Azərbaycan Respublikası adından QƏRARDAD Saatlı rayonu İş № 2(055)-263/2023 16.02.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlu, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı 2047,51 ABŞ dolları əsas borc, 1671,48 ABŞ dolları lizinq mükafatı, 499,49 ABŞ dolları dəbbə, cəmi 4218,48 ABŞ dolları borcun və 92 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. Həmin Məcəllənin 24.2-24.3-cü maddələrinə görə mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Həmin Məcəllənin 26.1-ci maddəsinə görə isə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. İş materiallarından görünür ki, "xxxx" Lizinq şirkəti QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 828M/13/B saylı daxili maliyyə lizinq müqaviləsinə öhdəliyin ötürülməsi haqqında əlavə razılaşmaya əsasən "xxxx" Lizinq şirkəti QSC “X1” markalı, ** PC *** dövlət qeydiyyat nişanlı avtomobili öz mülkiyyətinə əldə edərək lizinq alanın istifadəsinə vermiş, lizinq alan Cavabdeh1 25417 ABŞ dolları məbləğində borcu illik 21 faiz olmaqla, 36 ay müddətində "xxxx" Lizinq şirkəti QSC-yə ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanda daxili maliyyə lizinqi müqaviləsindən irəli gələn öhdəliyin icrasını təmin etmək üsulu kimi Cavabdeh2 lizinq alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə zamin olaraq məsuliyyəti öz üzərinə götürmüşdür. xx.xx.2014-cü il tarixli təhvil-təslim aktı ilə lizinq obyekti Cavabdeh1 təhvil verilmişdir. İddia ərizəsinə əlavə edilmiş sənədlərlə və Vahid Məhkəmə Portalı vasitəsilə elektron sistemin vergi ödəyicilərinin məlumatları ilə təsdiq edilir ki, Cavabdeh1 (VÖEN: **********) və Cavabdeh2(VÖEN: **********) hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdir. Məhkəmə diqqətə çatdırır ki, yuxarıda sadalanan qanunvericilik normalarının tələblərindən göründüyü kimi, mübahisənin tərəflərin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılmasını istisna edir.Bundan əlavə, bağlanmış müqavilədə cavabdeh lizinq alan qismində fərdi sahibkar kimi göstərilmiş, həmin avtomobilin qeyri-sahibkarlıq fəaliyyəti ilə əlaqədar lizinqə götürülməsi barədə hər hansı qeyd-şərt müəyyən edilməmişdir. Müqavilənin təhlilindən aydın olur ki, cavabdeh barəsində onun fərdi sahibkar olması və VÖEN nömrəsi də göstərilmiş, lizinq alanın soyad, ad, ata adı və qeydiyyat ünvanı qeyd olunmuşdur. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 140-cı maddəsi maliyyə lizinqi ilə əlaqədar tənzimləməni əks etdirir və bu maddədə birbaşa göstərilir ki, maliyyə lizinqi müqaviləsi üzrə lizinq alan qismində yalnız hüquqi şəxslər və fərdi sahibkarlar çıxış edirlər. Göründüyü kimi, lizinq alan qismində kontragentlər barəsində müstəsna məhdudiyyət müəyyənləşdirilmiş, belə müqavilənin lizinq alıcısı kimi bu cür statusa malik olmayan subyektlə bağlanması istisna olunmuşdur. Bu baxımdan, müqavilədə cavabdehin fərdi sahibkar kimi qeyd olunması məhz VM-in tələbindən irəli gələn şərt daxilindədir, ona cavab verir və lizinq obyekti qeyri-sahibkarlıq fəaliyyəti ilə əlaqədar bağlanıla bilməzdi. Azərbaycan Respublikası MPM-in 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi və ərizəyə əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 26, 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı:
1. İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər geri qaytarılsın.
2. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması barədə olan nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə müvafiq səlahiyyətli məhkəməyə müraciət etməyə mane olmur.
3. İddiaçı MMC-nin məhkəmədə iddia qaldırmaq üçün ödədiyi 92 (doxsan iki) manat dövlət rüsumu dövlət büdcəsindən İddiaçı MMC-yə qaytarılsın.
4. Qərardaddan qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Saatlı Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim Mirlətif Sadıqov
Əsli ilə düzdür Hakim Mirlətif Sadıqov