Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-1021/2025 05.05.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Mətin Azər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “aktlar əsasında hesablanmış borcun silinməsi” tələbinə dair mülki işə Sabirabad Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “aktlar əsasında hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli, 209391 saylı, xx.xx.2022-ci il tarixli, 248470 saylı və xx.xx.2024-cü il tarixli, 369942 saylı aktlar əsasında hesablanmış 1236,93 manat cərimənin silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırmışdır ki, o, Sabirabad rayonunun Sarxanbəyli kəndində yaşayır. "xxxx" ASC-nin Sabirabad rayon əməkdaşları ona məxsus olan sayğaca fərqli vaxtlarda baxış keçirərkən məlum olmuşdur ki, kənar xəttdən istifadə edir. Lakin o, sayğacda heç nə görməmiş, heç bir müdaxilə etməmişdir. Ona sonradan məlum olmuşdur ki, barəsində aktlar tərtib olunmuş və 1236,93 manat cərimə olunmuşdur. O, əsassız olaraq cərimələnmişdir. Ona görə də onun hüquqları açıq-aşkar pozulmuşdur. O, qeyd edilən məsələnin araşdırılması üçün cavabdeh təşkilata müraciət etsə də, oradan ona məhkəməyə müraciət etməsini bildirmişlər. Onun ümumiyyətlə sayğacdan anlayışı yoxdur. O, hər ay istifadə etdiyi enerji pulunu vaxtında ödəyir. Aktların tərtib edilməsinə nə o, nə də ailə üzvlərinə rəsmi və ya şifahi dəvət olunmamışlar. Aktlardan da görünür ki, heç bir ailə üzvünün imzası yoxdur. Həmin evdə yaşayan şəxslərdən də görünür ki, aktda əsassız qeyd olunmuş məbləğin sərfiyyatı ağlabatan deyildir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək və əlavə olaraq bildirdi ki, 2021-ci ildə tərtib edilmiş akt üzrə hesablanmış məbləğ onun ünvanına sayğac quraşdırılarkən sayğacın üzərində borc şəklində gəlmiş, həmin məbləğin ona aidiyyatı olmamışdır. Sayğacın qoyulmamasına görə onun elektrik enerjisi istifadə etməsinə dair məsuliyyət daşımış olması əsassızdır. Çünki sayğacı quraşdırmaq cavabdeh təşkilatın vəzifəsidir. 2022-ci ildə tərtib edilmiş kənar xəttdən istifadə etməsinə dair akta gəldikdə, ağacların arasında xətt gəldiyi üçün həmin kabel küləyin təsirindən zədələnmiş, bu hal onun kabeli kəsməsi kimi qiymətləndirilmişdir. 2024-cü ildə tərtib edilmiş aktdan isə onun heç xəbəri olmamışdır. Hazırda o, iddianın təmin olunmasını məhkəmədən xahiş edir. Cavabdeh "xxxx" ASC məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndənin iştirakını təmin etməmiş, səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən işə cavabdehin nümyəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, təqdim olunmuş sənədləri tədqiq edərək, toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, "xxxx" ASC-nin aktlar üzrə komissiyanın üzvləri tərəfindən xx.xx.2021-ci il tarixdə baxış keçirilərkən istehlakçının elektrik enerjisindən qeydiyyatsız və sayğacsız istifadə etməsi faktı aşkarlanmış və 209391 saylı akt tərtib olunmuş, xx.xx.2022-ci il tarixdə baxış keçirilərkən abonentin elektrik sayğacının giriş kabelini kəsərək kənar xəttdən istifadə etməsi faktı aşkar olunmuş və 248470 saylı akt tərtib olunmuş, xx.xx.2024-cü il tarixində isə baxış keçirilərkən abonentin sayğacın giriş xəttini zədələyərək birbaşa kənar xəttdən istifadə etməsi faktı aşkarlanmış və 369942 saylı akt tərtib edilmişdir. İş materiallarında olan abunə haqqında arayışdan görünür ki, Sabirabad rayonunun Sarxanbəyli kəndində yerləşən **********00405 saylı abonent hesabına X1 qaydalarının pozulmasına görə xx.xx.2021-ci il tarixli, 209391 saylı, xx.xx.2022-ci il tarixli, 248470 saylı və xx.xx.2024-cü il tarixli, 369942 saylı aktlar üzrə elektrik enerjisi itkisinə görə cəmi 1236,93 manat borc hesablanmışdır. “X1 Qaydaları”nın 8.2-ci bəndinə əsasən, elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq hesablaşma dövrü 1 ay qəbul olunur. Həmin Qaydaların 8.16-cı bəndinə əsasən istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerji təchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerji təchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. İstinad olunan Qaydaların tələblərinə əsaslanaraq və toplanmış sübutlara məcmu halında qiymət verərək məhkəmə hesab edir ki, elektrik enerjisinin gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalı və iddiaçı barəsində itirilmiş elektrik enerjisinin bərpasına dair tərtib edilmiş X1 Qaydalarının pozulması barədə xx.xx.2021-ci il tarixli, 209391 saylı, xx.xx.2022-ci il tarixli, 248470 saylı və xx.xx.2024-cü il tarixli, 369942 saylı aktlara əsasən enerji itkisinə görə cəmi borc 123 manat məbləğində müəyyən edilməlidir. Ona görə də, iddia qismən təmin edilərək "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli, 209391 saylı, xx.xx.2022-ci il tarixli, 248470 saylı və xx.xx.2024-cü il tarixli, 369942 saylı aktlar əsasında elektrik enerjisi itkisinə görə Sabirabad rayonunun Sarxanbəyli kənd sakini İddiaçı yaşadığı evin abonent hesabına hesablanmış 1236,93 manat borc məbləğindən 1113,93 manat abunə hesabından silinməli və həmin məbləğ 1 aylıq dövrə uyğun olaraq 123 manat müəyyən edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. "xxxx" ASC-nin görə xx.xx.2021-ci il tarixli, 209391 saylı, xx.xx.2022-ci il tarixli, 248470 saylı və xx.xx.2024-cü il tarixli, 369942 saylı aktları əsasında elektrik enerjisi itkisinə görə hesablanmış 1236,93 manat borc məbləğindən 1113,93 manat Sabirabad rayonunun Sarxanbəyli kəndində yerləşən evə aid **********00405 saylı abunə hesabından silinsin və həmin məbləğ 1 aylıq dövrə uyğun olaraq 123 manat müəyyən edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə elektron kabinetlə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(056)-1021/2025
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-1021/2025
05.05.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver