Məhkəmə qərarları › İş №2(056)-1721/2024

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-1721/2024

23.07.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-1721/2024 23.07.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ X8 Novruzəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyev Ələkbər Əlisahib oğlunun katibliyi, İddiaçı, Cavabdeh etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh ASC-yə qarşı «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli, ******* saylı «Akt» üzrə hesablanmış məbləğin silinməsinə dair» mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddiaçı Cavabdeh ASC-yə qarşı «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli, ******* saylı «Akt» üzrə hesablanmış məbləğin silinməsinə dair» iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Salyan X6 idarəsinin rəis müavini tərəfindən mənim barəmdə təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli, ******* saylı «Akt» üzrə hesablanmış 8640 kub metr dəyən ziyan üzrə hesablanmış məbləğin (cərimənin-1036 manat 80 qəpik) silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixdə Cavabdeh Salyan X10 idarəsinin rəis müavini Qənimət Səmədov tərəfindən onun barəsində təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı Akt təsdiq edilmişdir. Qeyd olunan akt əsasında dəymiş ziyanın bərpasına dair 4 x 24 x 90 = 8640 kub metr dəyən ziyan hesablanaraq (1036 manat 80 qəpik) üzərinə dəyən ziyanın pulunun ödənilməsi öhdəliyi qoyulmuşdur. Qeyd edilən Akt qanunsuz və əsassızdır. Aktda qeyd olunur ki, sayğacın çıxış plastmas borusu deşilib. Sayğac işlək vəziyyətdə olub, plombları da üstündə olub. Sayğac smart kart tipli olmuşdur. Sayğacın çıxış plastmas borusunun deşilməsi ona heç bir üstünlük qazandırmır. Əksinə əgər belədirsə qaz havaya çıxır, o, isə kart vasitəsi ilə əvvəldən pulunu ödəyir. Deməli ziyan ona dəyir. İşlətmədiyi qazın pulunu əvvəldən ödəyir. Cavabdehin məntiqinə görə isə əlavə olaraq 1036,80 manat da ödəməlidir. xx.xx.2022-ci il tarixdə tərtib edilmiş Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında olan ******* N°li Akta və istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli, ******* saylı aktda adının qarşısındakı imzalar ona məxsus deyildir. İstifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli aktı tərtib ediləndən 14 ay sonra ona veriblər. Nəzarətçi dövrü olaraq sayğaca baxır. Əgər problem olsaydı dərhal bu barədə məlumat verərdilər. Sayğac həyətində yox, kənarda quraşdırılıb. Sayğac küçədə quraşdırılarsa məişət abonenti yox, subabonent (yəni QİS) məsuliyyət daşıyır. Qeyd olunan aktı da xəbərim olmadan, qanunvericiliyin tələblərinin pozulması ilə tərtib ediblər. Akt abonentin yanında tərtib olunmalı və imza üçün ona təqdim edilməli, hal şahidləri iştirak etməlidirlər. Sabirabad Xidmət sahəsinə müraciət edərək bu barədə olan akt və digər sənədləri əldə etmişdir. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, onun tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, onun təqsirli hərəkəti və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, ona əlavə pul hesablanmışdır. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı Cavabdeh etibarnamə üzrə nümayəndəsi X3 iddianı qəbul etməyərək izahatında göstərdi ki, xx.xx.2022-ci il tarixində Sabirabad xidmət sahəsinin nümayəndələri tərəfindən QİS bazasında İddiaçı adına qeydiyyatda olan mənzilin qaz təsərrüfatına baxış keçirilən zaman istifadənizdə olan “Naten” markalı G-4 tipli **********7 nömrəli qaz sayğacdan kənar olması müəyyən olunmuş, bu barədə “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* nömrəli akt tərtib edilərək növbədənkənar Dövlət yoxlamasına göndərilməsi üçün istismardan çıxarılmış, əvəzinə müvəqqəti olaraq Naten tipli markalı yeni qaz sayğacı quraşdırılmışdır. İstismardan çıxarılmış qaz sayğacına İnformasita Texnologiyaları və Rabitə İdarəsinin Sənaye və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyasında baxış keçirilmiş, sayğacın yivli birləşmələrinin korroziyaya uğradığı, elektron hissənin keçən qazın sərfini qeyd etmədiyi, göstəricilər arasında fərq olduğu barədə rəy verilmişdir. Bu səbəbdən də xx.xx.2022-ci il tarixdə mənzilinizdə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli akt tərtib edilmiş və itirilmiş qazın bərpası üçün 365 günə 8640 m3 (1036,80 manat məbləğində) hesabat aparılmışdır. İtirilmiş qazın bərpası üçün hesablanmış məbləğ iddiaçı tərəfindən ödənilməlidir. Ona görə də göstərdiklərini nəzərə alaraq iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İşdə olan və məhkəmə iclasında elan edilmiş «Qazdan istifadə qaydalarının pozulması haqqında» xx.xx.2022-ci il tarixli, ******* saylı aktdan görünür ki, istehlakçılar tərəfindən qazdan istifadə qaydalarına əməl olunmasına nəzarətin həyata keçirilməsi məqsədilə aparılmış yoxlama nəticəsində istehlakçı İddiaçı yaşadığı Sabirabad rayonu, Qalaqayın kəndində yerləşən fərdi yaşayış evinə quraşdırılmış “Naten” markalı G-4 tipli **********7 zavod nömrəli qaz sayğacının (abonent kodu: **********00140) sayğacdan sayğacın çıxış plastmas borusunun deşilməsi qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş xx.xx.2019-cu il tarixli abonentin saldosundan görünür ki, abonent İddiaçı 2021-ci ilin yanvar-dekabr aylarında ümumilikdə təbii qazdan 365 günə 8640 m3 istifadə etmiş, xx.xx.2022-ci il tarixli, ******* saylı akta əsasən 1036,80 manat borc hesablanmışdır. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nda dəyişiklik edilməsi barədə Nazirlər Kabinetinin 29 aprel 2016-cı il tarixli 180 nömrəli qərarının 2.12-ci bəndində əsasən istehlakçılar qaz qurğularının “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanuna müvafiq olaraq istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»ın 4.9-cu bəndinə əsasən zədələnmiş qaz sayğacının (hesablaşma mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu blombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlamasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. Həmin Qaydaların 5.4-cü bəndinə əsasən qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda, qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Məhkəmədə tədqiq olunmuş sübutlara əsasən müəyyən olundu ki, xx.xx.2022-ci il tarixdə Sabirabad rayonu, Qalaqayın kəndində yaşayan İddiaçı fərdi yaşayış evinə quraşdırılmış “Naten” markalı G-4 tipli **********7 zavod nömrəli qaz sayğacına Cavabdeh İstesalat Birliyi əməkdaşları tərəfindən baxış keçirilən zaman sayğacdan sayğacın çıxış plastmas borusunun deşilməsi aşkar olunmuşdur. Aşkar edilmiş faktla bağlı xx.xx.2022-ci ildə ******* saylı akt tərtib edilmişdir. Həmin akt itirilmiş qazın dəyərinin hesablanması məqsədi ilə Cavabdeh Salyan RQİİ-nə göndərilmiş, Salyan RQİİ-nin istehlakçılara satılan qaza nəzarət şöbəsində itirilmiş qazın bərpası üzrə 365 günə İddiaçı 8640 m3 vurulmuş ziyan hesablanmış və həmin ziyana görə Sabirabad XS-nin abonent bazasında iddiaçının adına olan abonentin saldosuna 1036,80 manat borc yazılmışdır. İddiaçı sonradan xx.xx.2022-ci ildə ******* saylı aktı mübahisələndirərək həmin aktın əsaslı olmadığını tələb etsə də, o tələbinin əsası kimi istinad etdiyi halı (tərtib edilmiş aktın Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə qaydaları»na riayət olunmamaqla tərtib edilməsini) məhkəmədə sübut edə bilməmişdir. Digər tərəfdən də, məhkəmə tərəflər arasındakı hazırkı münasibətlər üzrə sübutları qiymətləndirən zamanı əsaslı şübhələr yaratmayan sübut standartını qəbul edərək hesab edir ki, sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gəlməlidir. Belə ki, hər bir tərəf məhkəmədə öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli və məhkəmə də yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə yalnız əsaslı şübhə yaratmayan sübutları qəbul edir ki, onun əsaslılığı hər hansı bir hal ilə təkzib edilməsin. O da nəzərə alınmalıdır ki, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Belə ki, məhkəmə iclasında Cavabdeh İstesalat Birliyinin nümayəndəsi xx.xx.2022-ci ildə ******* saylı aktın əsaslı olmasını sübut edə bilsə də, itirilmiş qazın bərpası üzrə vurulmuş ziyanın 8640 m3 olmasını məhkəmədə sübut edə bilməmişdir. «Normativ-hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun; 1.0.6-cı maddəsinə əsasən normativ hüquqi aktın rəsmiləşdirilməsi – normativ hüquqi aktın səlahiyyətli şəxs tərəfindən imzalanması və Azərbaycan Respublikasının X7 Reyestrinə daxil edilməsidir. 85.1-ci maddəsinə əsasən qanunlar, fərmanlar və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları həmin aktlarda qüvvəyə minmənin daha gec müddəti nəzərdə tutulmadıqda onların rəsmi dərc edildiyi gündən qüvvəyə minir. 85.2-ci maddəsinə əsasəb bu Konstitusiya Qanununun 85.1-ci maddəsində göstərilən aktlar istisna olmaqla, digər normativ hüquqi aktlar, həmin aktlarda qüvvəyə minmənin daha gec müddəti nəzərdə tutulmadıqda X7 Reyestrinin elektron variantında dərc edildiyi gündən qüvvəyə minir. «İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması» X5 Dövlət Reyestrinin elektron variantında dərc edilmədiyi üçün həmin qaydaların müddəaları iddiaçı üçün məcburi xarakter daşımır. İşin fakitiki hallarından görünür ki, iddiaçının evində yerləşən PQ-4 (1/1) məişət əşyalarının istifadəsi üçün sərf edilməli olan təbii qazla bağlı qeyd edilənlər də, subyektiv fikirlərdir. Belə ki, həmin əşyaların hamısının qış vaxtı və s. vaxtlarda mütəmadi olaraq işləməsi, yaxud hərdən bir işlədilməsi, həmin əşyaların hansı intensivlikdə istifadə olunması, iddiaçının 2021-ci ilin yanvar-dekabr aylarında təbii qazdan istifadə görə 365 günə hesablanmış 8640 m3 sərfiyyatı nəzərə almadan yenidən mübahisələndirilən akta əlavə etməklə ümumilikdə itirilmiş qazın bərpası üzrə 8640 m3 hesablanmasının əsaslı olması barədə cavabdeh tərəfindən təqdim olunan sübut məhkəmədə öz təsdiqini tapmamışdır. Beləliklə məhkəmə işin hallarını həm də bütün əsaslı mənafeləri nəzərə alaraq hesab edir ki, Cavabdeh İstesalat Birliyinin xx.xx.2022-ci il tarixli, ******* saylı aktı əsasında İddiaçı evində işlətdiyi qaz işlədicilərinə görə qanunsuz istifadə edilmiş təbii qazın dəyəri kimi 365 gün müddətinədək hesablanmış 1036,80 manat cərimə itirilmiş qazın dəyərinə görə 36 gün üçün 10 qəpikdən hesablanmaqla 172,80 manat hesablanmalıdır. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə Qaydaların 5.2ci bəndinə əsasən hesabat sayğac göstəricisinin sonuncu dəfə çıxarıldığı gündən pozuntunun aşkar edildiyi günədək olan müddət üçün, lakin ən çoxu 3 aylıq müddət ərzində istifadə edilmiş təbii qaza görə aparılması zəruridir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Göründüyü kimi, məhkəmə müdafiəsindən istifadə etmək hüququnu həyata keçirən hər bir şəxs qanunla müəyyən edilmiş qaydadan istifadə etməlidir. Qanunla müəyyən edilmiş qayda isə mülki-prosessual qanunvericilikdə müəyyən edilib. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.4-cü maddəsinə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, İddiaçı Cavabdehnə qarşı təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli, ******* saylı akt əsasında İddiaçı evində işlətdiyi qaz işlədicilərinə görə qanunsuz istifadə edilmiş təbii qazın dəyəri kimi hesablanmış qaz sayğacının abonentin hesabına quraşdırılması şərti ilə cərimə 36 gün üçün 10 qəpikdən hesablanmaqla 172,80 manat hesablanmalı, iddia qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci, 227-ci, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. İddiaçı Cavabdehnə qarşı təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli, ******* saylı akt əsasında İddiaçı evində işlətdiyi qaz işlədicilərinə görə qanunsuz istifadə edilmiş təbii qazın dəyəri kimi hesablanmış qaz sayğacının abonentin hesabına quraşdırılması şərti ilə cərimə 36 gün üçün 10 qəpikdən hesablanmaqla 172,80 manat hesablansın. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən bir ay müddətində Sabirabad rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Hakim: Füzuli Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar