Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-1102/2024 24.06.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Mətin Azər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “aktın etibarsız hesab edilərək onun əsasında hesablanmış borcun silinməsi” tələbinə dair mülki işə Sabirabad Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “aktın etibarsız hesab edilərək onun əsasında hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli, 324355 nömrəli və xx.xx.2024-cü il tarixli, 324356 nömrəli aktlarının etibarsız hesab edilərək aktların hər birinə əsasən ayrı-ayrılıqda hesablanmış 1246,44 manat cərimənin silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırmışdır ki, o, Sabirabad rayonunun Cavad kəndində yaşayır. Elektrik sayğacı mərhum anası X1 adına qeyd edilmişdir. "xxxx" ASC-nin Sabirabad rayon əməkdaşları anasının adına olmaqla ona məxsus sayğaclara baxış keçirərkən müəyyən etmişlər ki, sayğacdan kənar xəttlə evi qidalandırılır. Lakin o, sayğaclara hər hansı müdaxilə etməmişdir. Sonradan ona məlum olmuşdur ki, mərhum anasının barəsində aktlar tərtib olunmuş və hər bir akta görə ayrı-ayrılıqda 1246,44 manat cərimə tətbiq olunmuşdur. Aktların tərtibindən onun xəbəri olmamış, aktlar imza üçün ona təqdim edilməmişdir. Buna görə də o, məhkəməyə müraciət etmişdir. Odur ki, iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək bildirdi ki, anası X4 xx.xx.2022-ci ildə vəfat etmiş, həmin zamandan anasına məxsus mirası faktiki qəbul etməklə təsərrüfatı o, idarə etmişdir. Özü də yaşlı olmaqla dolanacağını çətinliklə qarşılayır. Əvvəla, işıq xəttinə hər hansı müdaxilə etməmişdir, etmişdirsə də nəzarətçi hər ay yoxlama həyata keçirmək vəzifəsi daşıdığı üçün ən azı 1 aylıq dövr üzrə ona cərimə yazılmalı idi. Bir aylıq dövrə görə də hər iki sayğaca görə ünvan üzrə 1246,44 manat dəyərində X3 etməsi absurd haldır. Göstərdiklərinə əsasən o, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh "xxxx" ASC məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndənin iştirakını təmin etməmiş, səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən işə cavabdehin nümyəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, təqdim olunmuş sənədləri tədqiq edərək, toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, X4 xx.xx.2022-ci ildə dəqiqləşdirilməmiş ürək çatmamazlığında ölmüşdür və İddiaçı anası mərhum X1 təsərrüfatında vərəsəsi olaraq yaşayır. İş materiallarından görünür ki, "xxxx" ASC-nin aktlar üzrə komissiyanın üzvləri tərəfindən iddiaçının mərhum anasının adına olan abonent kodları üzrə fərdi yaşayış evlərində aparılan yoxlama zamanı məlum olmuşdur ki, sayğacdan kənar xəttlə evlər işıqla qidalandırılır. İş materiallarında olan abunə haqqında arayışdan görünür ki, Sabirabad rayonunun Cavad kəndində X1 adına olan abonent hesablarına X3 qaydalarının pozulmasına dair aktlar üzrə elektrik enerjisi itkisinə görə hər iki ünvana ayrı-ayrılıqda 1246,44 manat borc hesablanmışdır. İş materiallarından görünür ki, Qasımov X2 rayonunun Cavad kəndində yaşayır. “X3 Qaydaları”nın Bundan başqa Qaydaların 8.16-cı bəndinə əsasən istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerji təchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerji təchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. İstinad olunan Qaydaların 8.16-cı bəndinə əsaslanaraq və toplanmış sübutlara məcmu halında qiymət verərək məhkəmə hesab edir ki, elektrik enerjisinin gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalı və iddiaçı barəsində itirilmiş elektrik enerjisinin bərpasına dair tərtib edilmiş X3 Qaydalarının pozulması barədə xx.xx.2024-cü il tarixli, 324355 nömrəli və xx.xx.2024-cü il tarixli, 324356 nömrəli aktlara əsasən enerji itkisinə görə borc hər iki abonent kodu üzrə ayrı-ayrılıqda 120 manat məbləğində müəyyən edilməlidir. Ona görə də, iddia ərizəsi qismən təmin edilərək "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli, 324355 nömrəli və xx.xx.2024-cü il tarixli, 324356 nömrəli aktları əsasında X3 qaydalarının pozulmasına görə enerji itkisinə görə X1 adına olan **********0388 saylı və **********0304 saylı abonent hesablarına ayrılıqda hesablanmış 1246,44 manat borc məbləğindən ayrılıqda 1046,44 manat abunə hesablarından silinməli və həmin məbləğ 1 aylıq dövrə uyğun olaraq hər bir abonent hesabına ayrılıqda 120 manat müəyyən edilməlidir. Aktın etibarsızlığına gəlikdə isə qeyd edilməlidir ki, iddiaçının akın etibarsızlığı barədə gətirdiyi dəlillər əsassızdır. Belə ki, akt aşkar edilmiş qüsurla bağlı olmuşdur. Ona görə də iddia tələbi bu hissədə əsassız hesab edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli, 324355 nömrəli və xx.xx.2024-cü il tarixli, 324356 nömrəli aktları əsasında X3 qaydalarının pozulmasına görə X1 adına olan **********0388 saylı və **********0304 saylı abonent hesablarına ayrı-ayrılıqda hesablanmış 1246,44 manat borc məbləğindən ayrılıqda 1046,44 manat abunə hesabından silinsin və həmin məbləğ 1 aylıq dövrə uyğun olaraq hər bir abonent hesabına ayrılıqda 120 manat müəyyən edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(056)-1102/2024
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-1102/2024
24.06.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver