Məhkəmə qərarları › İş №2(056)-1623/2025

Sabirabad Rayon Məhkəməsi Qərardad — İş №2(056)-1623/2025

23.06.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № 2(056)-1623/2025 23.06.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakimi Səlim Məhərrəm oğlu Allahverdiyevin sədrliyi, Quliyev Mətin Azər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 oğluna, Hüseynova (Məmmədova) Təranə Şirməmməd qızına qarşı «miras şərikləri arasında mirasın bölüşdürülməsi» tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 oğluna, Hüseynova (Məmmədova) Təranə Şirməmməd qızına qarşı «miras şərikləri arasında mirasın bölüşdürülməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı video görüntü ilə keçirilmiş məhkəmə iclasında müraciət edərək, iddia tələbinin baxılmamış saxlanılması sənədlərinin özlərinə geri qaytarılması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etdilər. Cavabdehlər məhkəmə iclasına gəlməmiş və işin mahiyyəti üzrə həll olunmasını tələb etməmişlər. Azərbaycan Respublikasının MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır. Ona görə də məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 oğluna, Hüseynova (Məmmədova) Təranə Şirməmməd qızına qarşı «miras şərikləri arasında mirasın bölüşdürülməsi» tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın. Qərardaddan onun surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar