Məhkəmə qərarları › İş №2(056)-1067/2025

Sabirabad Rayon Məhkəməsi Qərardad — İş №2(056)-1067/2025

13.03.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № 2(056)-1067/2025 13.03.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Mən, Sabirabad rayon Məhkəməsinin hаkimi Allahverdiyev Səlim Məhərrəm оğlu, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “sudan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli, 110210 saylı aktın ləğv edilərək həmin akt üzrə hesablanmış məbləğin silinməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “sudan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli, 110210 saylı aktın ləğv edilərək həmin akt üzrə hesablanmış məbləğin silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, tələb dəqiq göstərilmədiyindən iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsində xx.xx.2023-cü il tarixli, 110210 saylı akt əsasında yazılmış 1217,30 manat borcun silinməsi tələb edilsə də, bu barədə iddia ərizəsinə hər hansı sənəd əlavə etməmiş, əksinə, əlavə etdiyi borc məbləği barədə xx.xx.2023-cü ilə aid 2 ədəd su borcu barədə qəbz əlavə etmişdir ki, qəbzlərin birində borc məbləği 1223,30 manat, digərində isə 176,30 manat göstərilmişdir. Azərbaycan Respublikasının MPM-nin 149.4-cü maddəsinə əsasən, ərizədə mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar, həmçinin iddiaçının vəsatətləri də göstərilir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən və MPM-nin 149-152, 264-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “sudan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli, 110210 saylı aktın ləğv edilərək həmin akt üzrə hesablanmış məbləğin silinməsi” tələbinə dair iddia ərizəsi əlavə olunmuş bütün sənədlərlə birlikdə iddiaçılara geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar