Azərbaycan Respublikası adından QƏRARDAD Saatlı rayonu İş № 2(055)-61/2023 21.02.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X2, X3 və Saatlı Rayon Notariat Kontoruna qarşı vərəsələrin müəyyən edilməsi və təzminatın vərəsələr arasında hansı pay nisbətində bölgüsü tələbinə dair mülki işə Saatlı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X2, X3 və Saatlı Rayon Notariat Kontoruna qarşı vərəsələrin müəyyən edilməsi və təzminatın vərəsələr arasında hansı pay nisbətində bölgüsü tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Göstərilən mülki işin məhkəmə hazırlıq iclası zamanı İddiaçı məhkəməyə ərizə təqdim edərək iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin baxılmadan ona qaytarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını tədqiq edib belə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X2, X3 və Saatlı Rayon Notariat Kontoruna oğluna qarşı vərəsələrin müəyyən edilməsi və təzminatın vərəsələr arasında hansı pay nisbətində bölgüsü tələbinə dair iddia ərizəsi və ərizəyə əlavə olunmuş sənədlər iddiaçıya qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170, 263, 264, 266-267-ci maddələrini rəhbər turaraq, məhkəmə Q ə r a r a a l d ı: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X2, X3 və Saatlı Rayon Notariat Kontoruna qarşı vərəsələrin müəyyən edilməsi və təzminatın vərəsələr arasında hansı pay nisbətində bölgüsü tələbinə iddia ərizəsi və ərizəyə əlavə olunmuş sənədlər iddiaçıya qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Saatlı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mirlətif Sadıqov
Məhkəmə qərarları › İş №2(055)-61/2023
Saatlı Rayon Məhkəməsi Qərardad — İş №2(055)-61/2023
21.02.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver