Məhkəmə qərarları › İş №2(056)-1229/2025

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-1229/2025

24.09.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-1229/2025 24.09.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, X9 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» barədə ərizəsi üzrə mülki işə Sabirabad şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» barədə ərizə ilə məhkəməyə müraciət edərək, X6 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə belə əsaslandırılmışdır ki, psixi qüsurlarına görə haqqında ərizə verilən şəxs, xx.xx.1991-ci ildə Sabirabad rayonu, Balahəşimxanlı kəndində anadan olmuş X10 onun bacısıdır. Psixi qüsurlarına görə haqqında ərizə verilən şəxs X1. X13 ruhi xəstədir. O, uşaqlıqdan «Orta dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən ciddi davranış pozuntuları» diaqnozu ilə xəstədir. Kənar şəxslərin qulluğuna ehtiyacı vardır. Müddətsiz ikinci dərəcəli əlillik almışdır. Bu hal xəstənin ambulator kitabçadan (xəstəlik tarixindən) Çıxarışla da təsdiq edilir. X13 psixi qüsurlarına görə, hərəkətinin mənasını ölçüb biçmək iqtidarında olmadığından bütün məsələləri özü həll etməyə məcbur olur. Bu səbəbdən qanunvericiliyin tələbinə əsasən xəstəyə rəsmi olaraq himayəçi təyin olunmalıdır. Sabirabad rayon İcra Hakimiyyəti nəzdində olan Qəyyumluq və Himayə orqanı məhkəmə qətnaməsinin olmasını vacib sayır. Onlar hesab edirlər ki, məhkəmə qətnaməsi ilə şəxs fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Ərizənin təmin edilməsi X13yə himayəçi təyin olunması üçün zəruridir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edib, ərizəyə uyğun məzmunda izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs Sabirabad rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası nümayəndəsinin məhkəmədə iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsaslanaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğu üçün təmin edilməlidir. İş materiallarında olan Sabirabad rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-16-5/4-643/2025 saylı arayışdan görünür ki, X10 xx.xx.1991-ci ildə Sabirabad rayonu, Bala-Həşimxanlı kəndində anadan olmuşdur. Bu barədə Sabirabad rayon Moranlı KİN-də xx.xx.1991-ci il tarixdə 41 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. X2 və anası X3r. XV-JQ 921139 nömrəli doğum haqqında şəhadətnamə verilmişdir. İş materiallarında oaln doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1986cı ildə anadan olmuşdur. X2 və anası X3r. İş materiallarına əlavə edilmiş əlillik haqqında və sosial arayışdan görünür ki, X4 diaqnoz üzrə oliqofreniya kəskin ifadə olunmuş debilllik dərəcəsində iradi pozğunluqla. (DSMF məlumatlarına əsasən) müddətsiz ikinci dərəcəli əlliliyi vardır və əmək qabiliyyətsizdir. Mülki işə əlavə edilmiş Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2025-ci il tarixli 1860 saylı rəyində qeyd edilmişdir ki, X7 Orta dərəcəli əqli gerilik, davranış pozuntuları ilə müəyyən edilir. X10 öz hərəkətlərinin mənasını anlaya və öz hərəkətlərini idarə etmək iqtidarında deyildir. Buna görə də X10 tam fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir. X10 onda müəyyən edilən Orta dərəcəli əqli gerilik, davranış pozuntuları ilə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən olunmuşdur ki, X8 orta dərəcəli əqli gerilik, davranış pozuntularına görə öz hərəkətlərinin mənasını başa düşmür və öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik deyildir. Azərbaycan Respublikasının MPM-nin 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 28.1-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. Həmin Məcəllənin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Məhkəmə hesab edir ki, iş üzrə toplanmış sübutlar X5 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik olmadığı barədə nəticəyə gəlməyə əsas verir. Ona görə də ərizə əsaslı olmaqla təmin edilməli, X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 321.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1991-ci il tarixdə Sabirabad rayonunun Balahəşimxanlı kəndində anadan olmuş X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar