Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-607/2025 17.04.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Maraqlı tərəf Maraqlı şəxs iştirakı ilə, Ərizəçi maraqlı tərəf Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 26 fevral 2025-ci il tarixdə mediatorun iştirakı ilə maraqlı tərəf Maraqlı şəxs ilə aralarında faktiki nikahlarından 26 may 2010-cu ildə doğulmuş Sevil və 29 iyul 2011-ci ildə doğulmuş Əsnad adlı uşağların yetkinlik yaşına çatana kimi saxlanması üçün 01 mart 2025-ci ildən başlayaraq hər ay hər uşaq üçün 235 manat olmaqla, cami, 470 manat məbləğində alimenti ona ödəməyə dair Maraqlı şəxs öhdəlik götürməsi barədə bağlanmış barışıq sazişinin təsdiq edilməsi və sazişin məcburi icrasının həyata keçirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Maraqlı şəxs ilə evlənərək nikahlarını rəsmiləşdirməmişlər. Faktiki nikahlarından 26 may 2010-cu ildə Sevil və 29 iyul 2011-ci ildə Əsnad adlı uşaqları olmuşdur. Maraqlı şəxsla aralarında olan münasibət pisləşdiyindən ayrı-ayrılıqda yaşayırlar. Onunla faktiki nikahlarından doğulmuş Sevil və Əsnad adlı uşaqları onunla birlikdə yaşayır. Maraqlı şəxs aliment tələbi ilə bağlı ilkin olaraq mediasiyaya müraciət etmişdir. 26 fevral 2025-ci il tarixdə mediator Nurağa Güləliyevin iştirakı ilə cavabdehlə barışıq sazişi imzalamışlar. Həmin barışıq sazişinin tələbinə görə Maraqlı şəxs faktiki nikahlarından 26 may 2010-cu ildə doğulmuş Sevil və 29 iyul 2011-ci ildə doğulmuş Əsnadın yetkinlik yaşına çatana kimi saxlanması üçün 01 mart 2025-ci ildən başlayaraq hər ay hər uşaq üçün 235 manat olmaqla, 470 manat məbləğində alimenti mənə ödəməyə dair öhdəlik götürmüşdür. Buna baxmayaraq Maraqlı şəxs mediatorun iştirakı ilə aralarında bağlanmış 26 fevral 2025-ci il tarixli barışıq sazişinin tələbini pozaraq aliment öhdəliyini yerinə yetirməmiş və həmin öhdəliyini yerinə yetirməyəcəyini barışıq sazişi bağladıqdan sonra dəfələrlə ona bildirmişdir. Məhkəmə iclasında iştirak edən maraqlı tərəf Maraqlı şəxs izahat verərək bildirdi ki, maddi imkanı olmadığı üçün alimenti ödəyə bilmir. Ərizənin təmin olunmasına etiraz etmir. Ərizəçi məhkəməyə ərizə göndərərək işə onun iştirakı olmadan baxılıb, ərizəsinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə Ərizəçinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya mərhələsində mediatorun iştirakı ilə bağlanan 26 fevral 2025-ci il tarixli barışıq sazişindən görünür ki, saziş imzalandıqdan sonra Maraqlı şəxs ilə Ərizəçi arasında faktiki nikahlarından 26 may 2010cu ildə doğulmuş Sevil və 29 iyul 2011-ci ildə doğulmuş Əsnad adlı uşağların yetkinlik yaşına çatana kimi saxlanması üçün 01 mart 2025-ci ildən başlayaraq hər ay hər uşaq üçün 235 manat olmaqla, cami, 470 manat məbləğində alimentin Ərizəçi ödəməyə dair Maraqlı şəxs öhdəlik götürmüşdür. Qeyd edilən barışıq sazişinin 6-cı bəndində göstərilir ki, sazişdə tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə tam imzalandığı gündən 10 təqvim günü müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin sazişin 8-ci bəndində göstərilir ki, sazişin könüllü icrasından imtina olunsa, tərəf sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək, onlara məcmu halda hüquqi qiymət verib, belə qənaətə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməldir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-26-cı maddəsində qeyd edilmişdir ki, Məhkəmə barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda, barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. “Mediasiya haqqında” Qanunun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin qanunun 34.2-ci maddəsinə əsasən barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Həmin qanunun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin qanunun 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). İşin hallarından göründüyü kimi barışıq sazişinin təsdiq edildiyi vaxtdan keçən müddət ərzində barışıq sazişi icra edilməmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər mediasiya prosesində barışıq əldə etmişdir, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasında 26 fevral 2025-ci il tarixdə bağlanmış barışıq sazişi təsdiq olunmalıdır. Odur ki, ərizəçi maraqlı şəxs cəlb edilməklə “barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi əsaslı hesab edilməklə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in, 217-ci, 355-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: Ərizə təmin edilsin. 26 fevral 2025-ci il tarixdə mediatorun iştirakı ilə Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış “Maraqlı şəxs ilə Ərizəçi arasında faktiki nikahlarından 26 may 2010-cu ildə doğulmuş Sevil və 29 iyul 2011-ci ildə doğulmuş Əsnad adlı uşağların yetkinlik yaşına çatana kimi saxlanması üçün 01 mart 2025-ci ildən başlayaraq Maraqlı şəxs hər ay hər uşaq üçün 235 manat olmaqla, cami, 470 manat məbləğində alimenti Ərizəçi ödəməsi barədə” barışıq sazişi təsdiq edilsin. Barışıq sazişinin məcburi icrası həyata keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(055)-607/2025
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-607/2025
17.04.2025 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver