşadığı Saatlı rayonunun Mustafabəyli kəndində yerləşən fərdi yaşayış evində işlətdiyi qaz işlədicilərinə görə itirilmiş təbii qazın bərpası üzrə hesablanmış təbii qaz sərfiyyatı hər bir akt üzrə 2160m3-dən 720m3-dək, itirilmiş təbii qazın dəyəri kimi hesablanmış 216 manat borc 72 manatadək (ümumilikdə hər iki akt üzrə cəmi 144 manatadək) azaldılsın. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən bir ay müddətində Saatlı rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Hakim: Mirlətif Sadıqov Əsli ilə düzdür Azərbaycan Respublikası Saatlı Rayon Məhkəməsi Poçt indeksi 4972, Saatlı şəhəri Tel: (02128) 5-31-83 H.Aslanov küçəsi № 1 Faks: (02128) 5-32-83 www. Elektron ünvan № 2(055)-249/2023 29 mart 2023-cü il Saatlı rayonunun Mustafabəyli kəndində yaşayan İddiaçı Surəti: “Azəriqaz” İstehsalat Birliyinə ünvan: Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsi 23 Saatlı Rayon Məhkəməsinin 29 mart 2023-cü il tarixli 2(055)-249/2023 saylı qətnaməsi məlumat üçün Sizə göndərilir. Qətnamənin şikayət verməyən şəxsin maraqlarına toxunan hissəsinin digər tərəfin şikayəti üzrə yoxlanılması, sonradan həmin hissə ilə bağlı verilmiş şikayətin baxılmadan geri qaytarılması ilə nəticələnəcəkdir. Qətnamədən şikayət verməyən işdə iştirak edən şəxs, digər tərəfin şikayəti üzrə hayata keçirilən məhkəmə icraatında iştirak etmək, maraqlarına toxunan va mübahisələndirilən hissə ilə baglı öz dəlillərini irəli sürmək hüququna malikdir. Qətnamənin şikayət verməyən şəxsin maraqlarına toxunan hissəsinin apellyasiya baxışının hədlərinə dair prosessual qanunvericiliyin tələblərinin pozulması ilə yoxlanılması apellyasiya şikayəti verməyən şəxsi kassasiya şikayəti vermək hüququndan məhrum etmir. Qoşma: “05” vərəqədə. Hakim: Mirlətif Sadıqov İCRAVƏRƏQƏSİ Saatlı rayon Məhkəməsinin 2(055)-249/2023 saylı 29 mart 2023-cü il tarixli qətnaməsindən çıxarış İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktın və onun nəticələrinin ləğv edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq... Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360cı maddələrini rəhbər tutaraq məhkəmə Q ə t e t d i: Cavabdeh «Azəriqaz» İstehsalat Birliyinin “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 31 avqust 2020-ci il tarixli ******* saylı aktı əsasında İddiaçı (abonent kodu: **********01270) yaşadığı Saatlı şəhəri, M.F.Axundov küçəsi, D-3, ev 7-də yerləşən fərdi yaşayış evində işlətdiyi qaz işlədicilərinə görə itirilmiş təbii qazın bərpası üzrə hesablanmış təbii qaz sərfiyyatı 2160m3-dən 720m3-dək, itirilmiş təbii qazın dəyəri kimi hesablanmış 216 manat borc 72 manatadək azaldılsın. «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarına öz vəzifələrini həyata keçirmək üçün tələb olunan məlumat, sənəd və onların surətləri ödənişsiz və müəyyən olunmuş vaxtda verilir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Borclulun adı, ünvanı, bankda hesablaşma hesabının №-si “Azəriqaz” İstehsalat Birliyi. ünvan 2 ünvanı, bankda hesablaşma hesabının №-si xx.xx.1967-ci il təvəllüdlü İddiaçı. Saatlı şəhəri, M.F.Axundov küçəsi, D-3, ev 7. İcra vərəqəsi 27 sentyabr 2021-ci ildə verilmişdir. Məhkəmə möhürünün yeri Hakim: Mirlətif Sadıqov Azərbaycan Respublikası Saatlı rayon Məhkəməsi Poçt indeksi 4900, Saatlı şəhəri Tel: (02128) 5-31-83 H.Aslanov küçəsi № 1 faks: (02128) 5-20-67 www. Elektron ünvan № 2(055)-249/2023 27 sentyabr 2021-ci il Bakı şəhəri, Xətai rayon İcra və Probasiya Şöbəsinə Saatlı rayon Məhkəməsinin 29 mart 2023-cü il tarixli 2(055)-249/2023 saylı qətnaməsi əsasında verilmiş icra vərəqəsi icra edilməsi üçün Sizə göndərilir. İcra vərəqəsinin icraata başlanması və icranın başa çatması barədə məhkəməyə məlumat verməyiniz xahiş olunur. Qoşma: 01 vərəqədə icra vərəqəsi. Hakim Mirlətif Sadıqov № 2(055)-249/2023 27 sentyabr 2021-ci il Bakı şəhəri, Xətai rayon İcra və Probasiya Şöbəsinə Saatlı rayon Məhkəməsinin 29 mart 2023-cü il tarixli 2(055)-249/2023 saylı qətnaməsi əsasında verilmiş icra vərəqəsi icra edilməsi üçün Sizə göndərilir. İcra vərəqəsinin icraata başlanması və icranın başa çatması barədə məhkəməyə məlumat verməyiniz xahiş olunur. Qoşma: 01 vərəqədə icra vərəqəsi. Hakim Mirlətif Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar