Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-80/2025 14.02.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4, Ərizəçinin nümayəndəsi Nümayəndə, Maraqlı tərəf Saatlı rayon İcra Hakimiyyəti başçısının Qəyyumluq və Himayəçilik orqanının nümayəndəsi X1 iştirakı ilə 22 aprel 2006-cı il tarixdə anadan olmuş X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə dair ərizəyə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 22 aprel 2006-cı il tarixdə anadan olmuş X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı Ərizəçi nümayəndəsi Nümayəndə ərizəni müdafiə edərək izahatında göstərdi ki, X5 doğma övladıdır. Əli Mehdiyev 1-ci dərəcə əlil olmaqla ona “F72.1 Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu.Ağır dərəcəli əqli gerilik (İQ-33), qulluq və müalicə tələb edən ciddi davranış pozuntuları ilə, Anamnezində qıcolma tutmaları” diaqnozu qoyulmuşdur. Hazırda oğlu xəstəliyinə görə öz hərəkətlərinin mənasını anlaya bilmir və başqasının qulluğuna ehtiyacı vardır.Məhkəmə-psixiatrik ekspertizasının rəyi ilə övladı X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi üçün əsasların olması müəyyən edilimişdir. Odur ki, göstərdiklərinin nəzərə alınaraq ərizənin təmin edilməsi haqqında qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı Saatlı rayon İcra Hakimiyyəti başçısının Qəyyumluq və Himayəçilik orqanının nümayəndəsi X3 izahatında göstərdi ki, X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə mülki iş üzrə müvafiq ekspert rəyini nəzərə alaraq ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasına etirazı yoxdur. İşdə olan AA5990366 saylı Azərbaycan Respublikası şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 22 aprel 2006-cı ildə anadan olmuşdur. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi PHŞ ambulator Məhkəmə Psixiatrik Ekspertizasının 16 yanvar 2025-ci il tarixli, 113 saylı rəyindən görünür ki, X5 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X5 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsaslar var. Məhkəmə ərizəçinin və maraqlı tərəfin nümayəndəsinin izahatlarını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinin tələbinə görə ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 318.2-ci maddəsinə görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi pozuntunun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Həmin Məcəllənin 319-cu maddəsinin tələbinə görə hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi pozuntusu haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş qaldırılmış şəxs açıq surətdə ekspertizadan boyun qaçırdıqda, məhkəmə psixiatrın iştirakı ilə məhkəmə iclasında şəxsin məcburi olaraq məhkəmə-psixiatriya ekspertizasına göndərilməsi haqqında qərardad çıxara bilər. Həmin Məcəllənin 320.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır. İş materiallarından da göründüyü kimi 22 aprel 2006-cı il tarixdə anadan olmuş X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə onun anası-Ərizəçi tərəfindən ərizə ilə məhkəməyə müraciət edilmiş, işə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin iştirakı ilə baxılmış, iş üzrə məhkəmə-psixiatriya ekspertizası təyin edilərək müvafiq rəy alınmış və həmin rəydə də X2 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmadığından onun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməli olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 321.2-ci maddəsinə əsasən Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilərək 22 aprel 2006-cı il tarixdə anadan olmuş X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: Ərizə təmin edilsin. 22 aprel 2006-cı il tarixdə anadan olmuş X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Məhkəmənin qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs X5 üzərində qəyyum təyin etmək üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. İş № 2(055)-80/2025 çıxarış AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏTNAMƏ SAATLİ RAYON MƏHKƏMƏSİ 14 fevral 2025-ci il Saatlı şəhəri Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4, Ərizəçinin nümayəndəsi Nümayəndə, Maraqlı tərəf Saatlı rayon İcra Hakimiyyəti başçısının Qəyyumluq və Himayəçilik orqanının nümayəndəsi X1 iştirakı ilə 22 aprel 2006-cı il tarixdə anadan olmuş X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə dair ərizəyə açıq məhkəmə iclasında baxaraq.... Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: Ərizə təmin edilsin. 22 aprel 2006-cı il tarixdə anadan olmuş X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Məhkəmənin qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs X5 üzərində qəyyum təyin etmək üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(055)-80/2025
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-80/2025
14.02.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver