Məhkəmə qərarları › İş №2(056)-147/2025

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-147/2025

13.01.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-147/2025 13.01.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Mətin Azər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “akt əsasında hesablanmış borcun silinməsi” tələbinə dair mülki işə Sabirabad Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “akt əsasında hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli, 337629 saylı akt əsasında hesablanmış 989 manat borcun silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırmışdır ki, o, Sabirabad rayonunun Sarxanbəyli kəndində qeydiyyatda olmaqla həmin ünvanda ailəsi ilə birgə yaşayır. "xxxx" ASC-nin əməkdaşları ona məxsus sayğaca baxış keçirərkən məlum olmuşdur ki, abonent “0” faza xətt ilə sayğacı dövriyyədən kənarlaşdırmışdır. Lakin onun tərəfindən kənar xəttə qoşulma edilməsi absurddur. Ona və ailə üzvlərinə sayğaca müdaxilə etməsi barədə hər hansı sənəd təqdim etməmişlər. Sonradan ona məlum olmuşdur ki, barəsində akt tərtib olunmuş və ona 989 manat borc hesablanmışdır. Onların sayğacdan anlayışları yoxdur. O, hər ay istifadə etdiyi elektrik enerjisinin pulunu vaxtında ödəmişdir. Akt tərtib edilərkən nə o, nə də ailə üzvləri dəvət edilməmişdir. Aktdan da görünür ki, onun heç bir ailə üzvünün aktda imzası yoxdur. Göstərilən məbləğidə elektrik enerjisindən real vəziyyətdə istifadə etməsi də absurdur. Odur ki, iddianın təmin olunmasını məhkəmən xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək və əlavə olaraq bildirdi ki, onların həyətində elektrik şalbanı köhnə olmuş və hündür olmuşdur. Oraya kiminsə qalxıb müdaxilə edə bilməsi də imkansızdır. Oraya ancaq səbət maşınla çıxılması mümkündür. Bunu tək insan bacarmaz. Vaxtilə cavabdehin əməkdaşları “0” ilə fazanın yerini şalbanda yanlış quraşdırmışlar. O, akt yazılanda fermada olmuşdur. Bundan xəbəri olmamışdır. Məlumatı olan kimi cavabdeh təşkilata müraciət etmiş, orada ona yazılmış məbləği silmək səlahiyyətlərinin olmadığı, məhkəməyə müraciət etməsi bildirilmişdir. Bundan sonra o, məhkəməyə müraciət etmişdir. Göstərdiklərinə əsasən o, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh "xxxx" ASC məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndənin iştirakını təmin etməmiş, səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən işə cavabdehin nümyəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, təqdim olunmuş sənədləri tədqiq edərək, toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, İş materiallarından görünür ki, "xxxx" ASC-nin aktlar üzrə komissiyanın üzvləri tərəfindən iddiaçının yaşadığı evdə aparılan yoxlama zamanı xx.xx.2024-cü il tarixli akta əsasən abonentin “0” faza xətti ilə sayğacı dövriyyədən kənarlaşdırması faktı aşkarlanmışdır. İş materiallarında olan abunə haqqında arayışdan görünür ki, Sabirabad rayonunun Sarxanbəyli kəndində yerləşən **********00229 saylı abonent hesabına X1 qaydalarının pozulmasına görə xx.xx.2024-cü il tarixli, 337629 saylı akt üzrə elektrik enerjisi itkisinə görə 989 manat borc hesablanmışdır. “X1 Qaydaları”nın Bundan başqa Qaydaların 8.16-cı bəndinə əsasən istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerji təchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerji təchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. İstinad olunan Qaydaların 8.16-cı bəndinə əsaslanaraq və toplanmış sübutlara məcmu halında qiymət verərək məhkəmə hesab edir ki, elektrik enerjisinin gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalı və iddiaçı barəsində itirilmiş elektrik enerjisinin bərpasına dair tərtib edilmiş X1 Qaydalarının pozulması barədə xx.xx.2024-cü il tarixli, 337629 saylı akta əsasən enerji itkisinə görə borc 98 manat məbləğində müəyyən edilməlidir. Ona görə də, iddia ərizəsi qismən təmin edilərək "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli, 337629 saylı aktı əsasında elektrik enerjisi itkisinə görə Sabirabad rayonunun Güdəcühür kənd sakini İddiaçı yaşadığı evin abonent hesabına hesablanmış 989 manat borc məbləğindən 891 manat abunə hesabından silinməli və həmin məbləğ 1 aylıq dövrə uyğun olaraq 98 manat müəyyən edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli, 337629 saylı aktı əsasında elektrik enerjisi itkisinə görə hesablanmış 989 manat borc məbləğindən 891 manat Sabirabad rayonunun Sarxanbəyli kəndində yerləşən evə aid **********00229 saylı abunə hesabından silinsin və həmin məbləğ 1 aylıq dövrə uyğun olaraq 98 manat müəyyən edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar