Məhkəmə qərarları › İş №2(055)-66/2023

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-66/2023

24.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-66/2023 24.01.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi Məhkəmə iclasının katibi X5, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı Cavabdeh 1600 manat pulun, 36 manat ödənilmiş dövlət rüsumunun və 50 manat xidmət haqqının, cəmi 1686 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddiasını müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh mərhum dayısının dostu olmuşdur. Ona görə də cavabdehlə münasibətləri yaxşı olmuşdur. Cavabdeh 2022-ci ilin may ayının əvvəllərində ona yaxınlaşaraq Saatlı peşə liseyində sürücü işi üzrə işçi axtarıldığını və onu istəyinə uyğun olaraq həmin işə düzəltmək istədiyini demişdir. O da həmin vaxt cavabdehə pulunun olmadığını demişdir. Bundan bir müddət sonra cavabdehlə görüşən zaman cavabdeh ona təklif etmişdir ki, işə dərhal düzələcəyinə görə kreditlə pul götürüb ona verə bilər. O da təxminən 16 may 2022-ci il tarixdə anası Səyyarənin adına X9 filialından 1550 manat kredit götürüb İsaya zəng etmişdir ki, pul hazırdır. Həmin gün də saat 10-11 radələrində İsa sonradan adını bildiyi Mehman Nəsirovla yaşadığı evə gəlmişdir. Evlərində olarkan o ailə üzvlərinin yanında 50 manat da əlavə pul düzəldib cəmi 1600 manat pulu sayaraq cavabdehə vermişdir. Bundan sonra da cavabdeh müxtəlif bəhanələrlə onu aldadaraq vədinə əməl etmədiyi üçün o da məcbur qalıb Saatlı rayon polis şöbəsinə müraciət etmişdir. Saatlı rayon polis şöbəsinin istintaq bölməsi tərəfindən araşdırma aparılaraq 12 avqust 2022-ci il tarixli qərarla cinayət işinin başlanmasını rədd edərək, cavabdehlə aralarında olan pul mübahisəsi ilə əlaqədar Saatlı Rayon Məhkəməsinə müraciət etmək hüququnun olmasını izah olunmuşdur. Ona görə də Cavabdeh 1600 manat pulun, 36 manat ödənilmiş dövlət rüsumunun və 50 manat xidmət haqqının, cəmi 1686 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə baxışı zamanı Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, o, İddiaçı pul almamışdır. Belə ki, iddiaçı ona işsiz olduğunu və iş tapmağa köməklik etməsini xahiş etmişdir. O da 2022-ci ilin mart ayında Saatlı RİH-nin binasında olan zaman İmişli rayon sakini Mehman adlı şəxslə tanış olmuş, sonuncu ona Saatlı şəhərində yerləşən peşə liseyində sürücü işinə adam axtarıldığını bildimişdir. Bundan sonra iddiaçı ilə danışaraq 1600 manat müqabilində işə sürücü işinə düzələ biləcəyini demiş, bir müddət sonra iddiaçı ona zəng edib bankdan kredit götürəcəyini və Mehmanı da yaşdğı evə gətirməsini, sonuncu ilə söhbət edib pulu verəcəyini demişdir. O da 16 may 2022-ci il tarixdə Mehmanla birlikdə Sahilin yaşadığı evə gəlmiş, Sahillə Mehman öz aralarında razılaşmış və sonuncu cibindən 1600 manat pulu çıxarıb Mehmana vermiş, bundan sonra o və Mehman evi tərk etmişlər. Bir daha bildirir ki, pul ona deyil, Mehman adlı şəxsə verildiyindən sonuncudan tələb edilməlidir.Ona görə də, göstərdiklərinin nəzərə alınıb iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, o, İddiaçı anasıdır. İddiaçı, həqiqətən də, onun və əri X4 yanında Cavabdeh 1600 manat pul vermişdir. Həmin pulun 1550 manatı onun tərəfindən kredit olaraq götürülmüş pul olmuşdur. Mehman onların yaşadığı evə gəlsə də, pul Mehmana deyil, Cavabdeh verilmişdir. Bu hadisə onun birbaşa iştirakı ilə baş vermişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş X7 digər şahid X1 ifadəsinə uyğun ifadə verdi. İşdə olan və məhkəmə iclasında elan edilmiş Saatlı RPŞ-nin İstintaq bölməsinin HK- 1/1243 saylı cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarının surətindən görünür ki, İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işi başlanması rədd edilmiş, pul mübahisəsinə dair mülki qaydada Saatlı Rayon Məhkəməsinə müraciət etmək hüququ izah edilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş "xxxx" ASC-nin Saatlı rauon filialının arayışından görünür ki, X2 16 may 2022-ci il tarixdə 1550 manat kredit verilmişdir. Məhkəmə tərəflərin izahatını və şahidlərin ifadəsini dinləyib, işdə olan materialları hərtərəfli araşdırıb, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 14.2.7-ci maddəsinə görə əsassız varlanma mülki hüquq və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. Həmin Məcəllənin 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh İddiaçı işə düzəlməsinə köməklik edilməsinə görə 1600 manat pul amış, iddiaçının işə düzəlməsinə nail olmadığı halda aldığı 1600 manat məbləğində pulu qaytarmamışdır. Cavabdeh məhkəmə araşdırma zamanı verdiyi izahatında pulun ona deyil, Mehman adlı şəxsə verildiyini göstərsə də, öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmiş, əksinə iddia tələbinin əsaslılığı iddiaçının izahatı, iş materialları və şahidlərin ifadələri ilə bir daha sübut olunmuşdur. Odur ki, məhkəmə cavabdehin göstərdiklərini tələbdən yayınmaq üçün özünü müdafiə halı kimi qiymətləndirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 8.1-ci və 9.1-ci maddələrində isə qeyd edilir ki, mülki işlər və iqtisadi mübahisələr üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməklə Cavabdeh 1600 manat pul alınaraq İddiaçı verilməlidir. İşdə olan 18 noyabr 2022-ci il tarixli qəbzdəndən görünür ki, İddiaçı 36 manat dövlət rüsumu və 50 manat xidmət haqqı ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 36 manat dövlət rüsumu və 50 manat xidmət haqqı cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia təmin edilsin. Cavabdeh 1600 manat pul, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 36 manat dövlət rüsumu və 50 manat xidmət haqqı, cəmi 1686 (bir min altı yüz səksən altı) manat pul alınaraq İddiaçı verilsin. Qətnamədən bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Hakim: Mirlətif Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar