Məhkəmə qərarları › İş №2(055)-613/2023

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-613/2023

04.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Ər-arvad arasında əmlak mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-613/2023 04.07.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment və əmlak tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh bir ədəd qızıl komplekt (sırğa-üzük və boyunbağı-qolbaq dəsti) və ya dəyəri 1800 manat, bir ədəd kerosin lampası və ya dəyəri 20 manat, bir ədəd paltar dolabı və ya dəyəri 650 manat, bir ədəd çarpayı (ölçüsü 160 sm x 200 sm) və ya dəyəri 350 manat, bir ədəd termo və ya dəyəri 200 manat, bir ədəd matras (ölçüsü 160 sm x 200 sm) və ya dəyəri 180 manat, bir ədəd taxt döşəyi və ya dəyəri 80 manat, dörd ədəd yastıq və ya dəyəri 100 manat, bir ədəd çilçıraq və ya dəyəri 200 manat, bir ədəd notebook kompyuteri və ya dəyəri 400 manat, cəmi 3980 manat pulun, həmçinin 08 mart 2022-ci ildə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 220 manat və həmin uşaq 3 yaşına çatana qədər onun xeyrinə hər ay 100 manat sabit pul məbləğində alimentin, ödənilmiş 50 manat mediasiya xərcinin, 10 manat dövlət rüsumunun və hüquqi yardım üçün ödənilmiş 100 manat xidmət haqqının alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı ərizə təqdim edərək izahatında göstərdi ki, Cavabdeh ilə ailə həyatı quraraq nikahlarını rəsmiləşdirmişlər. Cavabdehlə ailə həyatı qurduqdan sonra qısa müddət cavabdehin evində, sonralar isə cavabdehlə birlikdə öz ata evində yaşamışlar. Birgə nikahlarından 08 mart 2022-ci ildə Aytəkin adlı bir nəfər qız uşağı anadan olmuşdur. Cavabdehin uşağa qayğı göstərməməsi səbəbindən münasibətləri kəskinləşmiş və ayrılmışlar.Birgə nikahlarından doğulmuş uşaq hazırda onun yanında yaşayır. Bildirir ki, tələb etdiyi qızıl-zinət və cehiz əşyaları cavabdehlə ailə həyatı qurarkən ona hədiyyə verilmişdir. Cehiz əmlaklar cavabdehin ata evindən çıxanda orada qalmış, bir ədəd qızıl komplekti isə (sırğa-üzük və boyunbağı-qolbaq dəsti) cavabdeh onun işdə olduğu zaman banka girov qoyaraq pul götürmüş, bunu bildikdən sonra cavabdehə öz etirazını bildirmiş, cavabdeh isə krediti ödəyərək həmin qızıl komplektinin ona geri veriləcəyini bildirsə də, lakin bu vaxta qədər həmin qızıl komplektini geri qaytarmamışdır. Həmin qızıl komplektinin 900 manat qiymətləndirilməsinə etiraz etmir. Həmçinin cavabdeh uşağın saxlanması üçün ona heç bir maddi yardım göstərmir və bu səbəbdən də cavabdehdən aliment tələb edir. Aliment məbləğinin 150 manat müəyyənləşdirilməsinə etirazı yoxdur. Odur ki, göstərdiklərinin nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh izahatında göstərdi ki, İddiaçı ilə ailə həyatı quraraq rəsmi nikaha daxil olmuşlar. Cavabdehlə ailə həyatı qurduqdan sonra qısa müddət onun ata evində, sonralar isə iddiaçının ata evində yaşamışlar. Birgə nikahlarından 08 mart 2022-ci ildə Aytəkin adlı bir nəfər qız uşağı anadan olmuşdur. İddiaçı ilə aralarında yaranan narazılıqlara görə hal-hazırda ayrılmışlar və onların birgə nikahından doğulmuş uşaq iddiaçının yanında yaşayır. İddiaçının tələb etdiyi cehiz əşyaları yaşadığı evdədir və iddiaçı istənilən vaxt həmin əşyaları gəlib götürə bilər. Bir ədəd qızıl komplekt isə (sırğa-üzük və boyunbağı-qolbaq dəsti) onun tərəfindən banka girov qoyulub kredit götürülsə də, kredit ödənildiyindən sonradan iddiaçıya qaytarılmışdır. Həmin komplektin qiymətinin 1800 manat olması ilə razı deyil. Həmin komplekt Vüsal adlı şəxsdən 900 manata alınmışdır. Bundan başqa, hazırda "xxxx" MMC-də yükdaşıyan işləyir və tutulmalardan sonra kartına hər ay 400 manat əmək haqqı köçür. Uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 140 manat sabit pul məbləğində alimenti iddiaçıya ödəməyə razıdır. Ona görə də, göstərdiklərinin nəzərə alınaraq iddianın qismən təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, cavabdeh onun doğma övladıdır. İddiaçının iddia ərizəsində göstərdiyi əmlaklar, həqiqətən də, iddiaçıya hədiyyə edilmişdir. İddiaçının tələb etdiyi cehiz əşyaları onun evindədir və iddiaçı istənilən vaxt həmin əşyaları gəlib götürə bilər. Bir ədəd qızıl komplekt isə (sırğa-üzük və boyunbağı-qolbaq dəsti) cavabdeh tərəfindən banka girov qoyulub kredit götürülsə də, onda olan məlumata görə sonradan iddiaçıya qaytarılmışdır. Lakin bu barədə dəqiq məlumatı yoxdur. Bundan başqa, həmin qızıl komplektin qiyməti 1800 manat deyil. Çünki həmin komplekti Vüsal adlı şəxsdən 900 manata şəxsən özü almışdır. İşdə olan və məhkəmə iclasında elan edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 08 mart 2022-ci ildə anadan olmuşdur. Həmin uşağın atası Cavabdeh, anası İddiaçıdır. İşdə olan və məhkəmə iclasında elan edilmiş Sabirabad rayon Kooperativ Cəmiyyətinin möhürü və həmin cəmiyyətin əmtəəşünası X1 imzası ilə təsdiq olunmuş rəydən görünür ki, tələb olunan əmlakların dəyəri cəmi 3980 manat müəyyən edilmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə, ilk növbədə qeyd edir ki, hazırki iddia tələbi iki hissədən, yəni aliment və əmlak tələbindən ibarət olduğundan hər bir tələb üzrə ayrıca hüquqi dəyərləndirmə aparılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflərin birgə nikahlarından doğulmuş 08 mart 2022-ci il təvəllüdlü X5 adlı bir nəfər uşaq iddiaçının yanında yaşayır və iddiaçı həmin uşağın saxlanılmasında və tələbatlarının ödənilməsində çətinlik çəkdiyi üçün aliment tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 4-cü bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşağını saxlamadıqda uşağın saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşağın saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikasının da qoşulduğu 02 sentyabr 1990-cı ildə qüvvəyə minmiş “Uşaq Hüquqları Haqqında Konvensiya”nın 18-ci maddəsinin İ bəndinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin birgə və eyni dərəcədə məsuliyyət daşıdığına dair prinsipin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı maraqları-onlara əsas qayğı obyektidir. 08 mart 2022-ci il təvəllüdlü X5 adlı bir nəfər uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün aliment təyin edilərkən məhkəmə alimentin məbləğini tərəflərin maddi və ailə vəziyyətini, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutaraq müəyyən etməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Belə olan halda məhkəmə hesab edir ki, tərəflərin birgə nikahından anadan olmuş 08 mart 2022-ci il təvəllüdlü X5 adlı bir nəfər uşağın uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh 23 may 2023-cü il tarixdən başlanmaqla hər ay 150 manat sabit pul məbləğində aliment alınaraq İddiaçı xeyrinə ödənilməli və iddianın alimentə dair olan hissəsi dərhal icra olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs öz əmlakından maneə olmadan istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi öz əmlakını özgəsinin qanunsuz sahibliyindən geri tələb edə bilər. Həmin Məcəllənin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ərarvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Məhkəmədə işin araşdırılan halları ilə müəyyən edildi ki, iddiaçı cavabdehlə nikah münasibətinə girərkən iddia ərizəsində göstərilən əmlaklar ona hədiyyə edildiyindən və hal-hazırda həmin əmlaklar cavabdehin qanunsuz sahibliyində olduğundan onların geri alınmasını tələb edir. Cavabdeh məhkəmədə vermiş olduğu izahatında iddia ərizəsində göstərilən əmlakların iddiaçıya hədiyyə olaraq verilməsini etiraf etmişdir. Göründüyü kimi, iddiaçının iddia ərizəsində göstərdiyi əmlakların mövcudluğu öz təsdiqini tapmışdır.Belə ki, cavabdehin məhkəmə iclasında iddia ərizəsində göstərilən əmlakların iddiaçıya hədiyyə olaraq verilməsini etiraf etməsi və iş materiallarına əlavə edilmiş fotoşəkillərlə həmin əmlakların iddiaçıya verilməsi sübuta yetirilmişdir. İşin mübahisəli halı olan bir ədəd qızıl komplektə (sırğa-üzük və boyunbağı-qolbaq dəsti) gəlincə, məhkəmə qeyd edir ki, işdə olan sənədlər və tərəflərin izahatı ilə müəyyən olundu ki, həmin əmlak cavabdeh tərəfindən kredit götürülən zaman banka girov qoyulmuşdur. Lakin iddiaçı həmin əmlakın banka girov qoyulduqdan sonra ona qaytarılmadığını, cavabdeh isə kredit borcu ödənildikdən sonra qızıl komplekti geri qaytarıldığını bildirir. Məhkəmə tərəflər arasındakı hazırkı münasibətlər üzrə sübutları qiymətləndirən zaman əsaslı şübhələr yaratmayan sübut standartını qəbul edərək hesab edir ki, sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gəlməlidir. Belə ki, hər bir tərəf məhkəmədə öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli və məhkəmə də yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə yalnız əsaslı şübhə yaratmayan sübutları qəbul edir ki, onun əsaslılığı hər hansı bir hal ilə təkzib edilməsin. Məhkəmə diqqətə çatdırır ki, MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd edilən prosessual hüquq normalarının tələblərinin müzakirə edilən məsələyə tətbiqi nəticəsində müəyyən edilir ki, hazırki iş üzrə bir ədəd qızıl komplektin iddiaçıya qaytarılması hissəsində sübutetmə yükü cavabdehin üzərinə düşür. Cavabdeh isə bu halı məhkəmədə sübuta yetirə bilməmiş, həmçinin məhkəmə iclası zamanı verdiyi izahatında qızıl komplektin uşağın xəstəliyi ilə bağlı kredit götürmək üçün banka girov qoyulduğunu və kredit ödəniləndən sonra iddiaçıya qaytarıldığını(halbuki kredit bankdan 2021-ci iln sentyabr ayından götürülmüş, uşaq isə 08 mart 2022-ci ildə andan olmuşdur), məhkəməyə ünvanladığı etiraz ərizəsində isə cavabdehin evdən gedərkən qızıl komplekti özü ilə apardığını göstərmişdir. Digər tərəfdən cavabdehin şahid kimi təqdim etdiyi X3 da ifadəsində bir ədəd qızıl komplektin iddiaçıya qaytarıldığını dəqiq bilmədiyini, bu halı güman etdiyini göstərmişdir. Odur ki, məhkəmə cavabdehin bir ədəd qızıl komplektin iddiaçıya qaytardığını bildirməsini inandırıcı hesab etmir və bunu tələbdən yayınmaq üçün özünü müdafiə halı kimi qiymətləndirir. Məhkəmə iddia ərizəsində göstərilən əmlakların qiymətləri ilə bağlı qeyd edir ki, Sabirabad rayon Kooperativ Cəmiyyətinin möhürü və həmin cəmiyyətin əmtəəşünası X1 imzası ilə təsdiq olunmuş rəyi bir ədəd qızıl komplekt istisna olmaqla digər əşyalara münasibətdə mötəbər sübut kimi qəbul edilməklə, həmin rəydə göstərilən əmlakların hazırki bazar qiyməti real olaraq dəyərləndirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin olunaraq tərəflərin birgə nikahından anadan olmuş 08 mart 2022-ci il təvəllüdlü X5 adlı bir nəfər uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh 23 may 2023-cü il tarixdən başlanmaqla hər ay 150 manat sabit pul məbləğində aliment alınaraq İddiaçı xeyrinə ödənilməli, iddianın alimentə dair olan hissəsi dərhal icra olunmalı, Cavabdeh bir ədəd qızıl komplekt (sırğa-üzük və boyunbağı-qolbaq dəsti) və ya dəyəri 900 manat, bir ədəd kerosin lampası və ya dəyəri 20 manat, bir ədəd paltar dolabı və ya dəyəri 650 manat, bir ədəd çarpayı (ölçüsü 160 sm x 200 sm) və ya dəyəri 350 manat, bir ədəd termo və ya dəyəri 200 manat, bir ədəd matras (ölçüsü 160 sm x 200 sm) və ya dəyəri 180 manat, bir ədəd taxt döşəyi və ya dəyəri 80 manat, dörd ədəd yastıq və ya dəyəri 100 manat, bir ədəd çilçıraq və ya dəyəri 200 manat, bir ədəd notebook kompyuteri və ya dəyəri 400 manat alınaraq İddiaçı verilməli və iddianın qalan hissəsi təmin edilməməlidir. İşdə olan ödəniş qəbzlərindən görünür ki, İddiaçı 10 manat dövlət rüsumu, 50 manat mediasiya xərci və 100 manat vəkil xidmət haqqı ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiya xərci, 10 manat dövlət rüsumu və 100 manat vəkil xidmət haqqı cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 08 mart 2022-ci il təvəllüdlü X5 adlı bir nəfər uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün 23 may 2023-cü il tarixdən başlanaraq hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment alınıb İddiaçı xeyrinə ödənilsin. Cavabdeh bir ədəd qızıl komplekt (sırğa-üzük və boyunbağı-qolbaq dəsti) və ya dəyəri 900 manat, bir ədəd kerosin lampası və ya dəyəri 20 manat, bir ədəd paltar dolabı və ya dəyəri 650 manat, bir ədəd çarpayı (ölçüsü 160 sm x 200 sm) və ya dəyəri 350 manat, bir ədəd termo və ya dəyəri 200 manat, bir ədəd matras (ölçüsü 160 sm x 200 sm) və ya dəyəri 180 manat, bir ədəd taxt döşəyi və ya dəyəri 80 manat, dörd ədəd yastıq və ya dəyəri 100 manat, bir ədəd çilçıraq və ya dəyəri 200 manat, bir ədəd notebook kompyuteri və ya dəyəri 400 manat alınaraq İddiaçı verilsin. Qətnamənin aliment hissəsi dərhal icra olunsun. İddia qalan hissədə təmin edilməsin. İddia qaldırılarkən ödənilmiş 50 manat mediasiya xərci, 10 manat dövlət rüsumu və 100 manat vəkil xidmət haqqı, cəmi 223 (iki yüz iyirmi üç) manat Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qətnamədən bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar