Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-340/2024 22.05.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X6, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı şərəf və ləyaqətin müdafiəsi, yayılmış məlumatların təkzib olunması və mənəvi zərər tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Saatlı Rayon Məhkəməsinə müraciət edərək cavabdehin onun barəsində bildirdiyi məlumatların onun şərəf və ləyaqətinin ləkələnməsi ilə bağlı olduğundan həmin məlumatların təkzib olunması, vurulmuş mənəvi zərərin əvəzində cavabdehdən 1000 manat pulun, 50 manat xidmət haqqının və 100 manat ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddiasını müdafiə edərək izahatında göstərdi ki, Saatlı rayonu, Azadkənd kənd tam orta məktəbində təsərrüfat müdiri vəzifəsində işləyir. Cavabdeh da həmin məktəbdə xadimə işləyir. 22 yanvar 2024-cü il tarixdə cavabdehdən idman zalını təmizləməsini xahiş etdikdə sonuncu məktəbin texniki heyətinin yanında onu təhqir edərək barəsində “qəhbə”, “pozğun” və s. kimi nalayiq ifadələr işlətdi, həmçinin onun nişanlı qızını və digər ailə üzvlərini də təhqir etdi. Nəticədə məktəbin tədris prosesi pozuldu. Baş verənlər şagirdlərin və valideynlərin narazılığına səbəb oldu.Barəsində cavabdeh tərəfindən işlədilmiş nalayiq ifadələr onun şərəf və ləyaqətini ləkələmiş, nəticədə mənəvi sarsıntı keçirmiş və səhhətində problemlər yaranmışdır. Cavabdehin ona qarşı nalayiq ifadələr işlətməsi Azadkənd kənd orta məktəbinin 22 yanvar 2024-cü il tarixli aktı ilə bir daha təsdiq olunur.Ona görə də göstərdiklərini nəzərə alaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə baxışı zamanı Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, Saatlı rayonu, Azadkənd kənd tam orta məktəbində xadimə işləyir. 22 yanvar 2024-cü il tarixdə iddiaçı ilə sözlü mübahisə etsə də, sonuncunu təhqir edərək barəsində “qəhbə”, “pozğun” və s. kimi nalayiq ifadələr işlətməmişdir.Əksinə, iddiaçı onu nalayiq ifadələrlə təhqir etmişdir. 22 yanvar 2024-cü il tarixli aktla razı deyil.Ona görə də, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı şahid X2 ifadəsində göstərdi ki, Saatlı rayonu, Azadkənd kənd tam orta məktəbində lobarant işləyir. Həm İddiaçı, həm də Cavabdehla münasibətləri yaxşıdır. Ədavət və düşmənçilikləri olmamışdır. 22 yanvar 2024-cü il tarixdə məktəbdə olarkən İddiaçı Cavabdeh idman zalını təmizləməsini xahiş etdikdə sonuncu onların yanında Şahnazı təhqir edərək barəsində nalayiq ifadələr işlətdi, həmçinin nişanlı qızını və digər ailə üzvlərini təhqir etdi. Bununla bağlı akt tərtib edilərək iştirakçılar tərəfindən imza edildi. Aktdakı imza ona məxsusdur. Məhkəmə baxışı zamanı şahidlər X1,X9 və X7 digər şahid Rəşad Mehdiyevlə eyniməzmunlu ifadə verdilər. Məhkəmə baxışı zamanı şahid X8 ifadəsində göstərdi ki, 22 yanvar 2024-cü ildə Saatlı rayonu, Azadkənd kənd tam orta məktəbində təhsil alan nəvəsi ilə bağlı həmin məktəbə getmiş və həmin vaxt İddiaçı ilə Cavabdeh sözlü mübahisə etdiklərini görsə də, Yəhyanın Şahnazı təhqir etməsini görməmişdir. İşdə olan Azadkənd kənd tam orta məktəbinin möhürü ilə təsdiq edilmiş 22 yanvar 2024-cü il tarixli aktından görünür ki, İddiaçı 22 yanvar 2024-cü il tarixdə Cavabdeh idman zalını təmizləməsini xahiş etdikdə sonuncu İddiaçı və ailə üzvlərini, həmçinin nişanlı qızını nalayiq ifadələrlə təhqir etmiş,nəticədə məktəbin tədris rejimi pozulmuşdur. İşdə olan “Elektron məhkəmə” informasiya sisteminin çıxarışından görünür ki, İddiaçı Saatlı rayonu, Azadkənd kənd tam orta məktəbində təsərrüfat müdiri işləyir. İşdə olan “Elektron məhkəmə” informasiya sisteminin çıxarışından görünür ki, Cavabdeh Saatlı rayonu, Azadkənd kənd tam orta məktəbində xadimə işləyir. Məhkəmə proses iştirakçılarını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinə əsasən hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1-ci maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.1999-cu il tarixli qərarında qeyd olunur ki, məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması. Məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrıayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Məlumatın doğru olmaması dedikdə onun həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır. Məlumat başqa şəxsə, bir neçə şəxsə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verlişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə müəssisə və təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər. Başqasının şərəf və ləyaqətini ləkələyən məlumatların doğruluğunu sübut etmək vəzifəsi iddiaçının deyil, cavabdehin üzərinə düşür. İddiaçı mənəvi ziyanın ödənilməsini tələb etdikdə keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidir. Məhkəmə cavabdehin iddiaçı barəsində səsləndirdiyi ifadələrin insanın şərəf və ləyaqətini ləkələyən ifadələr olmasının mübahisə doğurmadığını və bunun müəyyən edilməsi üçün xüsusi bilik tələb olunmadığını nəzərə alıb Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən Respublikanın rayon(şəhər), inzibati, kommersiya və apellyasiya məhkəmələrinə ünvanlanmış 18 may 2021-ci il tarixli, 2-740 nömrəli tövsiyə məktubuna əsasən məhkəmə-linqvistik ekspertiza təyin olunmasına zərurət bilməmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı Cavabdeh 22 yanvar 2024-cü il tarixdə Saatlı rayonu, Azadkənd kənd tam orta məktəbində İddiaçı barəsində “qəhbə”, “pozğun” və s kimi nalayiq ifadələr işlətməsi iddiaçının izahatı, şahidlərin ifadələri və digər iş materialları ilə bir daha təsdiq olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.4-cü maddəsinə əsasən şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə uyğun olaraq, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2008-ci il tarixli qərarında qeyd olunur ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Plenum qərarında həmçinin izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə qeyd edir ki, cavabdehin iddiaçının şərəf və ləyaqətini ləkələməsi faktı mübahisəolunmazdır. Belə ki, ali ictimai varlıq olan insanın həyat fəaliyyətində şərəf və ləyaqətin önəmi, bütövlüyü onların dövlət tərəfindən qorunmasında və müdafiəsinə təminat verilməsində ifadə olunur. Şərəf insana öz əxlaqi, mənəvi, mədəni keyfiyyətlərinə, ətraf mühitə olan münasibətinə və s. görə verilən ictimai qiymət, ləyaqət isə şəxsin özünə, öz mənəvi və əxlaqi dünyagörüşünə və s. özünün verdiyi qiymətdir. Hazırki halda cavabdehin iddiaçı barəsində bildirdiyi məlumatların iddiaçının şərəf və ləyaqətini ləkələyəcək məlumatlar olması şübhəsizdir. Belə olan halda iddiaçının mənəvi sarsıntılara, iztirablara məruz qalması və nəticə olaraq ona mənəvi zərər dəyməsi ağlabatandır və “iddiaçıya mənəvi zərər vurulması” barədə nəticəyə gəlməyə əsas verir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd olunan Qərarı ilə həmçinin bəlli olur ki, mənəvi ziyanın miqdarı pul ilə ölçülməlidir. Mənəvi ziyanın miqdarını müəyyən edərkən məhkəmələr hər bir işə fərdi yanaşmalı, məlumatın yayılma dairəsini, iddiaçıya yetirilmiş mənəvi və fiziki sarsıntıların xarakterini və dərəcəsini, cavabdehin təqsirini və əmlak vəziyyətini, işin sair diqqətəlayiq hallarını, habelə mənəvi ziyanın ödənilməsi üçün cavabdehin real imkanlarını və qətnamənin icrasının mümkünlüyünü nəzərə almalıdırlar. Məhkəmə İddiaçı vurulmuş mənəvi zərərin məbləğini müəyyən edərkən belə qənaətə gəlir ki, cavabdeh tərəfindən onun şərəf-ləyaqətinin alçaldılması nəticəsində vurulmuş mənəvi zərərin əvəzi qismində elə bir məbləğdə pul vəsaiti tutulmalıdır ki, həmin məbləğ cavabdehi hədsiz ağır maddi məhrumiyyətlərə məruz qoymasın, iddiaçını isə hədsiz varlandırmasın. Məhkəmənin mülahizəsinə görə isə, iddiaçıya dəymiş mənəvi zərərin əvəzi olaraq cavabdehdən 1000 manat pul tələb olunması mənəvi zərərə münasibətdə adekvat deyil. İşin müəyyən edilmiş hallarını və mövcud real vəziyyəti nəzərə alan məhkəmə hesab edir ki, bu məbləğin 300 manat miqdarında müəyyən edilməsi daha ədalətlidir və işin hallarına uyğundur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.2-ci maddəsinə əsasən əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir. “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.1999-cu il tarixli Qərarının 12-ci bəndinə görə şərəf və ləyaqətin müdafiəsi haqqında iddia təmin edildikdə məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 200-cü maddəsinə müvafiq olaraq qətnamənin qərar hissəsində həqaqi məlumatın nədən ibarət olmasını, hansı məlumatın təkzib edildiyini, məlumatın təkzib edilmə üsulunu (kütləvi informasiya vasitəsində məlumat vermək, həqiqətə uyğun olmayan sənədi dəyişmək, ictimaiyyət qarşısında üzr istəmək və s.) və qaydasını, zəruri olan hallarda isə təkzibin mətnini, qətnamənin icra müddətini göstərməlidir. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı barəsində işlətdiyi ifadələr iddiaçının şərəf və ləyaqətini ləkələyən məlumatlar olduğundan cavabdeh tərəfindən iddiaçının yaşadığı ünvana üzr istənilməsi barədə məktub göndərilməklə təkzib edilməlidir. Azərbaycan Respubilkası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və ehtirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutları obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək Cavabdeh İddiaçı barəsində işlətdiyi ifadələr iddiaçının şərəf və ləyaqətini ləkələyən məlumatlar olduğundan Cavabdeh tərəfindən iddiaçının yaşadığı ünvana üzr istənilməsi barədə məktub göndərilməklə təkzib edilməli, Cavabdeh vurulmuş mənəvi zərərin əvəzi kimi 300 manat alınaraq İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməlidir. İşə əlavə edilmiş ödəniş qəbzlərindən görünür ki, İddiaçı tərəfindən 100 manat dövlət rüsumu, 50 manat xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçıya verilməli, 50 manat xidmət haqqı isə iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı barəsində işlətdiyi ifadələr iddiaçının şərəf və ləyaqətini ləkələyən məlumatlar olduğundan Cavabdeh tərəfindən iddiaçının yaşadığı ünvana üzr istənilməsi barədə məktub göndərilməklə təkzib edilsin. Cavabdeh vurulmuş mənəvi zərərin əvəzi kimi 300 (üç yüz) manat alınaraq İddiaçı verilsin. İddiaçı tərəfindən ödənilmiş 100(bir yüz) manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçıya verilsin. İddiaçı tərəfindən ödənilmiş 50(əlli) manat xidmət haqqı iddiaçıya aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Mirlətif Sadıqov İş № 2(055)-340/2024 çıxarış AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏTNAMƏ SAATLİ RAYON MƏHKƏMƏSİ 22 may 2024-cü il Saatlı şəhəri Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X6, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı şərəf və ləyaqətin müdafiəsi, yayılmış məlumatların təkzib olunması və mənəvi zərər tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq.... Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı barəsində işlətdiyi ifadələr iddiaçının şərəf və ləyaqətini ləkələyən məlumatlar olduğundan Cavabdeh tərəfindən iddiaçının yaşadığı ünvana üzr istənilməsi barədə məktub göndərilməklə təkzib edilsin. Cavabdeh vurulmuş mənəvi zərərin əvəzi kimi 300 (üç yüz) manat alınaraq İddiaçı verilsin. İddiaçı tərəfindən ödənilmiş 100(bir yüz) manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçıya verilsin. İddiaçı tərəfindən ödənilmiş 50(əlli) manat xidmət haqqı iddiaçıya aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(055)-340/2024
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-340/2024
22.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi - Şərəf və ləyaqətin müdafiəsi üzrə - Şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi üzrə sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver