Məhkəmə qərarları › İş №2(055)-733/2023

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-733/2023

29.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Atalığın müəyyən edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-733/2023 29.08.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibii X7, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı atalığın müəyyən olunması və aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı cavabdehlə faktiki nikahlarından anadan olmuş 05 avqust 2015-ci il təvəllüdlü X5 və 05 avqust 2015-ci il təvəllüdlü X4 adlı iki nəfər uşağının atasının Cavabdeh olmasının məhkəmə qaydasında müəyyən olunması, həmin uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən hər ay hər bir uşaq üçün 220 manat, cəmi 440 manat sabit pul məbləğində alimentin, ödəmiş olduğu 50 manat mediasiya xərcinin, 50 manat dövlət rüsumunun və 50 manat vəkil xidmət haqqının alınaraq onun xeyrinə verilməsi tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Məhkəmə baxışı zamanı İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh ilə el adəti ilə evlənib ailə həyatı qurmuşdur və ailə həyatı qurarkən cavabdehin təqsiri üzündən nikahlarını rəsmiləşdirməmişlər. Cavabdeh ilə birgə yaşadıqları dövrdə 05 avqust 2015-ci il təvəllüdlü X5 və 05 avqust 2015-ci il təvəllüdlü X4 adlı iki nəfər uşağı anadan olmuşdur. Cavabdeh ilə rəsmi nikahı olmadığından və cavabdeh onunla qeydiyyat şöbəsinə gedərək ərizə vermədiyindən uşaqlarına atalıq faktı müəyyən edilmədən öz soyadı ilə doğum haqqında şəhadətnamələr almışdır. Bundan başqa, Cavabdeh uşaqların saxlanması üçün ona heç bir yardım göstərmir və o da çətinlik çəkir. Ona görə də göstərdiklərini nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh heç bir üzürlü səbəb olmadan məhkəmənin iclasında iştirak etmir və məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş maraqlı tərəf Saatlı rayon Qeydiyyat Şöbəsinin nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmənin iclasında iştirak etmir və məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsaslanaraq maraqlı tərəf Saatlı rayon Qeydiyyat Şöbəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, İddiaçı onun qızıdır. İddiaçı ilə Cavabdeh el adəti ilə evlənib ailə həyatı qurmuşlar. İddiaçı ilə cavabdehin birgə yaşadıqları dövrdə 05 avqust 2015-ci il təvəllüdlü X5 və 05 avqust 2015-ci il təvəllüdlü X4 adlı iki nəfər uşağı anadan olmuşdur. İddiaçı ilə cavabdehin ailəsi dağılmış, onların birgə nikahlarında doğulmuş iki nəfər uşaq isə isə İddiaçı yanında yaşayır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X8 və X9 digər şahid X1 ifadəsi ilə eyniməzmunlu ifadə verdilər. İşdə olan və məhkəmə iclasında elan edilmiş doğum haqqında şəhadətnamələrdən görünür ki, X5 05 avqust 2015-ci il tarixdə, X4 təvəllüdlü 05 avqust 2015-ci il tarixdə anadan olmuş və həmin uşaqların atası X2, anası İddiaçıdır. Məhkəmə iddiaçını və şahidləri dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.1-ci maddəsinə əsasən uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh 05 avqust 2015-ci il təvəllüdlü X5 və 05 avqust 2015-ci il təvəllüdlü X4 adlı iki nəfər uşağın atası olması barədə ərizə vermədiyindən İddiaçı atalıq faktının müəyyən edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Belə ki, məhkəmə iclasında iddiaçının izahatı və şahidlərin dəqiq, aydın və inandırıcı ifadələri ilə müəyyən edildi ki, 05 avqust 2015-ci il təvəllüdlü X5 və 05 avqust 2015-ci il təvəllüdlü X4 adlı iki nəfər uşağın atası Cavabdehdur. Azərbaycan Respublikası Konstitutsiyasının 34-cü maddəsinin 4-cü bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikasının da qoşulduğu 02 sentyabr 1990-cı ildə qüvvəyə minmiş “Uşaq Hüquqları Haqqında Konvensiya”nın 18-ci maddəsinin İ bəndinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin birgə və eyni dərəcədə məsuliyyət daşıdığına dair prinsipin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı maraqları-onlara əsas qayğı obyektidir. 05 avqust 2015-ci il təvəllüdlü X5 və 05 avqust 2015-ci il təvəllüdlü X4 adlı iki nəfər uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün aliment təyin edilərkən məhkəmə alimentin məbləğini tərəflərin maddi və ailə vəziyyətini, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutaraq müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin olunaraq İddiaçı ilə Cavabdeh faktiki birgə nikahlarından doğulmuş 05 avqust 2015-ci il təvəllüdlü X5 və 05 avqust 2015-ci il təvəllüdlü X4 adlı iki nəfər uşağın atasının Cavabdeh olması faktı müəyyən olunmalı və həmin uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay hər bir uşaq üçün 150 manat, cəmi 300 manat sabit pul məbləğində aliment alınıb İddiaçı xeyrinə ödənilməli, iddianın qalan hissəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikası Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 26 mart 2016-cı il tarixli Qərarının 8.12-ci bəndinə görə alimentin tutulması tələbi atalığın müəyyən edilməsi haqqında tələblə birlikdə verildikdə atalığın müəyyən olunması tələbi təmin edilərsə, aliment atalığın müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə müraciət olunduğu vaxtdan tutulmalıdır. Bu zaman Ailə Məcəlləsinin 100.3-cü maddəsində nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət olunandan əvvəlki dövr üçün aliment müəyyən edilə bilməz. Çünki, atalığın müəyyən edilməsi haqqında tələb təmin olunanadək cavabdeh qanunla müəyyən olunmuş qaydada uşağın atası sayılmırdı. Belə olan halda məhkəmə hesab edir ki, alimentin tutulması 16 iyun 2023-cü il tarixdən başlanmaqla dərhal icra olunmalıdır. İş materiallarına əlavə edilmiş qəbzlərdən görünür ki, İddiaçı tərəfindən 50 manat mediasiya xərci, 50 manat dövlət rüsumu və 50 manat vəkil xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, ödənilmiş 50 manat mediasiya xərci, 50 manat dövlət rüsumu və 50 manat vəkil xidmət haqqı cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh faktiki birgə nikahlarından doğulmuş 05 avqust 2015-ci il təvəllüdlü X5 və 05 avqust 2015-ci il təvəllüdlü X4 adlı iki nəfər uşağın atasının Cavabdeh olması faktı müəyyən edilsin. Cavabdeh 05 avqust 2015-ci il təvəllüdlü Ülvü və 05 avqust 2015-ci il təvəllüdlü Camil adlı iki nəfər uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün 16 iyun 2023-cü il tarixdən başlanaraq hər ay hər bir uşaq üçün 150 manat, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment alınıb İddiaçı xeyrinə ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Cavabdeh 50 manat mediasiya xərci, 50 manat dövlət rüsumu və 50 manat vəkil xidmət haqqı, cəmi 150 (bir yüz əlli) manat alınaraq İddiaçı xeyrinə ödənilsin. Qətnamənin aliment hissəsi dərhal icra olunsun. Qətnamədən bir ay müddətində Saatlı rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. çıxarış İş № 2(055)-733/2023 AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏTNAMƏ SAATLİ RAYON MƏHKƏMƏSİ 29 avqust 2023-cü il Saatlı şəhəri Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibii X7, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı atalığın müəyyən olunması və aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq.... Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh faktiki birgə nikahlarından doğulmuş 05 avqust 2015-ci il təvəllüdlü X5 və 05 avqust 2015-ci il təvəllüdlü X4 adlı iki nəfər uşağın atasının Cavabdeh olması faktı müəyyən edilsin. Cavabdeh 05 avqust 2015-ci il təvəllüdlü Ülvü və 05 avqust 2015-ci il təvəllüdlü Camil adlı iki nəfər uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün 16 iyun 2023-cü il tarixdən başlanaraq hər ay hər bir uşaq üçün 150 manat, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment alınıb İddiaçı xeyrinə ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Cavabdeh 50 manat mediasiya xərci, 50 manat dövlət rüsumu və 50 manat vəkil xidmət haqqı, cəmi 150 (bir yüz əlli) manat alınaraq İddiaçı xeyrinə ödənilsin. Qətnamənin aliment hissəsi dərhal icra olunsun. Qətnamədən bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar