Məhkəmə qərarları › İş №2(056)-1046/2025

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-1046/2025

19.06.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-1046/2025 19.06.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ X6 İbrahim oğlunun sədrliyi, Əliyev Ələkbər Əlisahib oğlunun katibliyi, İddiaçı X1 iştirakı ilə, İddiaçı X2 cavabdeh "xxxx" ASC-yə qarşı “akt əsasında hesablanmış borcun silinməsi” tələbinə dair mülki işə Sabirabad Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X4 cavabdeh "xxxx" ASC-yə qarşı “akt əsasında hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli, 299460 saylı akt əsasında hesablanmış 378,70 manat borcun silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırmışdır ki, o, Sabirabad rayonunun Güdəcühür kəndində qeydiyyatda olmaqla həmin ünvanda ailəsi ilə birgə yaşayır. İşıq sayğacının rəhmətə getmiş ərinin adına qeydiyyatda olduğunu bildirən iddiaçı "xxxx" ASC-nin Sabirabad şəbəkəsinin Şirvan RTS idarəsinin əməkdaşları sayğaca baxış keçirərkən kənar xəttdən istifadə etməsi müəyyən edilmişdir. O, sayğacda heç nə görməmiş, heç bir müdaxilə etməmişdir. Sonradan məlum olmuşdur ki, vəfat etmiş ərinin adına akt tərtib olunmuş və cəmi 378,70 manat cərimə olunmuşdur. O, əsassız olaraq cərimələnmişdir. Ona görə də hüquqları açıq-aşkar pozulmuşdur. O, qeyd edilən məsələnin araşdırılması üçün cavabdeh təşkilata müraciət etsə də, oradan ona məhkəməyə müraciət etməyini bildirdilər. O, hər ay istifadə etdiyi enerji pulunu vaxtlı-vaxtında ödəyir. Aktın tərtib olunmasına nə o, nə də ailə üzvləri dəvət olunmamışdır. Aktdan da görünür ki, heç bir ailə üzvünün imzası yoxdur. Həmin evdə yaşayan şəxslərdən də görünür ki, akt əsasında qeyd olunmuş məbləğin sərfiyyatı ağlabatan deyildir. Məhkəmə iclasında iştirak edən iddiaçı X4 iddianı müdafiə edərək izahatında göstərdi ki, kənar xətt istifadə etməsi ilə əlaqədar yazılan cərimə əsassızdır, belə ki, onlar heç vaxt kənar xətddən istifadə etməmişlər, onun sayğacdan başı çıxmır və yoldaşı da vəfat edib. Ona görə də o, məhkəməyə müraciət etmişdir. Hazırda o, məhkəmədən ona köməklik göstərilməsini, iddiasının təmin olunmasını xahiş edir. Cavabdeh "xxxx" ASC məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilmiş, cavabdehin numayəndəsi Elşad Quliyev məhkəməyə ərizə ilə müraciət edərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən işə cavabdehin numayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını nəzərdən keçirib, təqdim olunmuş sənədləri tədqiq edərək, toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, "xxxx" ASC-nin aktlar üzrə komissiyanın üzvləri tərəfindən iddiaçının yaşadığı evdə aparılan yoxlama zamanı xx.xx.2022-ci il tarixli akta əsasən hesabat sayğacına baxış keçirilmiş, baxış zamanı məlum olmuşdur ki, sayğac dövriyyədən kənarlaşdırılıb. İş materiallarında olan abunə haqqında arayışdan görünür ki, Sabirabad rayonunun Güdəcühür kəndində yerləşən **********01011 saylı abonent hesabına X3 qaydalarının pozulmasına görə xx.xx.2022-ci il tarixli, 299460 saylı akt üzrə ümumi 378,70 manat borc hesablanmışdır. “X3 Qaydaları”nın Bundan başqa Qaydaların 8.16-cı bəndinə əsasən istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerji təchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerji təchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. İstinad olunan Qaydaların 8.16-cı bəndinə əsaslanaraq və toplanmış sübutlara məcmu halında qiymət verərək məhkəmə hesab edir ki, elektrik enerjisinin gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalı və iddiaçı barəsində tərtib edilmiş X3 Qaydalarının pozulması barədə xx.xx.2022-ci il tarixli, 299460 saylı akta əsasən borc yazılmış borcun 10%-i həcmində, yəni 37,87 manat məbləğində müəyyən edilməlidir. Ona görə də, iddia ərizəsi qismən təmin edilərək "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli, 299460 saylı aktı əsasında Sabirabad rayonunun Güdəcühür kənd sakini X1 yaşadığı evin abonent hesabına hesablanmış 378,70 manat borc məbləğindən 340,83 manat abunə hesabından silinməli və həmin məbləğ 1 aylıq dövrə uyğun olaraq yazılmış borcun 10%-i həcmində, yəni 37,87 manat müəyyən edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli, 299460 saylı aktı əsasında hesablanmış 378,70 manat borc məbləğindən 340,83 manat Sabirabad rayonunun Güdəcühür kəndində yerləşən evə aid **********01011 saylı abunə hesabından silinsin və həmin məbləğ 1 aylıq dövrə uyğun olaraq yazılmış borcun 10%-i həcmində, yəni 37,87 manat müəyyən edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə elektron kabinetlə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Azər İsmayılov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar