Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-73/2025 04.06.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X11, İddiaçı, Cavabdeh1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı qanun üzrə vərəsəlik hüququ əsasında miras əmlakdan payların müəyyən olunması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Saatlı rayon Aqrar İslahat Komissiyasının 27 iyul 1999-cu il tarixli, 03 saylı qərarı ilə Saatlı rayonu Əlibayramovka (indiki Dədə Qorqud) kəndi ərazisində kənd təsərrüfatı məhsulları istehsalı üçün atası-mərhum X15, anası-mərhum X7, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ümumi birgə mülkiyyətinə verilmiş 4,3 ha torpaq sahəsində mərhum X12 və mərhum X2 payına düşən və onlardan miras qalmış 1,72 ha hissəsinin, həmçinin mərhum X12 adına 03 aprel 2019-cu il tarixdən qeydiyyatda olan “QAZ 3302” markalı, **-CR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin miras əmlak olaraq onun və cavabdehlərin arasında qanuna uyğun şəkildə bölünməsi və hər iki miras əmlakdan onun payına düşən hissəsinə mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddiasını müdafiə edərək izahatında göstərdi ki, Saatlı rayon Aqrar İslahat Komissiyasının 27 iyul 1999-cu il tarixli, 03 saylı qərarı ilə Saatlı rayonu Əlibayramovka (indiki Dədə Qorqud) kəndi ərazisində kənd təsərrüfatı məhsulları istehsalı üçün X9, anası X7, qardaşı Cavabdeh1, bacıları Cavabdeh2 və Cavabdeh3 ümumi birgə mülkiyyətlərinə 4,3 ha torpaq sahəsi verilmişdir. Bundan əlavə X6 adına 03 aprel 2019-cu il tarixdən qeydiyyatda olan “QAZ 3302” markalı, **-CR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi vardır. X1 31 may 2019-cu ildə, X9 29 oktyabr 2020-ci ildə vəfat etmişlər. Bundan sonra qardaşı Cavabdeh1 ilə onun arasında valideynlərdən miras qalmış torpaq sahəsinin və nəqliyyat vasitəsinin bölüşdürülməsi ilə əlaqədar mübahisə yaranmışdır. Valideynlərindən miras qalmış əmlaklara vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün Saatlı rayon Notariat ofisinə müraciət etmiş, lakin mirası qəbul etmə ilə əlaqədar digər vərəsələrlə razılığa gələ bilmədiyindən Saatlı rayon Notariat ofisinin notariusu notariat hərəkətlərinin aparılmasından imtina edilmiş və ona məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Hazırki məhkəmə baxışı iclasında ona məlum olmuşdur ki, mübahisələndirdiyi 4,3 ha torpaq sahəsinin bir hissəsi valideynlərinin sağlığında alqı-satqı edilmiş və hazırda həmin torpaq sahəsinin real ölçüsünün 3,3851 ha olması barədə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı ******* nömrəli, qeydiyyat tarixi 02 fevral 2016-cı il olan çıxarış vardır, həmin çıxarışdan onun məlumatı olmamışdır. Ona görə də, göstərdiklərinin nəzərə alınaraq qanun üzrə vərəsəlik hüququ əsasında valideynlərindən miras qalmış əmlakların yəni, 3,3851 ha torpaq sahəsinin və “QAZ 3302” markalı, **-CR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin onun və cavabdehlərin arasında qanuna uyğun şəkildə bölünməsi və həmin miras əmlaklardan onun payına düşən hissəsinə mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı Cavabdeh1 izahatında göstərdi ki, Saatlı rayon Aqrar İslahat Komissiyasının 27 iyul 1999-cu il tarixli, 03 saylı qərarı ilə Saatlı rayonu Əlibayramovka (indiki Dədə Qorqud) kəndi ərazisində kənd təsərrüfatı məhsulları istehsalı üçün X9, anası X7, bacıları Cavabdeh2, Cavabdeh3 və onun ümumi birgə mülkiyyətlərinə 4,3 ha torpaq sahəsi verilmişdir. X6 adına 03 aprel 2019-cu il tarixdən qeydiyyatda olan “QAZ 3302” markalı, **-CR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi isə yararsız vəziyyətdə onun həyətindədir. X1 31 may 2019-cu ildə, X9 29 oktyabr 2020-ci ildə vəfat etmişlər. Valideynlərinin sağlığında, yəni 2016-cı ildə onun və digər ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan 4,3 ha torpaq sahəsinin bir hissəsi satılmış, hazırda həmin torpaq sahəsinin real ölçüsünün 3,3851 ha olması barədə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı ******* nömrəli, qeydiyyat tarixi 02 fevral 2016-cı il olan çıxarış vardır. İddiaçı ilə onun arasında valideynlərdən miras qalmış torpaq sahəsinin bölüşdürülməsi ilə əlaqədar yaranan mübahisə iddiaçının valideynlərinin sağlığında onlara baxmaması, nəqliyyat vasitəsinin isə mərhum atasının adına olsa da, onun özünə məxsus olması ilə bağlıdır. Ona gödə də göstərdiklərinin nəzərə alıb iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlər Cavabdeh2 və Cavabdeh3 heç bir üzrlü səbəb olmadan məhkəmənin iclasında iştirak etmirlər və məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iştirakı olmadan işə baxılmasını qanuna uyğun hesab edir. İşdə olan və məhkəmə iclasında elan edilmiş Saatlı rayon qeydiyyat şöbəsinin nikahın qeydə alınması barədə 17 mart 2021-ci il tarixli, 05/Q-120/69 saylı arayışından görünür ki, X15 və X3 nikahı haqqında 10 iyul 1974-cü il tarixdə 06 saylı akt qeydi tərtib olunmuşdur. İşdə olan və məhkəmə iclasında elan edilmiş Saatlı rayon qeydiyyat şöbəsinin doğum haqqında arayışından görünür ki, İddiaçı xx xxxx 1977-ci ildə Saatlı rayonu Bayramovka (Dədə Qorqud) kəndində doğulmuşdur. X9, anası X4r. İşdə olan və məhkəmə iclasında elan edilmiş torpağa mülkiyyət hüququna dair JN 393, KOD 90803018 nömrəli dövlət aktından görünür ki, Saatlı rayon Aqrar İslahat Komissiyasının 27 iyul 1999-cu il tarixli, 03 saylı qərarı ilə Saatlı rayonu Əlibayramovka (indiki Dədə Qorqud) kəndi ərazisində kənd təsərrüfatı məhsulları istehsalı üçün X12, X2, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ümumi birgə mülkiyyətinə 4,3 ha torpaq sahəsi verilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı ******* nömrəli, 02 fevral 2016-cı il qeydiyyat tarixi çıxarışdan görünür ki, Saatlı rayonu Dədə Qorqud kəndi ərazisində kənd təsərrüfatı məhsulları istehsalı üçün X12, X2, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ümumi birgə mülkiyyətində 3,3851 ha torpaq sahəsi vardır. İşdə olan və məhkəmə iclasında elan edilmiş ölüm haqqında şəhadətnamələrin surətindən görünür ki, X8 31 may 2019-cu ildə, X15 29 oktyabr 2020-ci ildə ölmüşlər. İşdə olan və məhkəmə iclasında elan edilmiş Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsinin 26 iyun 2021-ci il tarixli, ********* saylı və Saatlı rayon polis şöbəsinin 13 yanvar 2025-ci il tarixli, 3-13-102/2-837/2025 saylı məktublarından görünür ki, açıq boz rəngli, ban nömrəsi silinmiş nömrəsiz, Şassi nömrəsi 40630A53007454, Mühərrik nömrəsi 330200W1722232 olan “QAZ 3302” yük markalı 1998-ci il buraxlışlı, AD439227 nömrəli qeydiyyat şəhadətnaməli **-CR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X12 adına 03 aprel 2019-cu il tarixdən qeydiyyatdadır. İşdə olan və məhkəmə iclasında elan edilmiş Saatlı rayon İcra Hakimiyyəti başçısının Dədə Qorqud kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 26 noyabr 2024-cü il tarixli, 329 və 330 saylı arayışlarından görünür ki, İddiaçı, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 mərhumlar X15 ilə X5 vərəsələridir. İşdə olan və məhkəmə iclasında elan edilmiş Saatlı rayon Notariat Ofisinin 25 noyabr 2024-cü il tarixli, 409 saylı məktubundan görünür ki, mirasın vərəsələr arasında bölüşdürülməsində mübahisə olmasını nəzərə alaraq notariat hərəkətlərinin aparılmasından imtina edilmişdir. Məhkəmə tərəfləri dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia ərizəsi aşağıda göstərilən qaydada təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin məcəllənin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin məcəllənin 1159.1.3-cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Məhkəmə baxışı zamanı müəyyən olunmuşdur ki, Saatlı rayon Aqrar İslahat Komissiyasının 27 iyul 1999-cu il tarixli 03 saylı qərarı ilə X15, X7, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ümumi birgə mülkiyyətinə verilmiş 4,3 ha torpaq sahəsi verilsə də, hazırda həmin torpaq sahəsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı ******* nömrəli, 02 fevral 2016-cı il qeydiyyat tarixli çıxarışla 3,3851 ha təşkil edir. Eyni zamanda X12 adına 03 aprel 2019-cu il tarixdən qeydiyyatda olan “QAZ 3302” markalı, **-CR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi vardır. Ümumi birgə mülkiyyətçilərdən tərəflərin valideynləri X8 31 may 2019-cu ildə, X15 29 oktyabr 2020-ci ildə ölmüşlər. İddiaçı və cavabdehlər mərhumların birinci növbəli vərəsələridirlər. İddiaçı ilə cavabdehlər arasında valideynlərindən miras qalmış torpaq sahəsinin və nəqliyyat vasitəsinin aralarında bərabər şəkildə bölünməsi ilə bağlı mübahisə yaranmışdır. İddiaçı ilk olaraq miras qalmış əmlakların vərəsələr arasında paylarının müəyyən edilməsi üçün notariat ofisinə müraciət etsə də, qanun üzrə vərəsələr arasında ixtilaflar olduğundan notarius notariat hərəkətlərinin aparılmasından imtina etmişdir. Bu səbəbdən iddiaçı məhkəməyə müraciət edərək qanun üzrə vərəsəlik hüququ əsasında valideynlərindən miras qalmış əmlakların onun və cavabdehlərin arasında qanuna uyğun şəkildə bölünməsini və həmin miras əmlaklardan onun payına düşən hissəsinə mülkiyyət hüququnun tanınmasını tələb edir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı ******* nömrəli, 02 fevral 2016-cı il qeydiyyat tarixli çıxarışla X12, X2, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ümumi birgə mülkiyyətində olan 3,3851 ha torpaq sahəsinin və 03 aprel 2019-cu il tarixdən X12 adına qeydiyyatda olan “QAZ 3302” markalı, **-CR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mərhumlar X12, X2 payına düşən, onlardan miras qalmış hissəsinin onun və cavabdehlərin arasında qanuna uyğun şəkildə bölünməsini və hər iki miras əmlakdan onun payına düşən hissəsinə mülkiyyət hüququnun tanınmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməklə, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı ******* nömrəli, 02 fevral 2016-cı il qeydiyyat tarixli çıxarışla X12, X2, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ümumi birgə mülkiyyətində olan 3,3851 ha torpaq sahəsinin mərhumlar X12, X2 hər birinin payına düşən hissəsi 0,67702 ha (3,3851 hektar : 5 nəfər ümumi birgə mülkiyyətçi), mərhumlar X12 və X2 ümumilikdə payına düşən 1,35404 ha (0,67702 ha + 0,67702 ha) torpaq sahəsinin dörddə bir hissəsi (0,33851 ha) İddiaçı, dörddə bir hissəsi (0,33851 ha) Cavabdeh1, dörddə bir hissəsi (0,33851 ha) Cavabdeh2, dörddə bir hissəsi (0,33851 ha) Cavabdeh3 payı olması müəyyən edilməli və həmin hissələrə onların mülkiyyət hüquqları tanınmalıdır. Bundan başqa, X12 adına qeydiyyatda olan açıq boz rəngli, ban nömrəsi silinmiş nömrəsiz, Şassi nömrəsi 40630A53007454, Mühərrik nömrəsi 330200W1722232 olan “QAZ 3302” yük markalı 1998-ci il buraxlışlı, AD439227 nömrəli qeydiyyat şəhadətnaməli **-CR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin dörddə bir hissəsi İddiaçı, dörddə bir hissəsi cavabdehlər Cavabdeh1, dörddə bir hissəsi Cavabdeh2, dörddə bir hissəsi Cavabdeh3 payı olması müəyyən edilməli və həmin hissələrə onların mülkiyyət hüquqları tanınmalıdır. İşdə olan 24 noyabr 2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırmaq üçün İddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 100 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia təmin edilsin. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı ******* nömrəli, 02 fevral 2016-cı il qeydiyyat tarixli çıxarışla X12, X2, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ümumi birgə mülkiyyətində olan 3,3851 ha torpaq sahəsinin mərhumlar X12, X2 ümumilikdə payına düşən 1,35404 ha (0,67702 ha + 0,67702 ha) hissəsinin dörddə biri (0,33851 ha) İddiaçı, dörddə biri (0,33851 ha) Cavabdeh1, dörddə biri (0,33851 ha) Cavabdeh2, dörddə biri (0,33851 ha) Cavabdeh3 payı olması müəyyən edilsin və həmin hissələrə onların mülkiyyət hüquqları tanınsın. X12 adına qeydiyyatda olan açıq boz rəngli, ban nömrəsi silinmiş nömrəsiz, Şassi nömrəsi 40630A53007454, Mühərrik nömrəsi 330200W1722232 olan “QAZ 3302” yük markalı 1998-ci il buraxlışlı, AD439227 nömrəli qeydiyyat şəhadətnaməli **-CR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin dörddə bir hissəsi İddiaçı, dörddə bir hissəsi Cavabdeh1, dörddə bir hissəsi Cavabdeh2, dörddə bir hissəsi Cavabdeh3 payı olması müəyyən edilsin və həmin hissələrə iddiaçının və cavabdehlərin mülkiyyət hüquqları tanınsın. Qətnamə müvafiq dövlət orqanında qeydin aparılması üçün əsasdır. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(055)-73/2025
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-73/2025
04.06.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver