Məhkəmə qərarları › İş №2(056)-14/2023

Sabirabad Rayon Məhkəməsi Qərardad — İş №2(056)-14/2023

23.02.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № 2(056)-14/2023 23.02.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ X2 Bağırovun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Rəşad Akif oğlu Rüstəmovun katibliyi ilə, Ərizəçi (Sabirabad rayon İHB-nın Qəyyumluq və Himayəçilik Komissiyası maraqlı şəxs kimi qeyd edilən) «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» barədə ərizəsi üzrə mülki işə Sabirabad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» barədə xüsusi icraat qaydasında ərizəsi ilə məhkəməyə müraciət edərək, oğlu X1 fəaliyyə qabiliyyəti olmayan şəxs hesab edilməsini xahiş etmişdir. Ərizəçinin vəkili və etibarnamə üzrə nümayəndəsi X3 məhkəməyə ərizə göndərərək iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır. Məhkəmə hesab edir ki ərizə təmin edilməli, iddia ərizəsi baxılmamış saxlanmalı və ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya icraata xitam verilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin, 170.1, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Ərizəçi (Sabirabad rayon İHB-nın Qəyyumluq və Himayəçilik Komissiyası maraqlı şəxs kimi qeyd edilən) «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» barədə ərizəsi baxılmamış saxlansın. İddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardaddan, onun surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nurəddin Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar