Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-1583/2024 23.05.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ X4 Bağırovun sədrliyi, Rəşad Akif oğlu Rüstəmovun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs kimi qeyd edildiyi) “barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsinə dair mülki işə xx.xx.2024-cü il tarixdə Sabirabad Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi “barışıq sazişinin təsdiq edilməsi” barədə ərizə ilə (Maraqlı şəxs kimi qeyd edildiyi) məhkəməyə müraciət edərək, Sabirabad 1 saylı Mediasiya təşkilatı tərəfindən onunla Maraqlı şəxs arasında bağlanmış xx.xx.2024-cü il tarixli MŞS/MT-023/2024-00665 saylı Barışıq Sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə belə əsaslandırılmışdır ki, onunla cavabdeh Maraqlı şəxs arasında mediator X1 iştirakı ilə xx.xx.2024-cü il tarixli MŞS/MT-023/2024-00665 saylı barışıq sazişi tərtib edilmişdir. Barışıq sazişinə əsasən cavabdeh Maraqlı şəxs ilə aralarında olan rəsmi nikahdan dünyaya gəlmiş iki azyaşlı xx.xx.2008-ci il təvəllüdlü X2 və xx.xx.2012-ci il təvəllüdlü X3 onun himayəsində qalmaqla ayrılmışlar. Azyaşlı uşaqların saxlanılması üçün hər ay hər uşaqa görə 100 manat olmaqla cəmi 200 manat alimentin cavabdehdən tutulması barədə razılaşmışlar. Cavabdeh Ziyad hər ayın istənilən günləri azyaşlılarla ünsiyyət quracağı ilə razılaşaraq öhdəlik götürmüşdür. Maraqlı şəxs barışıq sazişi üzrə üzərinə götürdüyü öhdəliklərə əməl etmir. Odur ki, barışıq sazişinin təsdiq olunması barədə qətnamə qəbul edilməsi xahiş olunur. Məhkəmə iclasında iştirak etmiş Ərizəçi ərizəni müdafiə edərək, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar edilmiş Maraqlı şəxs məhkəmə iclasına gəlməmişdir. Məhkəmə ərizəçinin etiraz etməməsini nəzərə alaraq və MPM-nin 185.5-ci maddəsinə əsaslanaraq işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, barışıq sazişinin şərtlərini və işin hallarını müzakirə edib, barışıq sazişinin təsdiq edilməməsi üçün əsasların olmadığını nəzərə alaraq, tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq edilməsini mümkün hesab etmişdir. Ərizəyə əlavə edilmiş Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış Barışıq Sazişinin məzmunundan görünür ki: 1.1. Tərəflər Ərizəçi və Maraqlı şəxs mediator X1 (reyestr nömrəsi 00453) iştirakı ilə aralarında olan mübahisə ilə bağlı olaraq razılığa gəldilər. 1.2. Tərəflər Ərizəçi ilə Maraqlı şəxs rəsmi nikahlarından yetkinlik yaşına çatmayan xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X6 adlı iki nəfər azyaşlı övladları vardır. 1.3. Tam mediasiya sessiyası zamanı tərəflər Ərizəçi ilə Maraqlı şəxs aralarında olan nikahın pozulmasına dair razılığa gələrək öhdəlik götürdülər. 1.4. Həmçinin ikinci tərəf Maraqlı şəxs həmin nikahdan dünyaya gəlmiş iki azyaşlı övladlarının birinci tərəf Ərizəçi himayəsində qalmasına razılıq verərək öhdəlik götürdü. 1.5. İkinci tərəf Maraqlı şəxs iki azyaşlı övladlarının saxlanılması üçün xx.xx.2024-cü il tarixdən etibarən birinci tərəf Ərizəçi hər ay hər uşaq üçün 100 manat olmaqla 200 manat aliment pulunu ödəyəcəyinə razılıq verərək öhdəlik götürdü. 1.6. Birinci tərəf Ərizəçi hər ayın istənilən günləri iki azyaşlı övladları ilə ikinci tərəf Maraqlı şəxs görüşüb ünsiyyət qurmalarına razılıq verərək öhdəlik götürdü. 1.7. Bu sazişin 1.3, 1.4, 1.5 və 1.6 bəndlərinə əsasən tərəflər razılaşdıqlarını bildirdilər. 1.8. Tərəflər nikahın pozulması üçün məhkəməyə müraciət edəcəklərini bildirdilər.
3. Sazişin imzalanması eyni mübahisə predmetinə aid əvvəllər mövcud olan razılaşmalara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq mübahisə predmeti ilə əlaqədar tərəflər üçün yalnız sazişin şərtləri etibarlı olur.
4. Sazişin imzalanması sadəcə bu sazişlə əhatə olunan məsələlərə aiddir və tərəflər arasında digər irad və tələblərə aid edilmir. Məhkəmə Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2024-cü il tarixli, MŞS/MT- 023/2024-00665 saylı Barışıq Sazişinin şərtlərini və işin hallarını nəzərdən keçirib, barışıq sazişinin təsdiq edilməməsi üçün əsasların olmadığını və bu Sazişin tərəflərin mənafeyinə uyğun olmasını nəzərə alaraq hesab edir ki, həmin Barışıq Sazişi təsdiq edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2024-cü il tarixli, MŞS/MT-023/2024- 00665 saylı barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin. 1.1. Tərəflər Ərizəçi və Maraqlı şəxs mediator X1 (reyestr nömrəsi 00453) iştirakı ilə aralarında olan mübahisə ilə bağlı olaraq razılığa gəldilər. 1.2. Tərəflər Ərizəçi ilə Maraqlı şəxs rəsmi nikahlarından yetkinlik yaşına çatmayan xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X6 adlı iki nəfər azyaşlı övladları vardır. 1.3. Tam mediasiya sessiyası zamanı tərəflər Ərizəçi ilə Maraqlı şəxs aralarında olan nikahın pozulmasına razılığa gələrək öhdəlik götürdülər. 1.4. Həmçinin ikinci tərəf Maraqlı şəxs həmin nikahdan dünyaya gəlmiş iki azyaşlı övladlarının birinci tərəf Ərizəçi himayəsində qalmasına razılıq verərək öhdəlik götürdü. 1.5. İkinci tərəf Maraqlı şəxs iki azyaşlı övladlarının saxlanılması üçün xx.xx.2024-cü il tarixdən etibarən birinci tərəf Ərizəçi hər ay hər uşaq üçün 100 manat olmaqla 200 manat aliment pulunu ödəyəcəyinə razılıq verərək öhdəlik götürdü. 1.6. Birinci tərəf Ərizəçi hər ayın istənilən günləri iki azyaşlı övladları ilə ikinci tərəf Maraqlı şəxs görüşüb ünsiyyət qurmalarına razılıq verərək öhdəlik götürdü. 1.7. Bu sazişin 1.3, 1.4, 1.5 və 1.6 bəndlərinə əsasən tərəflər razılaşdıqlarını bildirdilər. 1.8. Tərəflər nikahın pozulması üçün məhkəməyə müraciət edəcəklərini bildirdilər.
3. Sazişin imzalanması eyni mübahisə predmetinə aid əvvəllər mövcud olan razılaşmalara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq mübahisə predmeti ilə əlaqədar tərəflər üçün yalnız sazişin şərtləri etibarlı olur.
4. Sazişin imzalanması sadəcə bu sazişlə əhatə olunan məsələlərə aiddir və tərəflər arasında digər irad və tələblərə aid edilmir.
5. Bu Sazişdə nəzərdə tutulan hallar istisna olmaqla, tərəflər hazırkı mübahisə ilə əlaqədar bir- birini, işçilərini və ya varislərini, vəkillərini və nümayəndələrini bu sazişin bağlandığı ana kimi yaranmış, məlum olan və ya olmayan bütün mübahisələr, iddialar, şikayətlər, ittihamlar, tələblər, zərərlər, borclar və öhdəliklərlə bağlı məsuliyyətdən qarşılıqlı şəkildə azad edirlər.
6. Saziş, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Sazişdə tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə tam imzalandığı gündən 10 (on) təqvim gün müddətində könüllü şəkildə icra olunmalıdır.
7. Tərəflər sazişdən irəli gələn öhdəliklərinin pozulmasına görə, o cümlədən, sazişin könüllü icrasından boyun qaçırmaya görə əldən çıxmış fayda istisna olmaqla qarşı tərəfə vurulmuş real zərəri ödəməyə borcludurlar.
8. Sazişin könüllü icrasından imtina olunsa, tərəf sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər.
9. Sazişin məcburi icrası ilə əlaqədar müvafiq qaydada məhkəməyə müraciət edən tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər tərəf ona ödəməlidir.
10. Tərəflər razılığa gəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir.
11. Tərəflər razılığa gəlirlər ki, tərəflərin birinin yazılı razılığı olmadan sazişdə dəyişiklik edilə bilməz. Sazişin hər hansı müddəası səlahiyyətli orqan tərəfindən etibarsız və ya qüvvədən düşmüş hesab edildiyi təqdirdə tərəflər razılığa gəlirlər ki, digər müddəalar hüquqi qüvvəsini saxlayacaqdır.
12. Tərəflər bununla təsdiq edirlər ki, onların vəkil və ya hüquqşünasla, habelə digər mütəxəssislərlə məsləhətləşmək hüququ vardır.
13. Tərəflər razılaşırlar ki, hazırkı sazişdəki heç bir müddəa hər hansı tərəfin təqsirini və ya qanuna zidd hərəkətini etiraf etməsi kimi qəbul edilmir və digər şəxslər tərəfindən bu cür şərh edilə bilməz.
14. Əgər tərəflər arasında ayrı şərt müəyyən edilməyibsə, həmçinin barışıq sazişinin təsdiqi və icrası məqsədilə tələb olunan hallar istisna olmaqla, tərəflərdən hər biri mediasiya zamanı əldə olunan bütün məlumatların (o cümlədən, tərəflərdən birinin mediasiyanın həyata keçirilməsi barədə təşəbbüsü, mediasiyaya və mübahisənin mümkün həll variantına razılıq verməsi, tərəflərdən birinin və ya mediatorun mübahisənin mümkün həllinə dair rəy və ya təklifləri, mediasiya zamanı tərəflərdən birinin verdiyi bəyanatları və ya etdiyi etirafları, mediasiyanın həyata keçirilməsi məqsədi ilə tərtib olunmuş sənədlər və s.) konfidensiallığını qorumaq öhdəliyini öz üzərlərinə götürürlər. Tərəflərin bu qaydaların pozması qanunla nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.
15. Tərəflərin onlara mediasiya zamanı məlum olan məlumatları məhkəmə və arbitraj (münsiflər məhkəməsi) proseslərində, başqa mediasiya zamanı və ya hər hansı digər hallarda açıqlamaq və ya onlara istinad etmək hüququ yoxdur (həmin məlumatı verən tərəfin yazılı razılığı olduğu hallar istisna olmaqla) və belə məlumatlarla bağlı tərəflər şahid qismində iştirak edə bilməzlər.
16. Tərəflər aşağıdakı şəxslər və hallar istisna olmaqla, bu sazişin məzmununu üçüncü şəxslərə açıqlaya bilməz:
17. bu məlumatı bilmələri vacib olan rəhbərlərinə, işçilərinə, nümayəndələrinə, vəkillərinə, auditorlara və vergi məsləhətçilərinə;
18. bu məlumatların açıqlanması qanunvericiliklə tələb edilən şəxslərə;
19. Sazişin hazırlanması zamanı vəkil və ya nümayəndələrinin peşə səhlənkarlığı və ya qanun pozuntusu iddialarını əsaslandırmaq məqsədilə müvafiq məhkəmələrə və aidiyyəti qurumlara;
20. yaxın qohumlara (qarşı tərəfin yazılı icazəsi ilə);
21. Tərəflər arasında digər razılaşma yoxdursa, “iş tərəflərin qarşılıqlı razılığı ilə həll edildi və ya oxşar bir şərh vermək və ya ictimaiyyətə açıq olan hər hansı bir məlumatı açıqlamaq və ya istinad etmək məxfiliyin pozulması hesab edilməyəcəkdir.
22. Tərəflər bu sazişlə üzərlərinə götürdükləri öhdəliklərin tam və ya qismən icra edilməməsinə görə məsuliyyətdən o vaxt azad olunurlar ki, bu icra etməmə sazişin bağlanmasından sonra yaranmış, tərəflərin iradəsindən asılı olmayan, əvvəlcədən görə və təsirinə mane ola bilmədikləri qarşısıalınmaz qüvvənin təsirindən əmələ gəlmiş olsun. Bu cür hallara daşqın, zəlzələ, yanğın, yer sürüşməsi və digər təbii fəlakətlər, epidemiya və pandemiyalar, müharibə və hərbi əməliyyatlar, kütləvi iğtişaşlar, tərəflərin münasibətlərini bilavasitə dəyişdirən qanunvericilikdə dəyişikliklər, dövlət və yerli özünüidarəetmə orqanlarının bu sazişin icrasının mümkünsüzlüyünə səbəb olan hərəkətləri və ya qəbul etdikləri aktları aiddir.
23. Sazişin 18-ci bəndində göstərilən səbəblərdən sazişin icrası mümkün olmadıqda, onun icrası həmin halın mövcud olduğu müddət ərzində dayandırılır.
24. Fors-major hallarının təsirinə məruz qalan tərəf digər tərəfi belə halların baş verdiyi gündən 3 (üç) təqvim günündən gec olmayaraq yazılı surətdə xəbərdar etməlidir.
25. Fors-major hallarının baş verməsi barədə xəbərdar etməyən və ya vaxtında xəbərdar etməyən tərəf saziş üzrə öhdəliklərini icra edə bilmədikdə fors-major hallarına istinad etmək hüququnu itirir.
26. Fors-major hallarının baş verməsinə istinad etmək hüququnu itirmiş tərəf tətbiq edilən qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyır.
27. Fors-major hallarının mövcudluğu və təsir müddəti səlahiyyətli dövlət orqanları və ya digər səlahiyyətli təşkilatlar tərəfindən verilən sənədlərlə təsdiq olunmalıdır.
28. Saziş tam imzalandığı tarixdən qüvvəyə minir və tərəflər öhdəliklərini tam icra edənədək qüvvədədir. Qətnamədən rəsmi qaydada təqdim edildiyi (alındığı) gündən 1 (bir) ay müddətinə Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.