Məhkəmə qərarları › İş №2(055)-748/2024

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-748/2024

11.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-748/2024 11.07.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixində "nəqliyyat vasitəsinin ilkin alqı-satqı müqaviləsi" ləğv edilməsi, İddiaçı məxsus olan Kia Rio minik, **-TK-*** dövlət nömrə nişanlı avtomaşın İddiaçı saz və tam şəkildə qaytarılması, ilkin müqavilənin bağlandığı xx.xx.2023-cü il tarixdən avtomobil iddiaçıya təhvil veriləcəyi tarixədək ödənilməmiş aylıq ödənişlərin (hər ay üçün aylıq 690 manat olmaqla əldən çıxmış faydanın) cavabdehdən tutularaq iddiaçı X1 ödənilməsi, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 61.40 manat (altmış bir manat qırx qəpik) dövlət rüsumunun Cavabdeh alınaraq iddiaçıya qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək İddiaçı ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixində “nəqliyyat vasitəsinin ilkin alqı-satqı müqaviləsi" ləğv edilməsi, İddiaçı məxsus olan Kia Rio minik, **-TK-*** dövlət nömrə nişanlı avtomaşın İddiaçı saz və tam şəkildə qaytarılması, ilkin müqavilənin bağlandığı xx.xx.2023-cü il tarixdən avtomobil iddiaçıya təhvil veriləcəyi tarixədək ödənilməmiş aylıq ödənişlərin (hər ay üçün aylıq 690 manat olmaqla əldən çıxmış faydanın), cəmi olaraq 4595 (dörd min beş yüz doxsan beş) manat pulun cavabdehdən tutularaq iddiaçı X1 ödənilməsi, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 61.40 manat (altmış bir manat qırx qəpik) dövlət rüsumunun, eyni zamanda Cavabdeh tərəfindən törədilmiş inzibati xətalara görə hesablanmış və onun tərəfindən ödənilmiş 1956 (bir min doqquz yüz əlli altı) manat pulun Cavabdeh alınaraq iddiaçıya qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxış iclası zamanı İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, onunla Cavabdeh arasında, xx.xx.2023-cü il tarixində “nəqliyyat vasitəsinin ilkin alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin 2.1-ci bəndinə əsasən, avtomobil satış qiyməti 16660 (on altı min altı yüz altımış) manat miqdarında müəyyən edilmişdir. Müqavilənin 2.2ci bəndinə əsasən, tərəflər arasında satış qiyməti müəyyənləşdirilmiş pulun 100 (yüz) manatını müqavilə bağlandığı anından nəğd ödəmiş, yerdə qalan məbləğin 16560 (on altı min beş yüz altımış) manatını isə müqavilənin 2.3-cü bəndində müəyyən edilmiş qaydada ona ödmək öhdəliyini üzərinə götürmüşdür. Lakin müqavilə bağlandıqdan sonra cavabdeh öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. İlk 1-2 ay ona az məbləğdə, yəni 10- 20 manat ödənişlər etmişdir. Ümumilikdə ona 335 manat ödəniş etmişdir. Hazırda avtomobil cavabdehdə olsa da, ödənişləri həyata keçirmir. Odur ki, göstərdiklərinin nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə hazırlıq iclası zamanı Cavabdeh iddianı etiraf edilməsi barədə ərizə təqdim edərək izahatında göstərmişdir ki, iddianı etiraf edir. Ona görə də iddianın təmin edilməsinə heç bir etirazı yoxdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh heç bir üzürlü səbəb olmadan məhkəməyə təkrar gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinin tələbinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə baxışı zamanı cavabdeh iddianı etiraf etdiyindən və bu etiraf məhkəmə tərəfindən təsdiq olunduğundan iddiaçının irəli sürdüyü tələbin təmin olunması barədə qətnamə çıxarılmalıdır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixində “nəqliyyat vasitəsinin ilkin alqısatqı müqaviləsi” ləğv edilməli, İddiaçı məxsus olan Kia Rio minik, **-TK-*** dövlət nömrə nişanlı avtomaşın İddiaçı saz və tam şəkildə qaytarılmalı, ilkin müqavilənin bağlandığı xx.xx.2023-cü il tarixdən avtomobil iddiaçıya təhvil veriləcəyi tarixədək ödənilməmiş aylıq ödənişlər (hər ay üçün aylıq 690 manat olmaqla əldən çıxmış fayda), cəmi olaraq 4595 (dörd min beş yüz doxsan beş) manat pul cavabdehdən tutularaq iddiaçı X1 ödənilməli, Cavabdeh tərəfindən törədilmiş inzibati xətalara görə hesablanmış və iddiaçı tərəfindən ödənilmiş 1956 (bir min doqquz yüz əlli altı) manat pul Cavabdeh alınaraq iddiaçıya qaytarılmalıdır. İş materiallarına əlavə edilmiş mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 61.40 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, ödənilmiş 61.40 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixində “nəqliyyat vasitəsinin ilkin alqı-satqı müqaviləsi” ləğv edilsin. İddiaçı məxsus olan Kia Rio minik, **-TK-*** dövlət nömrə nişanlı avtomaşın İddiaçı saz və tam şəkildə qaytarılsın. İlkin müqavilənin bağlandığı xx.xx.2023-cü il tarixdən avtomobil iddiaçıya təhvil veriləcəyi tarixədək ödənilməmiş aylıq ödənişlər (hər ay üçün aylıq 690 manat olmaqla əldən çıxmış fayda), cəmi olaraq 4595 (dörd min beş yüz doxsan beş) manat pul cavabdehdən tutularaq iddiaçı X1 ödənilsin. Cavabdeh tərəfindən törədilmiş inzibati xətalara görə hesablanmış və iddiaçı tərəfindən ödənilmiş 1956 (bir min doqquz yüz əlli altı) manat pul Cavabdeh alınaraq iddiaçıya qaytarılsın. Ödənilmiş 61 (altmış bir) manat 40 (qırx) qəpik dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilsin Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. İş № 2(055)-748/2024 çıxarış AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏTNAMƏ SAATLİ RAYON MƏHKƏMƏSİ 11 iyul 2024-cü il Saatlı şəhəri Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq.... Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixində “nəqliyyat vasitəsinin ilkin alqı-satqı müqaviləsi” ləğv edilsin. İddiaçı məxsus olan Kia Rio minik, **-TK-*** dövlət nömrə nişanlı avtomaşın İddiaçı saz və tam şəkildə qaytarılsın. İlkin müqavilənin bağlandığı xx.xx.2023-cü il tarixdən avtomobil iddiaçıya təhvil veriləcəyi tarixədək ödənilməmiş aylıq ödənişlər (hər ay üçün aylıq 690 manat olmaqla əldən çıxmış fayda), cəmi olaraq 4595 (dörd min beş yüz doxsan beş) manat pul cavabdehdən tutularaq iddiaçı X1 ödənilsin. Cavabdeh tərəfindən törədilmiş inzibati xətalara görə hesablanmış və iddiaçı tərəfindən ödənilmiş 1956 (bir min doqquz yüz əlli altı) manat pul Cavabdeh alınaraq iddiaçıya qaytarılsın. Ödənilmiş 61 (altmış bir) manat 40 (qırx) qəpik dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilsin Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar