Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № 2(056)-1190/2023 19.07.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ X1 Allahverdiyevin sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Mətin Azər oğlunun katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı “aktın ləğv edilməsi və akt əsasında hesablanmış borcun silinməsi” tələbinə dair mülki işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı “aktın ləğv edilməsi və akt əsasında hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-nin tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli 011214 saylı aktın ləğv edilməsi və akt əsasında hesablanmış borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki işin məhkəmə hazırlıq iclası xx.xx.2023-cü il tarixə təxirə alınmışdır. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 məhkəməyə ərizə ilə müraciət edərək mülki işi aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işdəki sənədləri nəzərdən keçirib hesab edir ki, mülki iş məhkəmə aidiyyəti pozulmaqla icraata götürülmüşdür. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, həqiqətən mülki işin baxılması Şirvan Kommersiya Məhkəməsinə aiddir. Məhkəmə işi iddiaçının yaşayış evinə aid olan qaz xətti ilə əlaqədar mübahisələndirmə aparması əsasına görə icraata qəbul etmiş, lakin məhkəmə araşdırması zamanı cavabdehin vəsatəti əsasında müəyyən edilmişdir ki, qaz xəttinə qanunsuz qoşulma ilə bağlı hal Ticarət Xidmət Sahəsi olan mağaza ilə olmuşdur. Azərbaycan Respublikası MPM-nin 26.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 26.2-ci maddəsinə əsasən, kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 31.1-ci maddəsinə görə aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə görə ş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə həmin Məcəllənin 44.2-ci maddəsinə görə öz icraatına qəbul etdiyi işi başqa məhkəməyə baxılmağa verir . Həmin Məcəllənin 45.2-ci maddəsinə görə, mübahisənin məhkəməyə aid olmaması və ya işin başqa məhkəməyə verilməsi məsələləri barədə hakim bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) gündən 10 gün ərzində şikayət verilə bilər. Həmin Məcəllənin 45.3-cü maddəsinə görə işin bir məhkəmədən başqa məhkəməyə verilməsi həmin qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra icra edilir. Həmin Məcəllənin 45.4-cü maddəsinə görə bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 236, 44-45 və 263- 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı qarşı “aktın ləğv edilməsi və akt əsasında hesablanmış borcun silinməsi” tələbinə dair mülki iş aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan onun surəti rəsmi verildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Sabirabad rayon məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(056)-1190/2023
Sabirabad Rayon Məhkəməsi Qərardad — İş №2(056)-1190/2023
19.07.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver