Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-614/2024 27.06.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı akta əsasən hesablanmış ziyanın silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 28 noyabr 2020-ci il tarixli AKTR 198238 saylı akta əsasən hesablanmış 1554.52 manat ziyanın silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı izahatında göstərdi ki, Saatlı rayonu, Nabatkənd kəndində yerləşən fərdi yaşayış evində ailə üzvləri ilə birlikdə yaşayır və öz adına olan sayğac vasitəsi ilə X1 edir. 28 noyabr 2020-ci ildə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları onun yaşadığı fərdi yaşayış evinə quraşdırılmış sayğaca baxış keçirmiş və həmin tarixdə AKTR 198238 saylı akt tərtib etmişlər, həmin aktda sayğacın giriş xəttinin fazası yuvasından çıxarılmışdır və abonent sayğacdan kənar xəttdən istifadə edir qeyd etmişdir. Bundan sonra onun adına olan abonent saldosuna 28 noyabr 2020-ci il tarixli AKTR 198238 saylı akta əsasən 1554.52 manat borc hesablanmışdır. O, həmin aktla razı deyil. Belə ki, akt tərtib edilərkən iki nəfər hal şahidinin iştirakı təmin olunmamış, aktın bir nüsxəsi ona təqdim edilməmişdir. Həmin akta əsasən hesablanmış ziyan məbləğindən 3-4 il əvvəl işıq pulunu köçürərkən məlumatı olmuş və sonra Saatlı rayon elektrik şəbəkəsindən aktı əldə etmişdir. Həmin vaxt Saatlı elektrik şəbəkəsinin rəhbərliyinə narazılığını bildirdikdə şəbəkənin müdiri Anar müəllimin və digər əməkdaşların iştirakı ilə sayğac yenisi ilə əvəz edilməsi üçün açılmış, lakin yeni sayğac quraşdırılmamışdır. Həmin vaxt Anar müəllim əməkdaşlara bildirmişdir ki, onun evinə gələn elektrik xətti yeni sayğac gətirilənə kimi sayğacsız qoşulsun. Bundan təxminən iki ay sonra qanunsuz olaraq ona sərfiyyat hesablamışlar. 2020-ci ildən hal-hazırki vaxtadək akta əsasən hesablanmış ziyan məbləğini və gündəlik istifadə etdiyi elektrik sərfiyyatına görə olan borcunu ödəmişdir. Ona görə də göstərdiklərinin nəzərə alınaraq cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 28 noyabr 2020-ci il tarixli AKTR 198238 saylı akta əsasən adına olan abonent hesabına (abonent kodu: **********4) əlavə edilmiş 1554.52 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəməyə ünvanladığı 16 may 2024-cü il tarixli məktubda iş üzrə məhkəmə baxışının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin xahişini nəzərə alaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşdə olan və məhkəmə iclasında elan edilmiş abunə haqqında cədvəldən görünür ki, abonent İddiaçı yaşadığı Saatlı rayonu Nabatkənd kəndində yerləşən fərdi yaşayış evini elektrik enerjisi ilə təchiz edən elektrik sayğacı İddiaçı adınadır və həmin sayğacda X1yə görə aylıq sərfiyyatı qeyd olunmuş və X1 qaydalarının pozulmasına görə akta əsasən hesablanmış cəmi məbləğ 595,95 manatdır. İşdə olan və məhkəmə iclasında elan edilmiş “X1 Qaydaları”nın pozulması haqqında 28 noyabr 2020-ci il tarixli AKTR 198238 saylı aktdan görünür ki, X1 qaydalarına uyğun olaraq İddiaçı adına olan 03510885 nömrəli elektrik sayğacına baxış keçirilən zaman abonentin elektrik sayğacının sayğacın giriş xəttinin fazası yuvasından çıxarılmaqla sayğacdan kənar xətdən istifadə etdiyi aşkar edilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsinin məhkəməyə ünvanladığı 16 may 2024-cü il tarixli məktubundan görünür ki, 28 noyabr 2020-ci il tarixində Saatlı elektrik şəbəkəsinin nümayəndələri tərəfindən elektrik enerjisində yaranmış qeyri-balansla əlaqədar əraziyə baxış keçirilərkən iddiaçıya məxsus yaşayış evində kənar xətt vasitəsi ilə X1 etməsi aşkar olunduğuna görə itirilmiş elektrik enerjisinin bərpası məqsədi ilə 28 noyabr 2020-ci il tarixli AKTR 198238 saylı akt tərtib edilmiş və 595,95 manat dəyərində itirilmiş elektrik enerjisi bərpa olunmuşdur. İddiaçının yaşayış yeri üzrə hal-hazırda 1154,47 manat debitor borcu vardır, lakin iddiaçı iddia ərizəsində 1554,52 manat məbləği silinməsi tələb etmişdir. İddiaçı akt üzrə olan məbləği düzgün olmayaraq iddia ərizəsində göstərmişdir. İddiaçı tələb üzrə üç illik iddia müddətini ötürməklə məhkəməyə müraciət etdiyindən işə baxılarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375-ci maddəsinin tələbi əsas tutulmaqla qətnamə qəbul edilməsi xahiş olunur. İşdə olan və məhkəmə iclasında elan edilmiş əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair satış sahələri üzrə və texniki sahələr üzrə 04 dekabr 2020-ci il tarixli tələblərdən görünür ki, 03510885 nömrəli elektrik sayğacına baxış keçirilən zaman abonentin elektrik sayğacının sayğacın giriş xəttinin fazası yuvasından çıxarılmaqla sayğacdan kənar xətdən istifadə etdiyi aşkar edilmiş, həmin qüsura görə "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 28 noyabr 2020-ci il tarixli AKTR 198238 saylı akt tərtib edilmiş və **********00418 nömrəli abonent hesabına 595,95 manat borc yazılması və kənar xəttin ləğv olunması qərara alınmışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, “X1 Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasi Nazirlər Kabinetinin Qərarının 9.1-ci maddəsinə əsasən istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin X2 Agentliyinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. Məhkəmədə işin araşdırılan halları və iddiaçının izahatı ilə müəyyən edilir ki, iddiaçı yaşadığı fərdi yaşayış evinin elektrik enerjisindən sayğacdankənar qanunsuz elektrik xətti vasitəsi ilə istifadə etdiyi üçün X1 qaydalarının pozulmasında məsuliyyət daşıyır. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçının izahatından başqa, iddia tələbinin əsasında duran akt əsasında hesablanmış borcun ləğv edilməli olduğunu, iddiaçının sayğacdankənar elektrik xəttindən şəbəkə rəhbərinin icazəsi ilə istifadə etdiyini təsdiq edə biləcək hər hansı bir sübut növü məhkəməyə təqdim edilməmişdir. İddiaçının izahatı isə özü-özlüyündə sübut növü kimi qəbul edilə bilməz. Çünki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Hazırkı iş üzrə həmin izahatı təsdiq edə biləcək, izahatla yanaşı yoxlanılmalı və qiymətləndirilməli hər hansı sübut növü məhkəmədə təsdiqini tapmamışdır. Buradan da göründüyü kimi, iddiaçı tərəf öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, iddiaçı iddia ərizəsində akta əsasən hesablanmış 1554,52 manat borcun silinməsini tələb etdiyi halda, məhkəmədə işin araşdırılan halları ilə, yəni iş materiallarında olan abunə haqqında cədvəllə, 16 may 2024cü il tarixli məktubla və 04 dekabr 2020-ci il tarixli sənədlə müəyyən edildi ki, iddiaçıya akta əsasən hesablanmış məbləğ 1554,52 manat deyil, 595,95 manat olmuşdur, eyni zamanda iddiaçı məhkəmə baxışı zamanı izahatında elektrik sayğacına özü və ailə üzvləri tərəfindən heç bir müdaxilə edilmədiyini və cavabdeh təşkilat tərəfindən əsassız olaraq akt tərtib edilərək borc yazıldığını, onun evinə gələn elektrik xəttinin Saatlı elektrik şəbəkənin əməkdaşları tərəfindən yeni sayğac gətirilənə kimi sayğacsız qoşulduğunu göstərsə də, o, 2020-ci ildən hal-hazırki vaxtadək akta əsasən hesablanmış həmin ziyan məbləğini və gündəlik istifadə etdiyi elektrik sərfiyyatına görə olan borcunu ödəmişdir. Buradan görünür ki, iddiaçının göstərdiyi hallar, yəni onun tərəfindən sayğaca heç bir müdaxilə edilmədiyini deməsinə baxmayaraq, sayğacdankənar çəkilmiş əlavə xəttin Saatlı elektrik şəbəkənin əməkdaşları tərəfindən çəkilməsinin bildirməsi özü-özlüyündə ziddiyyət təşkil edir və onun sayğaca heç bir müdaxilə olunmaması ilə bağlı göstərdiklərini şübhə altına alır. Bundan başqa, iddiaçı iddiasını, iddia müddətini üzrsüz səbəbdən ötürməklə məhkəməyə vermiş, cavabdehin nümayəndəsi isə iddia müddətinin tətbiq edilməsi barədə məhkəməyə ərizə təqdim etmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının iddia tələbində göstərmiş olduğu "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş 28 noyabr 2020ci il tarixli AKTR 198238 saylı akta əsasən hesablanmış ziyanın silinməsi tələbi əsaslı deyildir, həmçinin də iddiaçı iddia müddətini keçirməklə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 28 noyabr 2020-ci il tarixli AKTR 198238 saylı akta əsasən onun abonent hesabına (abonent kodu: **********00418) əlavə edilmiş 1554,52 manat ziyanın silinməsi tələbinə dair iddiası təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q ə t e t d i: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 28 noyabr 2020-ci il tarixli AKTR 198238 saylı akta əsasən onun abonent hesabına (abonent kodu: **********00418) əlavə edilmiş 1554 (bir min beş yüz əlli dörd) manat 52 (əlli iki) qəpik ziyanın silinməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(055)-614/2024
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-614/2024
27.06.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver