Məhkəmə qərarları › İş №2(055)-73/2023

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-73/2023

30.01.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-73/2023 30.01.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı aktın və onun nəticələrinin ləğv edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 18 avqust 2022-ci il tarixli, 029692 saylı aktının ləğv edilməsi və həmin akta əsasən onun abonent hesabına (abonent kodu: **********3) əlavə edilmiş borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, o halhazırda Saatlı rayonunun Qırağlı kəndində yerləşən fərdi yaşayış evində yaşayır və mərhum ərinin adına olan, faktiki isə onun istifadəsində olan sayğacla elektrik enerjisindən istifadə edir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları onun yaşadığı fərdi yaşayış evində yerləşən elektrik sayğacına baxış keçirmiş və “Məişət istehlakçılarında sayğacların dəyişdirilməsi yoxlanması və quraşdırılması” haqqında 18 avqust 2022-ci il tarixli, 029692 saylı akt tərtib etmişlər. Həmin aktda abonent tərəfindən sayğacdan kənar elektrik enerjisindən istifadə edildiyi qeyd olunmuşdur. O, həmin aktı və akta əsasən hesablanmış borcu əsaslı hesab etmir. Belə ki, o, Saatlı rayonu, Qırağlı kəndində yaşadığı evində quraşdırılmış elektrik sayğacına əsasən ödənişlər edərək istifadə etmiş, onun və ailə üzvləri tərəfindən sayğaca hər hansı bir müdaxilə edilməmişdir. Ona görə də göstərdiklərini nəzərə alaraq cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş 18 avqust 2022-ci il tarixli, 029692 saylı aktın ləğv edilməsi və həmin akta əsasən hesablanmış borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi heç bir üzrlü səbəb olmadan məhkəmənin iclasında iştirak etmir və məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsaslanaraq cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş “Məişət istehlakçılarında sayğacların dəyişdirilməsi yoxlanması və quraşdırılması” haqqında 18 avqust 2022-ci il tarixli, 029692 nömrəli aktdan görünür ki, abonent İddiaçı fərdi yaşayış evinə (ünvan:Saatlı rayonu, Qırağlı kəndi, abonent kodu: **********3) quraşdırılmış elektrik sayğacından kənar elektrik enerjisindən istifadə edildiyi aşkar olunmuşdur. İşdə olan və məhkəmə iclasında elan edilmiş abonentin saldosundan görünür ki, İddiaçı 706.72 manat borc hesablanmışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 8.16-cı bəndinə əsasən istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerji təchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya uçot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerji təchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. Məhkəmədə tədqiq olunmuş sübutlara əsasən müəyyən olundu ki, İddiaçı yaşadığı Saatlı rayon Qırağlı kəndində yerləşən fərdi yaşayış evinə quraşdırılmış elektrik sayğacında sayğacdan kənar elektrik enerjisindən istifadə edildiyi aşkar edildiyi üçün "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən “Məişət istehlakçılarında sayğacların dəyişdirilməsi yoxlanması və quraşdırılması” haqqında 18 avqust 2022-ci il tarixli, 029692 nömrəli akt tərtib edilmiş, həmin akta əsasən itirilmiş elektrik enerjisinin bərpası üzrə 706.72 manat sərfiyyat hesablanmış və həmin sərfiyyatın cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı ödənilməsi tələb edilir. Ona görə də, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 18 avqust 2022-ci il tarixli, 029692 saylı aktının ləğv edilməsi və həmin akta əsasən İddiaçı abonent hesabına (abonent kodu: **********3) əlavə edilmiş borcun silinməsi barədə məhkəmədə iddia qaldırmışdır. İddiaçı 18 avqust 2022-ci il tarixli, 029692 saylı aktı mübahisələndirərək həmin aktın əsaslı olmadığını tələb etsə də, o tələbinin əsası kimi istinad etdiyi halı məhkəmədə qismən sübut edə bilmişdir. Digər tərəfdən də, məhkəmə tərəflər arasındakı hazırkı münasibətlər üzrə sübutları qiymətləndirən zaman əsaslı şübhələr yaratmayan sübut standartını qəbul edərək hesab edir ki, sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gəlməlidir. Belə ki, hər bir tərəf məhkəmədə öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli və məhkəmə də yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə yalnız əsaslı şübhə yaratmayan sübutları qəbul edir ki, onun əsaslılığı hər hansı bir hal ilə təkzib edilməsin. Məhkəmə iclasında cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 18 avqust 2022-ci il tarixli, 029692 saylı aktının əsaslı olması sübut edilsə də, itirilmiş elektrik enerjisinin dəyərinin 706.72 manat olması qismən sübut edilmişdir. Belə ki, işdə olan abonentin saldosu ilə müəyyən edildi ki, abonent İddiaçı 18 avqust 2022-ci il tarixli, 029692 saylı akta əsasən 706.72 manat sərfiyyat hesablanmışdır. Həmçinin də işin araşdırılan halları ilə müəyyən edildi ki, elektrik sayğacı İddiaçı təqsiri üzündən zədələndiyi təqdirdə və ya elektrik enerjisindən qanunsuz istifadə hallarında itirilmiş elektrik enerjisinin bərpası üzrə hesablanmış sərfiyyatın neçə gün müddətinə və ya itirilmiş elektrik enerjisinin dəyərinin nə qədər pul məbləği ilə hesablanmasına dair hər hansı müqavilə tərəflər arasında bağlanmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.4-cü maddəsinə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş 18 avqust 2022-ci il tarixli, 029692 saylı akt əsasında İddiaçı abonent hesabına (abonent kodu: **********3) əlavə edilmiş itirilmiş elektrik enerjisinin bərpası üzrə hesablanmış 681 manat borc 70 manatadək azaldılmalı, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş 18 avqust 2022-ci il tarixli, 029692 saylı akt əsasında İddiaçı abonent hesabına (abonent kodu: **********3) əlavə edilmiş itirilmiş elektrik enerjisinin bərpası üzrə hesablanmış 706.72 manat borc 70 manatadək azaldılsın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mirlətif Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar