Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-1691/2023 10.08.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədirliyi, Məhkəmə iclasının katibi Quliyev Mətin Azər oğlunun katibliyi ilə, Ərizəçi Maraqlı şəxs kimi qeyd olunan «barışıq sazişinin təsdiq edilməsi» barədə xüsusi icraat qaydasında ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi Maraqlı şəxs kimi qeyd olunan «barışıq sazişinin təsdiq edilməsi» barədə ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli, MŞS/MT 023/2023-01152 saylı “Barışıq Sazişi”-nin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Barışıq sazişindən görünür ki, tərəflər qeyri-rəsmi nikahlarından doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X2 və xx.xx.2020-ci il təvəllüdlü X1 Ərizəçi himayəsinə verilməsi, qeyd edilən uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün Maraqlı şəxs hər ay hər uşaq üçün 75 manat olmaqla, cəmi 150 manat alimentin tutularaq Ərizəçi verilməsi barədə razılığa gəlmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Ərizəçi və Maraqlı şəxs məhkəmə iclasına gəlməmiş, səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə MPM-ə əsasən mülki işə ərizəçinin və maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəni və barışıq sazişini nəzərdən keçirərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan atalığın müəyyən edilməsi və doğum haqqında şəhadətnamələrdən görünür ki, xx.xx.2018-ci il təvəllüdlü X2 və xx.xx.2020-ci il təvəllüdlü X1 atası Maraqlı şəxs, anası Ərizəçidır. İş materiallarında olan Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2023-cü il tarixli Barışıq sazişindən görünür ki, tərəflər qeyri-rəsmi nikahlarından doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X2 və xx.xx.2020-ci il təvəllüdlü X1 Ərizəçi himayəsinə verilməsi, qeyd edilən uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün Maraqlı şəxs hər ay hər uşaq üçün 75 manat olmaqla, cəmi 150 manat alimentin tutularaq Ərizəçi verilməsi barədə razılığa gəlmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-26-cı maddəsinə əsasən, məhkəmə barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. Barışıq sazişindən görünür ki, tərəflər arasında bağlanmış barışıq sazişi imzalandığı gündən qüvvəyə minmiş, lakin sazişin ikinci tərəfi barışıq sazişi ilə müəyyən olunmuş uşaqların saxlanması üçün aylıq aliment məbləğini ərizəçiyə ödəməyi lazımi qaydada təmin etməmişdir. Belə olan halda sazişin birinci tərəfi haqlı olaraq barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsində müəyyən edilmişdir ki, Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər mediasiya prosesində barışıq əldə etmişdir, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş üçüncü şəxslərin hüquqlarına toxunmur. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasında xx.xx.2023-cü il tarixdə bağlanmış barışıq sazişi məcburi icra olunması üçün təsdiq olunmalıdır. Göstərilənləri və Azərbaycan Respublikasının MPM-nin 216-220, 355-23-355-26-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Ərizə təmin edilsin. Ərizəçi Maraqlı şəxs arasında bağlanmış tərəflər qeyri-rəsmi nikahlarından doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X2 və xx.xx.2020-ci il təvəllüdlü X1 Ərizəçi himayəsinə verilməsi, qeyd edilən uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün Maraqlı şəxs hər ay hər uşaq üçün 75 manat olmaqla, cəmi 150 manat alimentin tutularaq Ərizəçi verilməsi barədə xx.xx.2023-cü il tarixli barışıq sazişi təsdiq edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sabirabad rayon məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(056)-1691/2023
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-1691/2023
10.08.2023 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver