Məhkəmə qərarları › İş №2(056)-1625/2024

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-1625/2024

01.07.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-1625/2024 01.07.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Mətin Azər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “aktın etibarsız hesab edilərək onun əsasında hesablanmış borcun silinməsi” tələbinə dair mülki işə Sabirabad Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “aktın etibarsız hesab edilərək onun əsasında hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli, 037313 nömrəli aktının etibarsız hesab edilərək akta əsasən hesablanmış 1232,37 manat cərimənin silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırmışdır ki, o, Sabirabad şəhəri, Məhəmməd ünvan 1 ünvanında yaşayır. "xxxx" ASC-nin Sabirabad rayon əməkdaşları ona məxsus sayğaca baxış keçirərkən müəyyən etmişlər ki, sayğacdan kənar xəttlə evi qidalandırılır. Lakin o, sayğaca hər hansı müdaxilə etməmişdir. Sonradan ona məlum olmuşdur ki, barəsində akt tərtib olunmuş və 1232,37 manat cərimə olunmuşdur. Aktın tərtibindən onun xəbəri olmamış, akt imza üçün ona təqdim edilməmişdir. Buna görə də o, məhkəməyə müraciət etmişdir. Odur ki, iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək bildirdi ki, o, təqaüdçü olmaqla dolanacağını çətinliklə qarşılayır. Əvvəla, işıq xəttinə hər hansı müdaxilə etməmişdir, etmişdirsə də nəzarətçi hər ay yoxlama həyata keçirmək vəzifəsi daşıdığı üçün ən azı 1 aylıq dövr üzrə ona cərimə yazılmalı idi. Bir aylıq dövrə görə də 1232,37 manat dəyərində X1 etməsi absurd haldır. Göstərdiklərinə əsasən o, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh "xxxx" ASC məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndənin iştirakını təmin etməmiş, səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən işə cavabdehin nümyəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, təqdim olunmuş sənədləri tədqiq edərək, toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, "xxxx" ASC-nin aktlar üzrə komissiyanın üzvləri tərəfindən iddiaçının yaşadığı evdə aparılan yoxlama zamanı məlum olmuşdur ki, sayğacdan kənar xəttlə ev işıqla qidalandırılır. İş materiallarında olan abunə haqqında arayışdan görünür ki, Sabirabad şəhəri, Məhəmməd ünvan 1 ünvanında X1 qaydalarının pozulmasına görə akt üzrə elektrik enerjisi itkisinə görə 1232,37 manat borc hesablanmışdır. İş materiallarından görünür ki, Muxtarova X2 şəhəri, Məhəmməd ünvan 1 ünvanında yaşayır. “X1 Qaydaları”nın Bundan başqa Qaydaların 8.16-cı bəndinə əsasən istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerji təchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerji təchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. İstinad olunan Qaydaların 8.16-cı bəndinə əsaslanaraq və toplanmış sübutlara məcmu halında qiymət verərək məhkəmə hesab edir ki, elektrik enerjisinin gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalı və iddiaçı barəsində itirilmiş elektrik enerjisinin bərpasına dair tərtib edilmiş X1 Qaydalarının pozulması barədə xx.xx.2024-cü il tarixli akta əsasən enerji itkisinə görə borc cəmi 100 manat məbləğində müəyyən edilməlidir. Ona görə də, iddia ərizəsi qismən təmin edilərək "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli aktı əsasında X1 qaydalarının pozulmasına görə enerji itkisinə görə Sabirabad şəhəri, Məhəmməd ünvan 1 ünvanındakı **********9 saylı abonent hesabına hesablanmış 1232,37 manat borc məbləğindən 1112,37 manat abunə hesabından silinməli və həmin məbləğ 1 aylıq dövrə uyğun olaraq 120 manat müəyyən edilməlidir. Aktın etibarsızlığına gəlikdə isə qeyd edilməlidir ki, iddiaçının akın etibarsızlığı barədə gətirdiyi dəlillər əsassızdır. Belə ki, akt aşkar edilmiş qüsurla bağlı olmuşdur. Ona görə də iddia tələbi bu hissədə əsassız hesab edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli, 037313 nömrəli aktı əsasında X1 qaydalarının pozulmasına görə Sabirabad şəhəri, Məhəmməd ünvan 1 ünvanındakı **********9 saylı abonent hesabına hesablanmış 1232,37 manat borc məbləğindən 1112,37 manat abunə hesabından silinsin və həmin məbləğ 1 aylıq dövrə uyğun olaraq 120 manat müəyyən edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar