Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-329/2023 26.04.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı aktın ləğv edilməsi və borcun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 21 fevral 2023cü il tarixli 292290 saylı aktın ləğv edilməsi və həmin akta əsasən onun abonent hesabına (abonent kodu: **********00871) əlavə edilmiş borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı nümayəndəsi X3 izahatında göstərdi ki, iddiaçı onun atasıdır. Atası Əlişirin və digər ailə üzvləri ilə birlikdə Saatlı rayonunun Dəllər kəndində yaşayır. Həmin aktda abonent tərəfindən sayğacdan kənar elektrik enerjisindən istifadə edildiyi qeyd olunmuşdur. O, həmin aktı və akta əsasən hesablanmış borcu əsaslı hesab etmir. Belə ki, nümayəndəsi olduğu İddiaçı Saatlı rayonu, Dəllər kəndində yaşadığı evində quraşdırılmış elektrik sayğacına əsasən ödənişlər edərək istifadə etmiş, iddiaçı və onun ailə üzvləri tərəfindən sayğaca hər hansı bir müdaxilə edilməmişdir. Odur ki, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 21 fevral 2023-cü il tarixli 292290 saylı aktının ləğv edilməsi və həmin akta əsasən iddiaçının abonent hesabına (abonent kodu: **********00871) əlavə edilmiş borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi heç bir üzrlü səbəb olmadan məhkəmənin iclasında iştirak etmir və məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsaslanaraq cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş “Məişət istehlakçılarında sayğacların dəyişdirilməsi yoxlanması və quraşdırılması” haqqında 21 fevral 2023-cü il tarixli, 029699 nömrəli aktdan görünür ki, abonent İddiaçı fərdi yaşayış evinə (ünvan:Saatlı rayonu, Qırağlı kəndi, abonent kodu: **********00871) quraşdırılmış elektrik sayğacından kənar elektrik enerjisindən istifadə edildiyi aşkar olunmuşdur. İşdə olan və məhkəmə iclasında elan edilmiş çıxarışdan görünür ki, İddiaçı 21 fevral 2023-cü il tarixli 292290 saylı akta əsasən 481.25 manat borc hesablanmışdır. Məhkəmə işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 8.16-cı bəndinə əsasən istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. Məhkəmə tərəflər arasındakı hazırkı münasibətlər üzrə sübutları qiymətləndirən zaman əsaslı şübhələr yaratmayan sübut standartını qəbul edərək hesab edir ki, sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gəlməlidir. Belə ki, hər bir tərəf məhkəmədə öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli və məhkəmə də yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə yalnız əsaslı şübhə yaratmayan sübutları qəbul edir ki, onun əsaslılığı hər hansı bir hal ilə təkzib edilməsin. Məhkəmədə tədqiq olunmuş sübutlara əsasən müəyyən olundu ki, iddiaçının evinə quraşdırılan elektrik sayğacı vasitəsi ilə ödənişlər edərək elektrik enerjisindən istifadə etməsi və bu barədə sayğacın mütəmadi olaraq sərfiyyat qeyd etməsi məhkəmədə öz təsdiqini tapmışdır. Bundan başqa cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən iddiaçının elektrik enerjisindən qanunsuz istifadə etməsi faktını təsdiq edən mötəbər sübut məhkəməyə təqdim edilməmiş, 21 fevral 2023-cü il tarixli 292290 saylı aktın və həmin akta əsasən hesablanmış borcun əsaslı olması isə məhkəmədə öz təsdiqini tapmamışdır. İddiaçı isə elektrik enerjisindən qanunsuz istifadə etməməsini və 21 fevral 2023-cü il tarixli 292290 saylı aktın əsassız olduğunu sübut edə bilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.4-cü maddəsinə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş 21 fevral 2023-cü il tarixli 292290 saylı akt ləğv edilməli və həmin akt əsasında İddiaçı abonent hesabına (abonent kodu: **********00871) əlavə edilmiş itirilmiş elektrik enerjisinin bərpası üzrə hesablanmış 481.25 manat borc silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş 21 fevral 2023-cü il tarixli 292290 saylı akt ləğv edilsin və həmin akt əsasında İddiaçı abonent hesabına (abonent kodu: **********00871) əlavə edilmiş itirilmiş elektrik enerjisinin bərpası üzrə hesablanmış 481.25 manat borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mirlətif Sadıqov
Məhkəmə qərarları › İş №2(055)-329/2023
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-329/2023
26.04.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver