Məhkəmə qərarları › İş №2(056)-103/2024

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-103/2024

05.02.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-103/2024 05.02.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Mətin Azər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “aktın ləğv edilərək onun əsasında hesablanmış borcun silinməsi” tələbinə dair mülki işə Sabirabad Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli, 248324 saylı və xx.xx.2022-cil il tarixli, 282488 saylı aktının etibarsız sayılaraq onun əsasında hesablanmış borcun silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixdə cavabdeh təşkilatın əməkdaşları tərəfindən 248324 saylı və xx.xx.2022-cil il tarixdə 282488 saylı atlar tərtib edilmişdir. Bu iki akt əri Arif Sultanovun adına tərtib edilmişdir. Lakin ərinin rəsmi adı X1. Rəsmi nikah xx.xx.1981-ci ildə qeydə alınmışdır. Əri Böyükbəy xx.xx.2013-cü ildə qaraciyər sirrozundan vəfat etmişdir. Aktlar tərtib edilən zaman əri həyatda olmamışdır. Həmin mənzildə o, tək yaşayır. xx.xx.2022-ci il tarixli akta əsasən 427.76 manat, xx.xx.2022-ci il tarixli aktda görə isə 309.19 manat pul ödənilməlidir. Aktların hər ikisinin tərtib edilmə səbəbi eynidir. Sayğacı kart qəbul etmir. xx.xx.2022-ci ildə akt tərtib edilirdisə sayğacı dəyişdirilməli idi. Lakin sayğac xx.xx.2023-cü ildə dəyişdirilmişdir. Onun mənzili balacadır və ayda 80-100-120 manat dəyərində işıq istehlak etməsi mümkünsüzdür. Bundan əlavə, hər ay işıq pulunu da ödəmişdir. Akt vəfat etmiş şəxs barəsində tərtib edildiyi üçün etibarsızdır. Sayğaca onun tərəfindən müdaxilə olunmayıb. Odur ki, iddianın təmin olunmasını məhkəmən xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək bildirdi ki, sayğacında yaranmış problemlə bağlı o, vaxtında işıq idarəsinə bildirmiş, İdarədən göndərilmiş əməkdaş sayğacdakı problem arada qaldırılanadək işığının kəsilməməsi üçün nəsə tədbir görmüşdür. Bunda onun təqsiri olmamışdır. Bu barədə o, İdarəyə də bildirmişdir. Təkbaşına yaşayan qadın olaraq aktlar üzrə yazılmış pulu ödəmək imkanı yoxdur. Pensiyası ilə çətinliklə dolanır. Göstərdiklərinə əsasən o, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh "xxxx" ASC məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndənin iştirakını təmin etməmiş, səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən işə cavabdehin nümyəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, təqdim olunmuş sənədləri tədqiq edərək, toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, İş materiallarından görünür ki, "xxxx" ASC-nin aktlar üzrə komissiyanın üzvləri tərəfindən iddiaçının yaşadığı mənzildə aparılan yoxlama zamanı xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli aktlara əsasən E.E.İ.Q-na uyğun yoxlama apararkən məlum olmuşdur ki, abonentin sayğacı kart qəul etmir və o, müvəqqəti enerji ilə təmin edilmişdir. İş materiallarında olan abunə haqqında arayışdan görünür ki, Sabirabad şəhəri, H.Əliyev prospekti, 118 saylı evin 47 saylı mənzilində X2 qaydalarının pozulmasına görə, iki akt üzrə elektrik enerjisi itkisinə görə 427.76 manat və 309.19 manat olmaqla, cəmi 736,85 manat borc hesablanmışdır. İş materiallarından görünür ki, İddiaçı Böyükbəy Əliağa oğlu Sultanov ilə xx.xx.1981-ci ildə ailə həyatı qurmuş, Böyükbəy Sultanov xx.xx.2013-cü ildə qaraciyər sirrozundan vəfat etmişdir. Lakin aktlar Soltanov Arif adına tərtib edilmişdir. İş materiallarından görünür ki, Sultanova X3 şəhəri, H.Əliyev prospekti, 118 saylı evin 47 saylı mənzilində yaşayır. “X2 Qaydaları”nın Bundan başqa Qaydaların 8.16-cı bəndinə əsasən istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerji təchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerji təchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. İstinad olunan Qaydaların 8.16-cı bəndinə əsaslanaraq və toplanmış sübutlara məcmu halında qiymət verərək məhkəmə hesab edir ki, elektrik enerjisinin gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalı və iddiaçı barəsində itirilmiş elektrik enerjisinin bərpasına dair tərtib edilmiş X2 Qaydalarının pozulması barədə xx.xx.2022-ci il və xx.xx.2022ci il tarixli aktlara əsasən enerji itkisinə görə borc cəmi 50 manat məbləğində müəyyən edilməlidir. Ona görə də, iddia ərizəsi qismən təmin edilərək "xxxx" ASC-nin xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli aktları əsasında X2 qaydalarının pozulmasına görə enerji itkisinə görə Sabirabad şəhəri, H.Əliyev prospekti, 118 saylı evin 47 saylı mənzilin sakini İddiaçı yaşadığı evin abonent hesabına hesablanmış iki akt üzrə cəmi 736,85 manat borc məbləğindən 686,85 manat abunə hesabından silinməli və həmin məbləğ 1 aylıq dövrə uyğun olaraq 50 manat müəyyən edilməlidir. Aktların etibasrızlığına gəlikdə isə qeyd edilməlidir ki, iddiaçının aktların etibarsızlığı barədə gətirdiyi dəlillər əsassızdır. Belə ki, aktlar iddiaçının ərinin adına deyil, onun yaşadığı abunə hesabı adına olan şəxsin barəsində tərtib edilsə də, aktlar aşkar edilmiş qüsurlarla bağlı olmuşdur. Ona görə də iddia tələbi bu hissədə əsassız hesab edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli, 248324 saylı və xx.xx.2022-cil il tarixli, 282488 saylı aktları əsasında X2 qaydalarının pozulmasına görə enerji itkisinə görə Sabirabad şəhəri, H.Əliyev prospekti, 118 saylı evin 47 saylı mənzilinə hesablanmış iki akt üzrə cəmi 736,85 manat borc məbləğindən 686,85 manat həmin mənzilə aid **********00249 saylı abunə hesabından silinsin və həmin məbləğ 1 aylıq dövrə uyğun olaraq 50 manat müəyyən edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar