Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-1460/2023 16.10.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hаkim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Mətin azər oğlunun iclas kаtibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə, cavabdehlər Cavabdeh3 və Cavabdeh1 nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1na qarşı və Cavabdeh3 qarşı “barışıq sazişinin etibarsız hesab edilməsi” tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1na və Cavabdeh3 qarşı “barışıq sazişinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun adından mediasiya prosesində səlahiyyətsiz nümayəndə tərəfindən bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh3 ilə 2009-cu ilin avqust ayında faktiki, xx.xx.2013-cü il tarixdə rəsmi nikah münasibətlərinə daxil olmaqla ailə qurmuşdur. Birgə nikahlarından xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X7 adlı uşaqları doğulmuşdur. Onun tərəfindən xx.xx.2023-cü il tarixdə əmisi X8 5 il müddətinə mülki etibarnamə verilmişdir ki, zəruri olan zamanlarda onu təmsil etsin, lakin o, əmisinə mediasiya prosesində iştirak etmək və ya barışıq sazişi bağlamaq səlahiyyəti verməmişdir. Cavabdeh3 bundan sonra Sabirabad rayon Məhkəməsinə nikaha xitam verilməsi iddiası vermiş və həmin iddia ərizəsində uşaqların onun himayəsində qalmasına onun (iddiaçının) razı olduğunu bildirmişdir. Qeyd olunan ərizə baxılmamış saxlanılmışdır. xx.xx.2023-cü il tarixdə nikaha xitam verilməsi, uşaqların himayədə qalması və aliment tələbləri üzrə mediasiya prosesində iştirak zamanı nümayəndəsi olan əmisi X9 onun razılığı olmadan iradəsi əleyhinə olaraq uşaqların atası Cavabdeh3 himayəsinə verilməsinə razılaşdığı barışıq sazişini bağlamışdır ki, o, buna razı ola bilməz və ana olaraq da uşaqların onun yanında qalmalarını istəyir. Odur ki, məhkəmədən cavabdeh təşkilat tərəfindən bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi X1 iddia tələbini etiraf edərək etibarnamədə “təşkilat” sözünü gördükdən sonra bu qənaətə gəldiklərini bildirmiş və iddianın təmin olunmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasında maraqlı şəxs Cavabdeh3 iddia tələbinə etiraz edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə izahatları dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb tədqiq edərək və iddia tələbinə müfəssəl hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: MŞS/MT-023/2023-00228 saylı xx.xx.2023-cü il tarixli Barışıq Sazişindən görünür ki, Cavabdeh3 nikahın pozulması və uşaqların yaşayış yerinin müəyyən edilməsi barədə mediasiya təşkilatına müraciət etmiş, tərəflər Cavabdeh3 və İddiaçı etibarnamə üzrə nümayəndəsi X6, həmçinin X1nun (reyestr nömrəsi 00134) iştirakı ilə aralarında olan mübahisə ilə bağlı razılığa gəlmişlər. İmişli regional “ASAN xidmət” Mərkəzində notariat ofisinin xüsusi notariusu X14 tərəfindən təsdiq edilmiş reyestr nömrəsi 7E-1810 olan xx.xx.2023-cü il tarixli etibarnamədən görünür ki, İddiaçı harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq onun bütün əmlakını idarə etməyi və ya onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, ocümlədən almaq, satmaq, bağışlamaq, hədiyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka (girov) qoymaq və ipotekaı (girovu) qəbul etmək haqqında əqdləri bağlamağı, bağlanan əqdlər üzrə haqq-hesab aparmağı, mirası qəbul etməyi və yaxud ondan imtina etməyi, bütün şəxslərdən müəssisələrdən, idarələrdən, təşkilatlardan, notariat ofislərindən, Dost Mərkəzlərindən, o cümlədən bank orqanlarından, poçtdan və teleqrafdan bütün əsaslar üzrə ona çatası əmlakı, pulu, əmanəti, qiymətli kağızları, eləcə də sənədləri almağı, bütün bank əməliyyatları aparmağı, hesab açmağı, bağlamağı, bank orqanlarında olan hesablar üzərində sərəncam verməyi, bütün kartları, mhəmçinin pul kartı, pensiya kartı almağı, təhvil verməyi, pensiya işi ilə əlaqədar səndələşdirmə işləri aparmağı, pul almağı, qoymağı, poçt, teleqraf, qiymətli və digər hər cür məktubları və baratları almağı, DYPİ-də, AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin ərazi idarələrində, onun nümayəndəsi olmağı, sənədləşmə işləri aparmağı, sənədləri almağı, texniki paport, Çıxarışı və Forma 1 arayışını almağı, notariusa müraciət etməyi, notariat qaydasında rəsmiləşdirilən sənədləri imzalamağı, bütün dövlət idarələrində, kooperativ və ictimai təşkilatlarda onun adından ərizə verməyi işləri aparmağı, əmlakı və ya pulu almağı, Ərizə yazmağı, imza etməyi, bu tapşırığın yerinə yetirilməsilə əlaqədar digər hərəkətləri etməyi X8 5 il müddətinə etibar etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh3 hazırki iş üzrə İddiaçı qarşı nikahın pozulması və uşaqların yaşayış yerinin müəyyən edilməsi barədə Cavabdeh1na müraciət etmiş, İddiaçı etibarnamə üzrə nümayəndəsi əmisi X9 müəyyən edilmiş vaxtda Cavabdeh1na gəlmiş və mediator Musa Ramazanovun iştirakı ilə tərəflər arasında nikahın pozulması və uşaqların atanın himayəsində qalmaları barədə barışıq sazişi imzalanmışdır. X2 verilmiş etibarnamədə İddiaçı əmisi X8 məhkəmə orqanlarında və Mediasiya Təşkilatlarında iştirak etməyi və onun adından imza etmək səlahiyyəti müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 69.1-1-ci maddəsinə əsasən, fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 19-cu maddəsinin qeyd hissəsinə əsasən, bu Məcəllədə “qohum” dedikdə, babaya və nənəyə qədər əcdadları ümumi olan şəxslər, ər-arvadın yaxın qohumları, babanın, nənənin, valideynin, övladlığa götürənin, doğma və ögey qardaş və bacının, uşağın, övladlığa götürülənin və ya nəvənin əri (arvadı) və ya onların yaxın qohumları nəzərdə tutulur. Yaxın qohumlara babalar, nənələr, valideynlər, övladlığa götürənlər, doğma və ögey qardaşlar və bacılar, ər-arvad, uşaqlar, övladlığa götürülənlər, nəvələr aiddirlər. Həmin Məcəllənin 74.2-ci maddəsinə əsasən, iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Yuxarıda sadalanan qanunvericilik normalarının tələblərindən göründüyü kimi, İddiaçı tərəfindən etibarnamə verilmiş əmisi X9 mülki prosessual fəaliyyət zamanı nümayəndə olmaq, İddiaçı adından nümayəndə qismində iştirak etmək səalhiyyətində olmamış, həmçinin ona İddiaçı tərəfindən verilmiş etibarnamədə mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi səlahiyyəti xüsusi olaraq göstərilməli olduğu halda göstərilməmişdir. Belə olan halda X9 tərəfindən bağlanmış barışıq sazişi etibarlı sayıla bilməz. Başqa sözlə, əqdin etibarsızlığı əqdin etibarlı olması şərtlərinin pozulmasından asılıdır. Bu şərtlərdən birinə riayət edilməməsi etibarsız əqdlərin əmələ gəlməsinə səbəb olur. Əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması vacibdir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Göründüyü kimi, əqdin etibarsızlığı dedikdə mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki hüquq münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb olan əqd anlaşılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh3 ilə İddiaçı adından X9 arasında Cavabdeh1nda bağlanmış MŞS/MT- 023/2023-00228 saylı xx.xx.2023-cü il tarixli Barışıq Sazişi etibarsız hesab edilsin. Qətnamədən rəsmi qаydаdа verildiyi gündən 1(bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(056)-1460/2023
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-1460/2023
16.10.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver