Məhkəmə qərarları › İş №2(055)-386/2023

Saatlı Rayon Məhkəməsi Qərardad — İş №2(055)-386/2023

14.03.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Saatlı rayonu İş № 2(055)-386/2023 14.03.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlu, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdehqulu oğluna qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia ərizəsinə baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdehqulu oğluna qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Məhkəmə iddia ərizəsinə və ərizəyə əlavə edilmiş sənədlərə baxaraq hesab edir ki, onlar geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsindən görünür ki, iddia ərizəsi hüquqi şəxsin rəhbəri deyil, nümayəndəsi tərəfindən imzalanmışdır, lakin nümayəndənin səlahiyyətini təsdiq edən hüquqi şəxsin rəhbəri tərəfindən verilmiş etibarnamənin əsli və yaxud notarial qaydada təsdiq olunmuş surəti iddia ərizəsinə əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 73.4-cü maddəsinə əsasən hüquqi şəxs adından etibarnamə onun rəhbərinin və ya təsis sənədlərinə əsasən buna səlahiyyəti olan digər şəxsin imzası ilə həmin hüquqi şəxsin möhürü vurulmaqla verilir. Göründüyü kimi iddia ərizəsini imzalayan şəxsə iddia qaldıran hüquqi şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinin rəhbəri tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada etibarnamə verilmədiyinə görə, iddia ərizəsi onu imzalamaq səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmış ərizə hesab olunur və bu səbəbdən də geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı:

1. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdehqulu oğluna qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər geri qaytarılsın.

2. İddiaçıya ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə müvafiq səlahiyyətli məhkəməyə müraciət etməyə mane olmur.

3. Qərardaddan qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Saatlı Rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim: Mirlətif Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar