Məhkəmə qərarları › İş №2(056)-13/2023

Sabirabad Rayon Məhkəməsi Qərardad — İş №2(056)-13/2023

13.04.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № 2(056)-13/2023 13.04.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ X2 Bağırovun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Rəşad Akif oğlu Rüstəmovun katibliyi ilə, iddiaçı Ərizəçi (Sabirabad RİHB yanında Qəyyumluq və Himayəçilik Komissiyası maraqlı şəxs kimi qeyd edilən) «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» barədə ərizəsi üzrə mülki işə Sabirabad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Ərizəçi (Sabirabad RİHB yanında Qəyyumluq və Himayəçilik Komissiyası maraqlı şəxs kimi qeyd edilən) «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» barədə xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, qardaşı X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi və ona qəyyum təyin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Ərizəçi məhkəməyə ərizə göndərərək iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizəçi ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etdiyindən, ərizə və ona əlavə edilmiş sənədlər, geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nın 170.1-ci maddəsinə əsasən, işin məhkəmə baxışına hazırlanması zamanı iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Ona görə də məhkəmə hesab edir ki, ərizə baxılmamış saxlanmalı, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin, 170.1, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Ərizəçi (Sabirabad RİHB yanında Qəyyumluq və Himayəçilik Komissiyası maraqlı şəxs kimi qeyd edilən) «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» barədə ərizəsi baxılmamış saxlansın. İddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardaddan, onun surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nurəddin Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar