Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-160/2025 27.01.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Mətin Azər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “aktların ləğv edilərək onun əsasında hesablanmış borcun silinməsi” tələbinə dair mülki işə Sabirabad Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əri X2 adına tərtib edilmiş "xxxx" ASC-nin xx.xx.2020-ci il tarixli, R170020 saylı, xx.xx.2019-cu il tarixli, R127561 saylı, xx.xx.2020-ci il tarixli, R183716 saylı, xx.xx.2020-ci il tarixli, R184127 saylı, xx.xx.2020-ci il tarixli, R203257 saylı və xx.xx.2021-ci il tarixli, R217768 saylı aktların etibarsız hesab edilməsi və aktlar əsasında hesablanmış cəmi 1752,17 manat borcun silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırmışdır ki, o, Sabirabad rayonunun Yenikənd kəndində qeydiyyatda olmaqla ailəsi ilə birgə yaşayır. Evin elektrik sayğacı əri X2 adına qeyd edilmişdir. Əri hazırda cəzaçəkmə müəssisəsində cəza çəkir. Əri həbsdə olduğu üçün o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdr. İddia ərizəsində göstərdiyi aktlar elektrik xəttinə qanunsuz qoşulma ilə əalqədar olmuşdur. Lakin o, hər hansı qanunsuz qoşulma halını görməmiş və ailə üzvləri sayğaca hər hansı müdaxilə etməmişdir. Onların ümumiyyətlə sayğacdan anlayışları yoxdur. Aktlar tərtib edilərkən nə o, nə də digər ailə üzvləri dəvət edilməmişdir. O, hər ay elektrik enerjisinin dəyərini vaxtında ödəyir. Etdiyi ödənişlərə də baxdıqda aktlar üzrə müəyyənləşdiriləmiş həddə elektrik enerjisini istifadə etmələrinin qeyrimümkün olması aydın olar. Odur ki, iddianın təmin olunmasını məhkəmən xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək əlavə olaraq bildirdi ki, əri həbs edilməmişdən əvvəl onlar çöl sahəsində işləmişlər. Aktların tərtib edilməsindən xəbərləri olmamışdır. Ərindən də bu barədə soruşmuş, o da qanunsuz qoşulma halına yol vermədiyini bildirmişdir. Ümumiyyətlə onların evlərinə verilən elektrik enerjisi köhnə transfarmatordan və köhnə xəttlərdən keçir. Hətta onlar xəttlərin dəyişdirilməsi üçün cavabdeh təşkilata da müraciət etmişlər. Lakin nəticə olmamışdır. Özü yaşlı qadındır. Heç yerdə işləmir. Həmin məbləği ödəmək imkanında deyildir. Nəzərə alınmalıdır ki, əri də həbsdədir. Təkbaşına dolanacağını da qarşılamaqda çətinlik çəkir.Ona görə də o, hazırda ona köməklik göstərilməsini məhkəmədən xahiş edir. Cavabdeh "xxxx" ASC məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndənin iştirakını təmin etməmiş, səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən işə cavabdehin nümyəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, təqdim olunmuş sənədləri tədqiq edərək, toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, "xxxx" ASC-nin aktlar üzrə komissiyanın üzvləri tərəfindən iddiaçının yaşadığı Yenikənd kəndində yerləşən fərdi yaşayış evində aparılan yoxlama zamanı xx.xx.2020-ci il tarixli, R170020 saylı, xx.xx.2019-cu il tarixli, R127561 saylı, xx.xx.2020-ci il tarixli, R183716 saylı, xx.xx.2020-ci il tarixli, R184127 saylı, xx.xx.2020-ci il tarixli, R203257 saylı və xx.xx.2021-ci il tarixli, R217768 saylı aktlara əsasən E.E.İ.Q-na uyğun yoxlama apararkən məlum olmuşdur ki, abonent İkram Cəlilovun kənar xətdən istifadə etməsi müəyyən edilmişdir. İş materiallarında olan abunə haqqında arayışdan görünür ki, Sabirabad rayonu, Yenikənd kəndindəki evində X1 qaydalarının pozulmasına görə, xx.xx.2020-ci il tarixli, R170020 saylı, xx.xx.2019-cu il tarixli, R127561 saylı, xx.xx.2020-ci il tarixli, R183716 saylı, xx.xx.2020-ci il tarixli, R184127 saylı, xx.xx.2020-ci il tarixli, R203257 saylı və xx.xx.2021-ci il tarixli, R217768 saylı aktlar üzrə cəmi 1752,17 manat borc hesablanmışdır. İş materiallarından görünür ki, İddiaçı xx.xx.1986-cı il tarixində X3 ilə rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuş, Sabirabad rayonu, Yenikənd kəndində yaşayır. “X1 Qaydaları”nın Bundan başqa Qaydaların 8.16-cı bəndinə əsasən istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerji təchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerji təchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. İstinad olunan Qaydaların 8.16-cı bəndinə əsaslanaraq və toplanmış sübutlara məcmu halında qiymət verərək məhkəmə hesab edir ki, elektrik enerjisinin gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalı və iddiaçı barəsində itirilmiş elektrik enerjisinin bərpasına dair tərtib edilmiş X1 Qaydalarının pozulması barədə xx.xx.2020-ci il tarixli, R170020 saylı, xx.xx.2019-cu il tarixli, R127561 saylı, xx.xx.2020-ci il tarixli, R183716 saylı, xx.xx.2020-ci il tarixli, R184127 saylı, xx.xx.2020-ci il tarixli, R203257 saylı və xx.xx.2021-ci il tarixli, R217768 saylı aktlara əsasən enerji itkisinə görə borc cəmi 175 manat məbləğində müəyyən edilməlidir. Ona görə də, iddia ərizəsi qismən təmin edilərək "xxxx" ASC-nin xx.xx.2020-ci il tarixli, R170020 saylı, xx.xx.2019-cu il tarixli, R127561 saylı, xx.xx.2020-ci il tarixli, R183716 saylı, xx.xx.2020-ci il tarixli, R184127 saylı, xx.xx.2020-ci il tarixli, R203257 saylı və xx.xx.2021-ci il tarixli, R217768 saylı aktları əsasında X1 qaydalarının pozulmasına görə enerji itkisinə görə Sabirabad rayonu, Yenikənd kəndindəki evin sakini İddiaçı yaşadığı evin İkram Cəlilovun adına olan abonent hesabına hesablanmış qeyd edilən aktlar üzrə cəmi 1752,17 manat borc məbləğindən 1577,17 manat abunə hesabından silinməli və həmin məbləğ 1 aylıq dövrə uyğun olaraq 175 manat müəyyən edilməlidir. Aktların etibarsızlığına gəlikdə isə qeyd edilməlidir ki, iddiaçının aktların etibarsızlığı barədə gətirdiyi dəlillər əsassızdır. Belə ki, aktlar aşkar edilmiş qüsurlarla bağlı olmuşdur. Ona görə də iddia tələbi bu hissədə əsassız hesab edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. "xxxx" ASC-nin xx.xx.2020-ci il tarixli, R170020 saylı, xx.xx.2019-cu il tarixli, R127561 saylı, xx.xx.2020-ci il tarixli, R183716 saylı, xx.xx.2020-ci il tarixli, R184127 saylı, xx.xx.2020ci il tarixli, R203257 saylı və xx.xx.2021-ci il tarixli, R217768 saylı aktları əsasında X1 qaydalarının pozulmasına görə enerji itkisinə görə 1752,17 manat borc məbləğindən 1577,17 manat Sabirabad rayonunun Yenikənd kəndində yerləşən evə aid **********00053 saylı abunə hesabından silinsin və həmin məbləğ 1 aylıq dövrə uyğun olaraq 175 manat müəyyən edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(056)-160/2025
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-160/2025
27.01.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver