Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-1552/2025 09.02.2026 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Quliyev Mətin Azər oğlunun katibliyi, Ərizəçi Hüseynxan oğlunun iştirakı ilə, Ərizəçi Hüseynxan oğlunun «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» barədə ərizəsi üzrə mülki işə Sabirabad şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Hüseynxan oğlu «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun xx.xx.1965-ci ildə anadan olmuş X1nın fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1965-ci ildə anadan olmuş X3 onun qızıdır. X1 ruhi xəstədir. O, “şizofreniya paranoid forma, kəskin şizofreniya tutma proqridyent tip gedişli hallar ssinator-paranoid forma, dərin ifadəli psixi şəxsiyyət qüsuru əlamətləri” diaqnozu ilə xəstədir. Kənar şəxslərin qulluğuna ehtiyacı vardır, müddətsiz birinci dərəcəli əlillik almışdır. Tam əmək qabiliyyətsizdir. Əvvəllər 1 saylı Ruhi xəstəxanada, sonra isə 3 nömrəli Klinik xəstəxanasında müalicə almışdır. Birlikdə yaşadıqlarından anası Gültəkin Həsənova psixi qüsurlarına görə hərəkətlərinin mənasını ölçüb-biçmək iqtidarında olmadığından bütün məsələləri özü həll etməyə məcbur olur. Ərizənin təmin olunması anası Gültəkin Həsənovaya himayəçi təyin olunması üçün zəruridir. Ərizəçi Hüseynxan oğlu məhkəmə iclasında ərizəsini müdafiə edib, ərizəyə uyğun məzmunda izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs Sabirabad rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası nümayəndəsinin məhkəmədə iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsaslanaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğu üçün təmin edilməlidir. İş materiallarına əlavə edilmiş əlillik haqqında və sosial arayışdan görünür ki, X4 diaqnoz üzrə şizofreniya tutma proqridinyent tip gedişli hallar sınator-paranoid forma, dərin ifadəli psixi şəxsiyyət qüsur əlamətləri qoyulmuşdur. Mülki işə əlavə edilmiş Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2025-ci il tarixli 3756 saylı rəyində qeyd edilmişdir ki, X4 şizofreniya paranoid forma, sixi qüsur halı (F20.0) müəyyən edilir. X3 öz hərəkətlərinin mənasını anlaya və öz hərəkətlərini idarə etmək iqtidarında deyildir. Buna görə də X3 tam fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir. X3 onda müəyyən edilən ağır dərəcəli əqli gerilik ilə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən olunmuşdur ki, X3 şizofreniya paranoid forma, kəskin şizofreniya tutma proqridyent tip gedişli hallar ssinator-paranoid forma, dərin ifadəli psixi şəxsiyyət qüsuru əlamətlərinə görə öz hərəkətlərinin mənasını başa düşmür və öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik deyildir. Azərbaycan Respublikasının MPM-nin 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 28.1-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. Həmin Məcəllənin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Məhkəmə hesab edir ki, iş üzrə toplanmış sübutlar X2 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik olmadığı barədə nəticəyə gəlməyə əsas verir. Ona görə də ərizə əsaslı olmaqla təmin edilməli, X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 321.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1965-ci il tarixdə Sabirabad şəhərində anadan olmuş X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə elektron qaydada Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(056)-1552/2025
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-1552/2025
09.02.2026 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver