Məhkəmə qərarları › İş №2(056)-1194/2023

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-1194/2023

07.07.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-1194/2023 07.07.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Mətin Azər oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «Elektrik enerjisinə hesablanmış borcun silinməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Sabirabad Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İDDİA TƏLƏBİNİN MAHİYYƏTİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «Elektrik enerjisinə hesablanmış borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh "xxxx" ASC-nin tərəfindən barəsində tərtib olunmuş aktların etibarsız hesab edilməsi və aktlar əsasında hesablanmış borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. TƏRƏFİN İZAHATİ: İddiaçı məhkəməyə vermiş olduğu izahatında iddia ərizəsində göstərilənləri təkrar edərək göstərdi ki, ünvan 1 ünvanda çoban evinə qeyd edilmiş sayğac onun adına qeydə alınmışdır. Azərişıq ASC-nin Sabirabad rayon əməkdaşları ona məxsus olan sayğaca baxış keçirərkən sayğaca onun tərəfindən guya müdaxilə olunmasını əsas gətirilərək bu barədə ona əsassız olaraq cərimələr yazılmışdır. Nə o, nə də digər şəxslər sayğaca heç bir müdaxilə etməmişlər. Sonradan ona məlum olmuşdur ki, barəsində əsassız olaraq artıq debitor borcu hesablanmışdır. O, hesablanmış borcun əsasını təşkil edən protokol və qərarı tələb etdikdə məlum olmuşdur ki, həmin cərimə borcları ilə bağlı hər hansı protokol və qərar mövcud deyildir. Sadəcə həmin məbləğlər cərimə şəkildə onun adına olan abunə hesabına daxil edilmişdir. Odur ki, qeyd olunan cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar edilmiş cavabdeh "xxxx" ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və işə onun iştirakı olmadan baxmağı xahiş etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə istinad edərək, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sənədləri hərtərəfli, tam və obyektiv araşdıraraq, iş üzrə müəyyən edilmiş hallara onlara tətbiq edilməli olan hüquq normaları baxımından qiymətləndirərək belə bir nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş abunə haqqında çıxarışdan görünür ki, İddiaçı Bulaqlı kəndində olan çoban evinə xx.xx.2015-ci ildən xx.xx.2021-ci ilə aid dövr üzrə aktlar üzrə cəmi 1911.26 manat məbləğində cərimə borcu hesablanmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.2-ci maddəsinə əsasən dövlət orqalarının, icra və.s orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. «X1 Qaydaları»nın 8.16-cı bəndinə görə istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerji təchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. Həmin Qaydaların 8.33-cü bəndinə görə məişət abonenti tərəfindən X1də pozuntuya yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun (yəni məişət abonentinin) və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəjhizatı müəssisəssinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Göründüyü kimi təchizatçı və istehlakçı arasında elektrik enerjisinin alqı-satqı münasibətlərini tənzimləyən qanunvericilikdə istehlakçı tərəfindən X1də pozuntuya yol verildiyi aşkar edildikdə, aktın məişət abonentinin və iki nəfər hal şahidinin iştirakı ilə tərtib edilməli olduğu barədə birbaşa göstəriş verilmiş və bu tələbin icrası enerjitəchizatı müəssisəsinin nümayəndəsinin üzərinə qoyulmuşdur. İşdən göründüyü kimi, hazırki tələblə bağlı cavabdeh təşkilatın səlahiyyətli nümayəndəsi məhkəməyə gəlməməklə yanaşı, cavabdeh təşkilat tərəfindən tələbin əsassız hesab edilməsinin əsasını təşkil edə biləcək hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməklə İddiaçı adına olan kod:**********00207 saylı abunə hesablndan 1911,26 manat borc silinməlidir. NƏTİCƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı adına olan kod:**********00207 saylı abunə hesabı üzrə xx.xx.2015-ci ildən xx.xx.2021-ci ilə aid dövr üzrə aktlar tərtib edilmiş aktlar etibarsız hesab edilsin. xx.xx.2015-ci ildən xx.xx.2021-ci ilə aid dövr üzrə aktlar əsasında İddiaçı adına olan kod:**********00207 saylı abunə hesabına hesablanmış 1911,26 manat borc adıçəkilən abunə hesabından silinsin. Qətnamədən, onun surəti tərəfə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar