Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № 2(056)-12/2023 31.01.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ X1 Bağırovun sədrliyi, Rəşad Akif oğlu Rüstəmovun katibliyi, İddiaçının iştirakı ilə, İddiaçı - cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kompensasiya ödənilməklə ümumi mülkiyyətdəki payın alınması” barədə iddiası üzrə mülki işə Sabirabad şəhərində xx.xx.2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı - cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kompensasiya ödənilməklə ümumi mülkiyyətdəki payın alınması” tələbi barədə iddia ərizəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Sabirabad rayonu, Qaralar kəndində yerləşən xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən ümumi paylı mülkiyyət hüququ ilə 28/30 hissə İddiaçı, 1/30 hissə Cavabdeh1, 1/30 hissə Cavabdeh2 məxsus olan fərdi yaşayış evi mülkiyyətçinin payı cüzi olduğuna görə, həmin əmlakın qiymətləndirilməsi və bazar qiymətinə uyğun Cavabdeh1 və Cavabdeh2 hər birinə 1/30 hissədə paylarına kompensasiya ödənilməklə ümumi əmlakdakı pay hüququna xitam verilməsi barədə qətnamə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak etmiş iddiaçı məhkəməyə ərizə ilə müraciət edərək iddia ərizəsinin baxılmamış saxlanılması və geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır. Ona görə də məhkəmə hesab edir ki, ərizə baxılmamış saxlanmalıdır. MPM-nin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəlləsinin 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı - cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kompensasiya ödənilməklə ümumi mülkiyyətdəki payın alınması” barədə iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:Nurəddin Bağırov
Məhkəmə qərarları › İş №2(056)-12/2023
Sabirabad Rayon Məhkəməsi Qərardad — İş №2(056)-12/2023
31.01.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver