Məhkəmə qərarları › İş №2(056)-1007/2024

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-1007/2024

25.11.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-1007/2024 25.11.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Mətin Azər oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» barədə ərizəsi üzrə mülki işə Sabirabad şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2002-ci ildə anadan olmuş qızı X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə belə əsaslandırılmışdır ki, xəstə olan onun qızıdır. X4 xx.xx.2002-ci ildə anadan olmuşdur. X7 xəstədir o, birinci dərəcəli ömürlük əlildir. Qızı X.Soltanova qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, ağır dərəcəli kəmağıllılıq, dəqiqləşdirilməmiş ensefalopatiya, Ensefaloptaiya tez-tez təkrarlanan qıcolma tutmaları ilə (ayda 10-12 dəfə), spastik paraplegiya, aşağı ətrafların spastik paraparezi (əzələ qüvvəsi 2-3 baldır) xəstəliyindən əziyyət çəkir. Hazırda onun himayəsindədir. Çoxsaylı müalicə olunmasına baxmayaraq, müalicənin heç bir nəticəsi olmamışdır. Bu həkim arayışları ilə təsdiq olunur. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edib, ərizəyə uyğun məzmunda izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Maraqlı şəxs Qəyyumluq və Himayəçilik Komissiyası nümayəndəsinin məhkəmədə iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsaslanaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğu üçün təmin edilməlidir. İş materiallarında olan AZ-İ No 261700 seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2002-ci ildə Sabirabad rayonunun Əsədli kəndində anadan olmuşdur. Atası Ərizəçi, anası X3r. İş materiallarında olan AZ-İ No 119480 seriyalı ölum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2004-cü ildə ürək infarktı səbəbindən Sabirabad rayonunun Əsədli kəndində ölmüşdür. İş materiallarına əlavə edilmiş əlillik haqqında və sosial arayışdan görünür ki, X2 qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, ağır dərəcəli kəmağıllılıq, dəqiqləşdirilməmiş ensefalopatiya, Ensefaloptaiya tez-tez təkrarlanan qıcolma tutmaları ilə (ayda 10-12 dəfə), spastik paraplegiya, aşağı ətrafların spastik paraparezi (əzələ qüvvəsi 2-3 baldır) xəstəliyi vardır. Əldə edilmiş Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli 2781 saylı rəyində qeyd edilir ki, X2 ağır dərəcəli əqli gerilik, davranış pozuntuları ilə müəyyən edilir. X4 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Buna görə də X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən olunmuşdur ki, X4 uşaq ağır dərəcəli əqli gerilik, davranış pozuntuları ilə xəstəliyinə görə öz hərəkətlərinin mənasını başa düşmür və öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik deyildir. Azərbaycan Respublikasının MPM-nin 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 28.1-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. Həmin Məcəllənin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Məhkəmə hesab edir ki, iş üzrə toplanmış sübutlar X1 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik olmadığı barədə nəticəyə gəlməyə əsas verir. Ona görə də ərizə əsaslı olmaqla təmin edilməli, X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 321.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.2002-ci ildə Sabirabad rayonunun Əsədli kəndində anadan olmuş X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar