Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-122/2023 25.01.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi Quliyev Mətin Azər oğlunun katibliyi, İddiaçı, cavabdeh "xxxx" İstehsalat Birliyinin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «Aktın etibarsız hesab edilməsi və cərimə borcun silinməsi» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «Aktın etibarsız hesab edilməsi və cərimə borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X7 İstismar İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, ******* saylı aktın ləğv edilməsi və ona yazılmış 1081 manat cərimə borcunun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixdə Salyan RQİİ-nin əməkdaşları ona məxsus olan Sabirabad rayonu, Dadaşbəyli kəndində yerləşən fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirərkən sayğacdan kənar xətt olmasını bildirərək bu barədə müvafiq akt tərtib etmişlər. Qaz sayğacı ona məxsus olan fərdi yaşayış evinin həyətyanı sahəsindən kənarda quraşdırılmış və heç bir mühafizə örtüyü ilə mühafizə olunmamışdır. Sayğac nə onun, nə də ailə üzvlərindən birinin təqsiri ucbatından sıradan çıxmamışdır. Ümumiyyətlə, onların tərəfindən sayğaca heç bir müdaxilə edilməmişdir. Ona məxsus fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına onun və ailə üzvləri tərəfindən heç vaxt heç bir müdaxilə edilməmiş və sayğacın plombunun kimin tərəfindən əzilməsi barədə heç bir məlumatı yoxdur. Qaz sayğacı ona məxsus həyətyanı sahədən kənarda quraşdırılmışdır. Tərəfindən istehlak edilmiş qazın dəyəri həmişə vaxtlı-vaxtında ödənilmişdir. Tərtib edilmiş xx.xx.2021-ci il tarixli ******* saylı Akt əsasında ona 1081 manat cərimə borcu yazılmışdır. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı cavabdeh "xxxx" İstehsalat Birliyinin etibarnamə üzrə nümayəndəsi X3 iddianı qəbul etməyərək izahatında göstərdi ki, xx.xx.2021-ci il tarixində Sabirabad xidmət sahəsinin nümayəndələri tərəfindən QİS bazasında İddiaçı adına qeydiyyatda olan mənzilin qaz təsərrüfatına baxış keçirilən zaman istifadədə olan “Naten” markalı G-4 tipli 40036128 nömrəli qaz sayğacdan kənar olması müəyyən olunmuş, bu barədə “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* nömrəli akt tərtib edilərək növbədənkənar Dövlət yoxlamasına göndərilməsi üçün istismardan çıxarılmış, əvəzinə müvəqqəti olaraq Naten tipli markalı yeni qaz sayğacı quraşdırılmışdır. İstismardan çıxarılmış qaz sayğacına İnformasita Texnologiyaları və Rabitə İdarəsinin Sənaye və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyasında baxış keçirilmiş, sayğacın yivli birləşmələrinin korroziyaya uğradığı, elektron hissənin keçən qazın sərfini qeyd etmədiyi, göstəricilər arasında fərq olduğu barədə rəy verilmişdir. Bu səbəbdən də xx.xx.2021-ci il tarixdə mənzilinizdə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli akt tərtib edilmiş və itirilmiş qazın bərpası üçün 365 günə 11557 m3 (1081 manat məbləğində) hesabat aparılmışdır. İtirilmiş qazın bərpası üçün hesablanmış məbləğ iddiaçı tərəfindən ödənilməlidir. Ona görə də göstərdiklərini nəzərə alaraq iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İşdə olan və məhkəmə iclasında elan edilmiş «Qazdan istifadə qaydalarının pozulması haqqında» xx.xx.2021-ci il tarixli, ******* saylı aktdan görünür ki, istehlakçılar tərəfindən qazdan istifadə qaydalarına əməl olunmasına nəzarətin həyata keçirilməsi məqsədilə aparılmış yoxlama nəticəsində istehlakçı İddiaçı yaşadığı Sabirabad rayonu, Dadaşbəyli kəndində yerləşən fərdi yaşayış evinə quraşdırılmış “Naten” markalı G-4 tipli 40036128 zavod nömrəli qaz sayğacının (abonent kodu: **********01510) sayğacdan kənar xətt olması qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş xx.xx.2019-cu il tarixli abonentin saldosundan görünür ki, abonent İddiaçı 2021-ci ilin yanvar-dekabr aylarında ümumilikdə təbii qazdan 365 günə 11557 m3 istifadə etmiş, xx.xx.2021-ci il tarixli, ******* saylı akta əsasən 1081 manat borc hesablanmışdır. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nda dəyişiklik edilməsi barədə Nazirlər Kabinetinin 29 aprel 2016-cı il tarixli 180 nömrəli qərarının 2.12-ci bəndində əsasən istehlakçılar qaz qurğularının “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanuna müvafiq olaraq istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»ın 4.9-cu bəndinə əsasən zədələnmiş qaz sayğacının (hesablaşma mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu blombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlamasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. Həmin Qaydaların 5.4-cü bəndinə əsasən qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda, qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Məhkəmədə tədqiq olunmuş sübutlara əsasən müəyyən olundu ki, xx.xx.2021-ci il tarixdə Sabirabad rayonu, Dadaşbəyli kəndində yaşayan İddiaçı fərdi yaşayış evinə quraşdırılmış “Naten” markalı G-4 tipli 40036128 zavod nömrəli qaz sayğacına "xxxx" İstesalat Birliyi əməkdaşları tərəfindən baxış keçirilən zaman sayğacdan kənar xətt olması aşkar olunmuşdur. Aşkar edilmiş faktla bağlı xx.xx.2021-ci ildə ******* saylı akt tərtib edilmişdir. Həmin akt itirilmiş qazın dəyərinin hesablanması məqsədi ilə "xxxx" X2 RQİİ-nə göndərilmiş, Salyan RQİİ-nin istehlakçılara satılan qaza nəzarət şöbəsində itirilmiş qazın bərpası üzrə 365 günə İddiaçı 11557 m3 vurulmuş ziyan hesablanmış və həmin ziyana görə Sabirabad XS-nin abonent bazasında iddiaçının adına olan abonentin saldosuna 1081 manat borc yazılmışdır. İddiaçı sonradan xx.xx.2021-ci ildə ******* saylı aktı mübahisələndirərək həmin aktın əsaslı olmadığını tələb etsə də, o tələbinin əsası kimi istinad etdiyi halı (tərtib edilmiş aktın Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə qaydaları»na riayət olunmamaqla tərtib edilməsini) məhkəmədə sübut edə bilməmişdir. Digər tərəfdən də, məhkəmə tərəflər arasındakı hazırkı münasibətlər üzrə sübutları qiymətləndirən zamanı əsaslı şübhələr yaratmayan sübut standartını qəbul edərək hesab edir ki, sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gəlməlidir. Belə ki, hər bir tərəf məhkəmədə öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli və məhkəmə də yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə yalnız əsaslı şübhə yaratmayan sübutları qəbul edir ki, onun əsaslılığı hər hansı bir hal ilə təkzib edilməsin. O da nəzərə alınmalıdır ki, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Belə ki, məhkəmə iclasında cavabdeh "xxxx" İstesalat Birliyinin nümayəndəsi xx.xx.2021-ci ildə ******* saylı aktın əsaslı olmasını sübut edə bilsə də, itirilmiş qazın bərpası üzrə vurulmuş ziyanın 11557 m3 olmasını məhkəmədə sübut edə bilməmişdir. «Normativ-hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun; 1.0.6-cı maddəsinə əsasən normativ hüquqi aktın rəsmiləşdirilməsi – normativ hüquqi aktın səlahiyyətli şəxs tərəfindən imzalanması və Azərbaycan Respublikasının X5 Reyestrinə daxil edilməsidir. 85.1-ci maddəsinə əsasən qanunlar, fərmanlar və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları həmin aktlarda qüvvəyə minmənin daha gec müddəti nəzərdə tutulmadıqda onların rəsmi dərc edildiyi gündən qüvvəyə minir. 85.2-ci maddəsinə əsasən bu Konstitusiya Qanununun 85.1-ci maddəsində göstərilən aktlar istisna olmaqla, digər normativ hüquqi aktlar, həmin aktlarda qüvvəyə minmənin daha gec müddəti nəzərdə tutulmadıqda X5 Reyestrinin elektron variantında dərc edildiyi gündən qüvvəyə minir. «İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması» X4 Dövlət Reyestrinin elektron variantında dərc edilmədiyi üçün həmin qaydaların müddəaları iddiaçı üçün məcburi xarakter daşımır. İşin fakitiki hallarından görünür ki, iddiaçının evində yerləşən PQ-4 (1/1) məişət əşyalarının istifadəsi üçün sərf edilməli olan təbii qazla bağlı qeyd edilənlər də, subyektiv fikirlərdir. Belə ki, həmin əşyaların hamısının qış vaxtı və s. vaxtlarda mütəmadi olaraq işləməsi, yaxud hərdən bir işlədilməsi, həmin əşyaların hansı intensivlikdə istifadə olunması, iddiaçının 2021-ci ilin yanvardekabr aylarında təbii qazdan istifadəyə görə 365 günə hesablanmış 11557 m3 sərfiyyatı nəzərə almadan yenidən mübahisələndirilən akta əlavə etməklə ümumilikdə itirilmiş qazın bərpası üzrə 11557 m3 hesablanmasının əsaslı olması barədə cavabdeh tərəfindən təqdim olunan sübut məhkəmədə öz təsdiqini tapmamışdır. Beləliklə məhkəmə işin hallarını həm də bütün əsaslı mənafeləri nəzərə alaraq hesab edir ki, "xxxx" İstesalat Birliyinin xx.xx.2021-ci il tarixli, ******* saylı aktı əsasında İddiaçı evində işlətdiyi qaz işlədicilərinə görə qanunsuz istifadə edilmiş təbii qazın dəyəri kimi 365 gün müddətinədək hesablanmış 1081 manat cərimə itirilmiş qazın dəyərinə görə 365 gün üçün 10 qəpikdən hesablanmaqla 360 manat hesablanmalıdır. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə Qaydaların 5.2-ci bəndinə əsasən hesabat sayğac göstəricisinin sonuncu dəfə çıxarıldığı gündən pozuntunun aşkar edildiyi günədək olan müddət üçün, lakin ən çoxu 3 aylıq müddət ərzində istifadə edilmiş təbii qaza görə aparılması zəruridir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Göründüyü kimi, məhkəmə müdafiəsindən istifadə etmək hüququnu həyata keçirən hər bir şəxs qanunla müəyyən edilmiş qaydadan istifadə etməlidir. Qanunla müəyyən edilmiş qayda isə mülki-prosessual qanunvericilikdə müəyyən edilib. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.4-cü maddəsinə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, İddiaçı cavabdeh "xxxx" İstehsalat Birliyinə qarşı təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2021-ci il tarixli, ******* saylı akt əsasında İddiaçı evində işlətdiyi qaz işlədicilərinə görə qanunsuz istifadə edilmiş təbii qazın dəyəri kimi hesablanmış qaz sayğacının abonentin hesabına quraşdırılması şərti ilə cərimə 365 gün üçün 10 qəpikdən hesablanmaqla 360 manat hesablanmalı, iddia qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci, 227-ci, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. İddiaçı cavabdeh "xxxx" İstehsalat Birliyinə qarşı təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2021-ci il tarixli, ******* saylı akt əsasında İddiaçı evində işlətdiyi qaz işlədicilərinə görə qanunsuz istifadə edilmiş təbii qazın dəyəri kimi hesablanmış qaz sayğacının abonentin hesabına quraşdırılması şərti ilə cərimə 365 gün üçün 10 qəpikdən hesablanmaqla müəyyən edilmiş 1081 manat cərimə azaldılaraq 360 manat müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, onun surəti tərəfə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(056)-122/2023
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-122/2023
25.01.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver