Məhkəmə qərarları › İş №2(055)-519/2025

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-519/2025

26.05.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-519/2025 26.05.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X7, İddiaçı, Cavabdehlər Cavabdeh1, Cavabdeh6n iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı qanun üzrə vərəsəlik hüququ əsasında miras əmlakdan payların müəyyən olunması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Saatlı rayon Aqrar İslahat Komissiyasının 18 may 1998-ci il tarixli 05 saylı qərarı ilə mərhum X2nun və digər mülkiyyətçilərin ümumi birgə mülkiyyətinə verilmiş 0,30 hektar həyətyanı və 1,88 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün olan torpaq sahələrindən mərhum X2nun payına düşən 0,06 ha həyətyanı torpaq sahəsini və həmin torpaq sahəsi üzərində mərhum atası tərəfindən tikilmiş fərdi yaşayış evini və eyni zamanda kənd təsərrüfatı məhsulları istehsalı üçün olan 0,2685 ha torpaq sahəsini miras əmlakın kütləsinə daxil edərək birinci növbə vərəsə kimi onunla cavabdehlərin arasında bərabər şəkildə bölərək paylarının müəyyən olunması və hər üç miras əmlakdan payına düşən hissəyə mülkiyyət hüququmun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, İddiaçı iddia həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək iddianın mərhum atası tərəfindən tikilmiş fərdi yaşayış evinə aid hissədə iddianın baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, Saatlı rayon Aqrar İslahat Komissiyasının 18 may 1998-ci il tarixli 05 saylı qərarı ilə mərhum atam Həsənov Əzulla (Əzizulla) Nuruş oğlu və digər mülkiyyətçilərin ümumi birgə mülkiyyətinə 0,30 ha həyətyanı, 1,88 ha isə kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahələri verilmişdir. Yuxarıda göstərdiyi torpaq sahələri barədə mülkiyyətçilərə JN- 027A, KOD 90800001 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə və JN-254, KOD 90801004 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı da verilmişdir. X2 0,30 ha həyətyanı torpaq sahəsində ev tikmiş və orada yaşamışdır. X2 25 sentyabr 2014-cü ildə vəfat etmişdir. 22 oktyabr 2023-cü ildə ərizə ilə Saatlı rayon notariat ofisinə müraciət edərək mərhum X2ndan miras qalmış əmlaklardan qanuni vərəsə kimi ona düşən payı qəbul etdiyini və bu barədə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Lakin cavabdehlər, yəni digər vərəsələr mərhum atasından miras qalmış əmlakların bölüşdürülməsi ilə bağlı mübahisə yaratmışlar və vərəsəlik məsələsinin həll edilməsi üçün Saatlı rayon notariat ofisinə gəlməmişlər. Bu səbəbdən də Saatlı rayon notariat ofisi 22 oktyabr 2024-cü il tarixdə notariat hərəkətlərinin aparılmasından imtina etmiş və məhkəməyə müraciət etməyini tövsiyə etmişdir. Göstərilənlərə əsasən iddiasının təmin olunmasını xahiş edir. Məhkəmə baxışı zamanı Cavabdeh6 iddianı qəbul etməyərək izahatında göstərdi ki, İddiaçı onun qardaşıdır. Saatlı rayonu X6 18 may 1998-ci il tarixli 05 saylı qərarı ilə X2nun, anası Cavabdeh1, qardaşı Cavabdeh2, bacısı X1 və onun birgə mülkiyyətinə 0,30 ha həyətyanı, adları qeyd olunan şəxslərdən əlavə olaraq X8 və İddiaçı birgə mülkiyyətinə1,88 ha isə kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahələri verilmişdir. 0.30 ha həyatını torpaq sahəsinin payların müəyyən olunmasına etiraz edirik. 1,88 ha isə kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsinin payların müəyyən olunmasına etirazım yoxdur. Ona görə də göstərdiklərinin nəzərə alaraq iddianın həyatını torpaq sahəsinə münasibətdə payların müəyyən olunmasına aid hissədə rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı digər Cavabdeh1 digər cavabdeh İddiaçı izahatına uyğun izahat verərək iddianın həyatını torpaq sahəsinə münasibətdə payların müəyyən olunmasına aid hissədə təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 məhkəməyə gəlməmişlər. Cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 məhkəməyə ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişlər. Cavabdeh2 məhkəmədə etibarnamə üzrə nümyəndəsi digər cavabdeh qardaşı olan İddiaçı təmsil etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq gəlməyən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan torpağın mülkiyyətə verilməsinə dair JN-027A nömrəli kod 90800001 saylı şəhadətnamənin surətindən görünür ki, Saatlı rayon Aqrar İslahat Komissiyasının 18 may 1998-ci il tarixli 05 saylı qərarı ilə X4, Cavabdeh1, Cavabdeh2, Həsənova (Məmmədova) Xuraman Əzulla qızının və Cavabdeh6 mülkiyyətinə 0.30 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan torpağa mülkiyyət hüququna dair JN-254 nömrəli kod 90801004 saylı dövlət aktının surətindən görünür ki, Saatlı rayon Aqrar İslahat Komissiyasının 18 may 1998-ci il tarixli 05 saylı qərarı ilə X4, Cavabdeh1, Həsənova (Məmmədova) Xuraman Əzulla qızının, Həsənova (Hüseynova) Sevda Əzulla qızının, Cavabdeh6, Cavabdeh3 və İddiaçı mülkiyyətinə 1.8 ha torpaq sahəsi verilmişdir. İşdə olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2014-cü il tarixdə vəfat etmişdir. İşdə olan Saatlı rayon Qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, X9 ilə Cavabdeh1 xx.xx.1965-ci tarixdə Saatlı rayon qeydiyyta şöbəsi tərəfindən 67 saylı nikah haqqında akt qeydu tərtib edilmişdir. Birgə nikahlarından Cavabdeh2, Cavabdeh3, İddiaçı, X5, X8 və Cavabdeh6 anadan olmuşlar. İşdə olan Saatlı rayon İcra Hakimiyyəti Başçısının Saatlı şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyin verdiyi xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, X9xx.xx.2014-cü il tarixdə vəfat etmişdir. Mərhumun vəfatından sonra vərəsləri bunlardır: Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, İddiaçı, Cavabdeh5 və Cavabdeh6. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən birinci növbə vərəsələrə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) aiddir. Həmin Məcəllənin 1159.2-ci maddəsinə əsasən ikinci növbə vərəsələrə ölənin bacıları və qardaşları aiddir. İş materialları araşdırılarkən müəyyən edilmişdir ki, Saatlı rayon Aqrar İslahat Komissiyasının 18 may 1998-ci il tarixli 05 saylı qərarı ilə X4, Cavabdeh1, Cavabdeh2, Həsənova (Məmmədova) Xuraman Əzulla qızının və Cavabdeh6, mülkiyyətinə 0.30 ha həyətyanı torpaq sahəsi verilmişdir. Eyni zamanda, Saatlı rayon Aqrar İslahat Komissiyasının 18 may 1998-ci il tarixli 05 saylı qərarı ilə X4, Cavabdeh1, Cavabdeh3, Həsənova (Məmmədova) Xuraman Əzulla qızının, İddiaçı, Həsənova (Hüseynova) Sevda Əzulla qızının və Cavabdeh6 mülkiyyətinə 1.8 ha torpaq sahəsi verilmişdir. X9 vəfat etdiyi üçün ondan miras qalmış torpaq sahələrinə onun payına düşən hissəsinə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün Saatlı rayon Notariat ofisinə müraciət edilsə də, bütün mülkiyyətçilər arasında razılıq olmadığıüçün mirasın bölüşdürülməsi notariat ofisində mümkün olmamışdır. Hal-hazırda sağ qalan bütün mülkiyyətçilərdən yalnız iddiaçı torpaq sahəsinin qanun üzrə vərəsəlik arasında bölüşdürülməsinə razı olsa da, cavabdehlər payların müəyyən olunmasına razı deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, torpağın mülkiyyətə verilməsinə dair JN-027A nömrəli kod 90800001 saylı şəhadətnamə əsasında mərhum X4 mülkiyyətində olan payı və miras qalmış 0.06 ha torpaq sahəsi Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, İddiaçı, Cavabdeh5 və Cavabdeh6 arasında bərabər şəkildə bölünməli, onların hər birinin 1/7 payı müəyyənləşdirilməli, torpağa mülkiyyət hüququna dair JN-254 nömrəli kod 90801004 saylı dövlət aktı əsasında mərhum X4 mülkiyyətində olan payı və miras qalmış 0,2685 ha torpaq sahəsi Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, İddiaçı, Cavabdeh5 və Cavabdeh6 arasında bərabər şəkildə bölünməli, onların hər birinin 1/7 payı müəyyənləşdirilməli və paylarına düşən hissədə mülkiyyət hüquqları tanınmalıdır. İşdə olan 12 mart 2025-ci il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, məhkəmə hesab edir ki, İddiaçı ödədiyi 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia təmin edilsin. Torpağın mülkiyyətə verilməsinə dair JN-027A nömrəli kod 90800001 saylı şəhadətnamə əsasında mərhum X4 mülkiyyətində olan payı və miras qalmış 0.06 ha torpaq sahəsi Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, İddiaçı, Cavabdeh5 və Cavabdeh6 arasında bərabər şəkildə bölünsün, onların hər birinin 1/7 payı müəyyənləşdirilsin, torpağa mülkiyyət hüququna dair JN-254 nömrəli kod 90801004 saylı dövlət aktı əsasında mərhum X4 mülkiyyətində olan payı və miras qalmış 0,2685 ha torpaq sahəsi Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, İddiaçı, Cavabdeh5 və Cavabdeh6 arasında bərabər şəkildə bölünsün, onların hər birinin 1/7 payı müəyyənləşdirilsin və paylarına düşən hissədə mülkiyyət hüquqları tanınsın. İddiaçı ödədiyi 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar